Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur



Yüklə 2,8 Mb.
səhifə35/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   176

MƏSX OLUNMUŞ BÖYÜK RUHLAR


Əgər hansısa bir şəxs böyük alim olub, elmdən savayı iste᾽dad və məziyyətə sahib deyildirsə, onda yeni kəşf və yaradıcılıqlara olan meyl böyük ruh nişanəsidir. Yə᾽ni elm yolunda atılmış böyük addımdır. Bə᾽ziləri də artıqtamah olub iş-gücü daim mal-dövlət toplamaqdır. Bə᾽ziləri şəhvətpərəst, həris və kin-küdurətli olub yalnız başqalarına həsəd aparmaqla məşğul olurlar. Bütün bunlar xudpəsəndlik nişanələridir. Bunların heç birinə yüksək şəxsiyyətli insan demək olmaz və onlar yalnız müəyyən mə᾽nada böyük ruh sahibləridir.

Belə insanların «sə᾽y və çalışqanlığı» olmayan insanlarla müqayisədə üstünlüyü, onların öz iste᾽dad və bacarıqlarını inkişaf etdirməsidir. Amma onlar bu bacarıq və iste᾽dadlardan, öz «ilahi fitrətlərinə» uyğun olmayan tərzdə istifadə edirlər. Əzm və iradəsiz «tənbəl» insan isə öz iste᾽dadlarının heç birini inkişaf etdirməmişdir. Belə şəxslər heyvanla bərabərdirlər, amma öz iste᾽dadlarını «ilahi fitrətlə» uyğun olmayan tərzdə istifadə edən şəxslər, heyvandan da aşağı bir səviyyədədirlər.

İnsanın ruh və mə᾽nəviyyatının məsx olub heyvana çevrilməsi mümkün olan bir şeydir. Hətta elə bir heyvana çevrilə bilər ki, dünyada o çirkinlik və pislikdə heyvan olmasın. Qur᾽ani-kərimin «Ə᾽raf» surəsinin 179-cu ayəsində «bəl hum əzəll» — yə᾽ni bə᾽zi insanların heyvandan da aşağı səviyyədə olması barədə söhbət açılır. Bu necə olar bilər? Bəli, insanın ruhən heyvana çevrilməsi mümkün olan bir şeydir! Çünki hər bir insanın şəxsiyyəti onun əxlaqi və psixoloji xüsusiyyətləri ilə ölçülür. Əgər onun şəxsiyyəti hansısa bir heyvan xüsusiyyətlərinə oxşayırsa, deməli həqiqətən o, yırtıcı bir heyvana çevrilmişdir. Donuz həqiqətdə donuz olub, onun bədən quruluşu ilə xüsusiyyətləri bir-birinə mütənasib yaranmışdır. Amma əgər insan öz həqiqi xüsusiyyətlərini itirib donuz xüsusiyyətlərini əldə etsə, donuza çevrilmiş olar. Səhabələrdən biri söyləyir ki, imam Səccad (ə) ilə Məkkəyə getmişdik; Ərəfatda minlərlə hacı görüb dedim: «Ma əksərəl həcic» yə᾽ni, maşallah bu il hacı çoxdur.

İmam (ə) buyurdu: «Ma əksərəz-zəcici və əqəllil həcic» yə᾽ni necə də səs-küy və fəryad çox, hacı isə azdır.

O şəxs deyir: İmam (ə)-ın nə etdiyini bilmədim, amma bir də baxdıqda səhranı müxtəlif heyvanlarla dolu gördüm. Onlardan yalnız bir neçəsi həqiqi insan surətində idi. Sonra İmam (ə) buyurdu: İndi başa düşdün ki, bu işin batini nə yerdədir?

Bu məsələ İmam (ə) və saleh bəndələr üçün gün kimi aydın məsələlərdən biridir. Əgər biz müasir insanlar, söylənilənləri qəbul etmiriksə, yanılırıq.

İslami mənbələrdə söylənilir ki, insanlar qiyamət günü öz əxlaqi xüsusiyyətləri əsasında məşhur olacaqlar. Yə᾽ni insanlar, əxlaq və rəftar cəhətdən hansı xüsusiyyətləri özündə toplamışsa, həmin gün o xislətlərə uyğun gələn heyvan şəklində də zahir oluncaqlar. Təkcə əxlaqi xüsusiyyətləri insan şə᾽ninə layiq olan şəxslər insan simasında zahir olunacaqdır. Başqa sözlə desək, yalnız əxlaqları insan əxlaq və rəftar üsulları ilə mütənasib olan şəxslər insan formasında zahir olunacaqlar.

Heyvan kimi yemək, yatmaq və cinsi əlaqədən başqa heç bir şey başa düşməyən şəxslər batini cəhətdən məsx olunmuş, yə᾽ni insan xüsusiyyətlərini tamamilə itirmiş və ruhən bir heyvana çevrilmişdir. Bu şəxslər heyvan xüsusiyyətlərini özləri əldə etmişlər.

Mübarək «Nəbə᾽» surəsinin 18-ci ayəsində oxuyuruq:

(Yəvmə yunfəxu fissuri fətə᾽tunə əfvacən və futihətis-səmau fəkanət əbvabən vəsuyyirətil cibalu fəkanət sərabən).




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin