Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur



Yüklə 2,8 Mb.
səhifə139/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   135   136   137   138   139   140   141   142   ...   176

HƏDİSLƏRDƏ GÜC VƏ QÜDRƏT


İndi isə islamın qorxaqlıq, zəiflik və acizliyi pisləməsinin, güc və qüdrəti tə᾽rifləməsinin aydınlaşması üçün bir neçə hədis oxuyacağam. Amma bir daha qeyd edirəm ki, islamın tə᾽riflədiyi güc və qüdrət, qətiyyən Nitse fəlsəfəsindəki güc və qüdrət qismindən deyildir. Əziz islam peyğəmbəri həzrət Məhəmməd (s) buyurub: «minə xəsislik qorxaqlıq yaraşmazBəli, pul mö᾽minin can və qanı olmamalıdır və o, həmçinin şücaətli və qorxmaz olmalıdır. Peyğəmbər (s) həmçinin belə bir dua oxuyarmış: «Allahummə inni əuzu bikə minəl-buxli əuzu bikə minəl-cubn» yə᾽ni, İlahi mən xəsislik və qorxaqlıqdan Sənə pənah aparıram!

Əli (ə) mö᾽min barəsində belə buyurub: «minin ruhu çaxmaq daşından da möhkəmdir

Həmçinin imam Sadiq (ə) belə buyurub: «Allah-taala minin özünü xar zəlil etməsindən başqa bütün işlərini onun öz ixtiyarına buraxıb. Məgər siz Allah-taalanın bu sözünü eşitməmisinizmi ki, buyurub: «İzzət yalnız Allah, Peyğəmbər minlərə məxsusdurmin həmişə izzətlidir heç vaxt özünü xar etmir. min dağdan da mətindir. Çünki, dağı külünglə parçalamaq mümkündür, amma minin ruhundan heç ilə kiçicik bir parça belə qopartmaq mümkün deyil

İmam Baqir (ə) buyurub: «Allah-taala minə üç xislət verib: – Dünya axirətdə izzət başıucalıq; hər iki dünyada uğurluluq zalımların qəlbində onlardan olan qorxu heybət; ni minlər elə olurlar ki, zalımlar onların heybətindən qorxurlar

İqbal Lahurinin gözəl bir cümləsi var və o, deyəsən həmin cümləni Mussolininin dediyi cümləyə cavab olaraq deyib. Mussolini deyib: «Dəmiri olanın çörəyi də olacaq.» Yə᾽ni, əgər çörəyli olmağını istəyirsənsə, dəmir (güc və silah) əldə et! Gücü olanın çörəyi də olacaq. İqbal isə belə deyib: «Dəmir olanın çörəyi var.» Mussolini silaha tə᾽kid edərək deyir ki, kimin maddi gücü varsa, çörəyi də olacaq. Amma İqbal ruha tə᾽kid edərək deyir ki, özü dəmir olanın çörəyi olar. Əmirəl-mö᾽minin Əli (ə)-ın ifadəsi belədir: «minin ruhu çaxmaq daşından da möhkəmdirİqbal da deyir ki, mö᾽minin ruhu dəmirdir. Bunların hamısının məqsədi bir şeydir. Deməli islam güc və qüvvətə də᾽vət edir.

Siz Əli (ə)-ın Nəhcül-bəlağədə güc, qüdrət və qüvvəyə nə qədər tə᾽kid etməsinə və zəifliyi islam cəmiyyətinə yaraşmaz sifət kimi göstərməsinə diqqət edin. O həzrət buyurur: «Allaha and olsun ki, evlərində döyüş aparılmış bütün ümmətlər məğlub olublarBaşqa bir xütbədə isə belə buyurur: «Xar zəif adam heç vaxt zülmün qarşısını ala bilməz haqq yalnız y çalışqanlıqla əldə edilər



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin