Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur


«...Həqiqətən namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər...»



Yüklə 2,8 Mb.
səhifə50/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   46   47   48   49   50   51   52   53   ...   176
«...Həqiqətən namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər...».

Burada namazın insan ruhunda qoyduğu tə᾽sirdən söz açılır, insanın necə yüksəlişə çatması və bunun nəticəsində də bütün pisliklərdən çəkinəcəyi bəyan edilir.

q) Ağılın azğınlığa düçar olmaması yolunda aparılan mübarizə.

Qur᾽anın, ağılı əsas saymasının aşkar dəlillərindən biri də, onun ağıl qüvvəsinin normal işləməsinə mane olan şeylərlə mübarizə aparmasıdır.


HƏDİSLƏRDƏ ƏQLİN E᾽TİBARLI BİR SƏNƏD OLDUĞUNU TƏSDİQ EDƏN DƏLİLLƏR


Hədislərdə ağılın e᾽tibarlı bir sənəd olması barədə o qədər söz söylənilib ki, əgər mənbələrə müraciət olunsa, mö᾽təbər kitabların bir fəslinin bu mövzuya həsr olunduğunu görərik. Hətta bə᾽zi kitabların bu barədə olan bəhsləri «ağıl barəsində kitab» ünvanlı fəsillə başlanır. Şiə məzhəbinin hədisləri bu məsələni əvvəldən axıradək təsdiq və himayə edir.

İmam Musa ibni Cə᾽fər (ə)-ın bu barədə fövqəladə bəyanı vardır. O həzrət buyurur:

«Peyğəmbər iki növdür, biri insanın daxilində olan ağıl, ikinci isə xaricdə insanlar arasında seçilmiş peyğəmbər. Bu iki peyğəmbər bir-birinə nisbətdə təkmilləşdirici rol ifa edirlər. Nəbi (Allahın göndərdiyi elçi) olmasa, ağıl heç vaxt insanları səadətə çatdıra bilməz. Eləcə də ağıl olmasa, nəbilərin sözünün faydası olmaz, bəşəriyyət hidayət və səadət yoluna istiqamətlənməz. Bunların hər ikisi (ağıl və nəbi) bir cür iş görürlər».

Ağılı təsdiq və himayə etmək üçün, bu ifadədən yüksək söz söyləmək mümkün deyildir. Əlbəttə bu barədə çox sözlər deyilmişdir. O cümlədən:

Aqil insanın yuxusu cahillərin ibadətindən üstün sayılır;

Aqilin sakit dayanması, cahilin hərəkətindən üstün sayılır;

Allah-taala heç bir şəxsi, ağlını kamala çatdırmazdan əvvəl peyğəmbərliyə göndərməmişdir.

Deməli, həkimlərin nəzəriyyəsinin bir hissəsini — ağılın düzgün bilik və mə᾽rifət əldə etmək üçün e᾽tibarlı bir sənəd sayılmasını islam da təsdiq edir.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin