Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur


İKİNCİ FƏSİL ŞƏXSİYYƏT BAXIMINDAN İNSANLARIN QİSMLƏRİ



Yüklə 2,8 Mb.
səhifə30/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   176

İKİNCİ FƏSİL

ŞƏXSİYYƏT BAXIMINDAN İNSANLARIN QİSMLƏRİ


Şəhid Mütəhhəri insan «şəxsiyyətinin» potensial qüvvə şəklində olmasını, eləcə də bu şəxsiyyətin insanların məhz öz iradə və ixtiyarı ilə aktuallaşmasını nəzərə alaraq, onları üç dəstəyə bölüb deyir: Qur᾽ani-kərimdə insan üçün üç mənsəb zikr edilmişdir.

1. Heyvanın fövqündə olan mənsəb;

2. Heyvanla bir səviyyədə olan mənsəb;

3. Heyvandan aşağıda olan bir mənsəb (heyvaniyyət).

O, həmin məsələyə əsaslanaraq insanların əməllərini də üç qismə bölür:

1. Əxlaqi işlər; (heyvan həddindən yüksək).

2. Qeyri-əxlaqi işlər; (nə əxlaqi və nə də əxlaqın ziddinə olan orta bir mövqe).

3. Əxlaqın ziddinə olan işlər. (Heyvandan aşağı dərəcə).

Şəhid Mütəhhəri başqa bir yerdə də insanların qismləri başlığı altında yazır: İnsanlar üç dəstəyə bölünürlər:

1. İnsanlığa yetişmiş insanlar; (insani dəyərləri və həqiqi insan mahiyyətini aktuallaşdırmış insanlar);

2. İnsanlığı potensial qüvvə şəklində qalmış insanlar. (Yarım vəhşi, uşaqlıq həddində qalmış və inkişaf etməmiş insanlar. Fitri insanlığı təhrik olunmamış və hələ də bir növ yuxuda olan insanlar).

3. Məsx olunmuş insanlar. (Öz həqiqi surətlərini əldən verərək insanlıq mahiyyətini dəyişdirmiş və ən pis canlıya çevrilmiş şəxslər).

Buna əsaslanaraq ayrı bir ifadə ilə insanları üç növə də bölmək olar:

1. Pak insan;

2. Boş və puç insan;

3. Çirkin və murdar insan.

Mərhum Mütəhhəri ayrı bir yerdə yenə insanları üç növə bölür.

1. Kiçik ruhlu və qədir-qiyməti olmayan insan;

2. Böyük ruh sahibi olan insan;

3. Yüksək mərtəbəli ruha sahib olan insan.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin