HƏQİQƏTSEVƏRLİK
İnsanın, mövcudat aləmini olduğu kimi dərketmə istəyinə həqiqətsevərlik deyilir. İnsan elm və biliyi, təkcə təbiətə qalib gəlib insanlara xeyir verən abadlıq işləri görəcəyinə görə sevmir. İnsan adlı bir varlıqda həqiqət axtarışı deyilən bir qərizə və istək vardır. Elm və bilik öz-özlüyündə insan üçün bəyənilən bir şeydir.
Elm insanlara yaxşı yaşamaq və müxtəlif işlərin öhdəsindən daha məharətlə gəlməyi öyrədir. Bəşəriyyətin bəyənilmiş xüsusiyyətlərindən biri də onun elmli olmasıdır. İnsan təbiətən cahillikdən elmə doğru qaçır. Buna görə də elm və bilik insan mə᾽nəviyyatına aid olan xüsusiyyətlərindən biri sayılır.
Dostları ilə paylaş: |