Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur


ELMİN İNSANLIQ ME᾽YARI HESAB EDİLMƏSİ



Yüklə 2,8 Mb.
səhifə41/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   37   38   39   40   41   42   43   44   ...   176

ELMİN İNSANLIQ ME᾽YARI HESAB EDİLMƏSİ


İndi isə görək elmi insanlıq me᾽yarı hesab edib belə söyləyə bilərikmi ki, insanlar bioloji baxımdan bərabərdirlər, amma elm adlı əldə olunası bir şey də vardır ki, insanlar məhz onu əldə etməklə öz insanlıqlarını tə᾽yin edirlər. İnsanlıq me᾽yarını yalnız elm bilib, elmi çox olanları insan, elmsizlərin isə insan olmamasını demək olarmı? Elmin insanlıq üçün yeganə tə᾽yinedici me᾽yar rolunu ifa etməsini qəbul etmək heç də düzgün hesab olunmaz. Əlbəttə, insanlığı əldə etmək üçün başlıca şərtlərdən biri də insanın özü və ətraf mühiti haqqında mə᾽lumatlı olmasıdır. Biz heç də bu aşkar olan həqiqətin üstündən xətt çəkmək istəmirik. Amma təkcə elmli olmaq kifayət etmir. Doğrudur bunun tə᾽siri var, amma onu yeganə amil kimi qələmə vermək olmaz və yalnız insanlığın əsaslarından biri hesab etmək olar. Hətta elmin insanlıq üçün əsas rol oynaması haqda müxtəlif mülahizələr də mövcuddur.

Elmin mahiyyəti nədir? sualı qarşısında bir neçə nəzərlər müşahidə olunur. Bəlkə də elmin nur olması ifadəsini, elmin nə olduğu barəsində söylənilən sözlərin ən yaxşısı hesab etmək olar. İmam Sadiq (ə) hədislərin birində buyurur:

(Əl elmu huvə nurun).

«Elm nura bənzəyir, elm bir nurdur».

Yə᾽ni elm işıqlandırıcı bir qüvvəyə malikdir. Elm cahanı insan gözləri qarşısında işıqlandıraraq agah edir. Onu zülmətdən nura doğru yönəldir. Agah və elmli olmaq işıq, elmsiz olmaq isə zülmət deməkdir. Görəsən «elmli şəxs bacarıqlı olar» ifadəsi nə dərəcə düz sayılır? Əlbəttə müəyyən bir mülahizəyə əsasən bu söz bir həqiqətdir. Amma görəsən bu o deməkdir ki, elm məfhumu qüdrət, güc və qüvvənin eyni özüdür, yoxsa o, bə᾽zən eyni qüdrətin və bə᾽zən də onunla fərqli olan bir şey olur. Məsələn, Allahın elmi, qüdrəti və həyatı bir-birindən ayrılmazdır, amma insanın elm, güc və qüdrəti ayrı-ayrı şeylərdir. Deməli, «elmli insan güclü olar» ifadəsi elmin qüdrət üçün mənşə rolunu daşıması deməkdir. Belə ki, elm nə qədər insanı agah edirsə, bir o qədər də güc-qüvvə bəxş edir. İndi isə görək elm insana qüdrət bəxş edəndən sonra, insan özü bu imtiyazdan necə istifadə edir. Görək insan bu mərhələdən sonra əldə etdiyi qüdrətdən harada gəldi istifadə etməyə məcburdur, yoxsa yox? Bildiyiniz kimi, insan iradə sahibi olub bir sıra duyğu, rəğbət və istəklərlə dolu olan bir varlıqdır. Elm insana qüdrət bəxş edən zaman, insan ondan müəyyən yerlərdə istifadə edir. Yə᾽ni elm və qüdrət insanları öz məqsədlərinə çatdıran bir vasitədir. Qüdrət insana hansı işi görməyi əmr etmir, əksinə ona hansısa işi görmək istəyəndə kömək edir. Nə üçün? Çünki elm insana aydınlıq və qüvvə bəxş edir, hansısa işi sür᾽ətlə görməyi öyrədir. Elm bacarıq deməkdir və insana vəziyyəti aydınlaşdırır. Elm insanın xaricində dəyişiklik aparan bir inqilabdır və təbiət qarşısında onun əhəmiyyətini qoruyub saxlayır. Müxtəlif xəstəliklər, təbii fəlakətlər, zəlzələ, tufan qarşısında onları qoruyub saxlayır. Elm təbiət aləmini insanlarla uyğunlaşdırır.

Belə bir sual meydana çıxa bilər ki, elm insana həm aydınlıq və həm də qüdrət bəxş edirmi? Bu o deməkdir ki, elm təkcə xarici aləmdə yox, batini aləmimizdə də istifadə olunur və bizə hər iki aləmi işıqlandırır. Deməli, elm həm xarici və həm də batini aləmimizi qurub düzəldə bilər. Yə᾽ni həm dünyanı və həm də insanları istənilən kimi qura bilər.

Bu sualın cavabında, «elm bir alət rolunu daşıyır» ifadəsini gətirmək olar. Belə ki, elmin insana bəxş etdiyi qüdrət və bacarıq hər an onun iradəsinə tabedir. İnsan öz işlərində elmdən bir alət kimi istifadə edib işini daha yaxşı və tez bir zamanda görə bilər.

Bunu da qeyd etmək lazımdır ki, imansız insanın elmi, sərxoş şəxsin əlindəki bıçağa və ya gecə oğrusunun əlindəki çırağa bənzəyir. Burada bir misal çəkmək yerinə düşərdi. Dünyada fizika adlı bir elm mövcuddur və bu elmin faydalı bəhslərindən biri də işıq və ya nurdur. Nurun nə olduğunu və keyfiyyətini tanımaq nəticəsində bəşər foto və kino çəkmək müvəffəqiyyətinə nail olmuşdur. Deməli, elm öz işini görmüş və bizə bunları öyrətmişdir. Amma bə᾽zən pul eşqinə düşmüş insanlarla da rastlaşırıq ki, başqalarının cibini soymaq və əxlaqlarını pozmaq məqsədi ilə pozğun filmlərdən istifadə edir. Yə᾽ni, elmi öz mənfur məqsədləri üçün əsir edir. E᾽tiraf etməliyik ki, əxlaqsız filmlər təkcə elmin məhsulu deyil, elm üstə gəl şəhvətpərəstliyin məhsullarındandır.

Elm bəşərin əlində olan bir çıraq kimidir. Çırağı hara aparsan oranı işıqlandırmalıdır. Bu məsələ insanın iki bacarıq və iste᾽dadı nəticəsində meydana gəlir. O iste᾽dadlardan biri təşəbbüs, digəri isə zülm, sitəmkarlıq və cahillikdir. Yə᾽ni, insanın zülmkarlığı onun təşəbbüsünü istismar edir. Pozğun filmlər və digər parnoqrafik şeylər bu cür işlərin məhsullarındandır. Elə buna görə də yaşadığımız əsr elmin əsir alınaraq istismar edildiyi dövr sayılır. Yaşadığımız əsri elm və kosmos əsri deyil, elmin əsir düşdüyü dövr adlandırmaq lazımdır. Bu əsrdə cəmiyyətlər üzərində elm yox, başqa qüvvələr hökm sürürlər. Bu qüvvələr alimlərdən öz mənfur məqsədlərinə çatmaq üçün istifadə edirlər.

Deməli, elm bir alət kimi olduğu üçün insanlıq me᾽yarı da ola bilməz.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin