Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur



Yüklə 2,8 Mb.
səhifə23/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   176
«Ona öz ruhumdan üfürdüm».

İnsanın vücudunda təbii ünsürlər olduğu kimi, qeyri-təbii ünsürlər də vardır. İnsanda olan bu daxili ziddiyyət (heyvani və insani hisslər) onda bir-birinə qarşı olan təzadlı istəklərin yaranmasına səbəb olur. Allah-taala insana ağıl, iradə və ixtiyar vermiş, onu iki yol ayrıcında qoymuş və bu işdə onu öz ixtiyarına buraxmışdır. Buna görə də Kant və Dekartın fikirlərinə müxalif olaraq, islam dini insanın doğulduğu ilk anlarında aktual olaraq bir sıra idrak və istəklərə malik olduğunu qəbul etmir.

Həmçinin islam, marksist və eqzistansialistlərin insan fitrəti barəsində irəli sürdükləri nəzəriyyəni, yə᾽ni onun dünyaya gəldikdən sonra sırf tə᾽sirlənmiş varlıq olduğunu da rədd edir. İslam dini baxımından insanın bir sıra potensial istəkləri təhrik olunur və mühit şəraitinin köməyi ilə daxili bir qüvvə tərəfindən bu istəklərə sövq edilir. Əgər onda olan bu potensial qüvvə həyata keçərsə, insanlıq deyilən dəyərə yetişmiş olar. Əks təqdirdə o, məsx olunmuş (öz həqiqi surətini əldən vermiş) bir varlığa çevriləcəkdir.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin