Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur



Yüklə 2,8 Mb.
səhifə55/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   51   52   53   54   55   56   57   58   ...   176

İRADƏ ME᾽YARININ TƏNQİDİ


Dünyada elə bir tərbiyəvi məktəb yoxdur ki, insanın öz istək və meylləri üzərində hakim olmasının vacibliyinə şəkk etmiş olsun. Hamı bunu istisnasız olaraq qəbul edir. Amma onun icrasına tə’minat məsələsi mübahisəli bir mətləbdir. İradə ağlın icraedici qüvvəsi olduğundan, ağıl və iradə meyl və istəklər üzərində hakim olmalıdır. Görəsən təkcə «olmalıdır» sözünü deməklə, ağıl və iradə istəklərə hakim olur, yoxsa yox? Ağıl və iradənin bu hisslər üzərində hakim olma mexanizmi necə olmalıdır və onun icrasına kim tə’minat verir?

Din məsləkçilərinin istinad etdikləri məsələlərdən biri də budur. Onlar deyirlər ki, iradə ağlın icraedici qüvvəsidir, bəs ağıl özü nə olan şeydir? Əlindən nə iş gəlir? Ağıl, məsələləri aydınlaşdırmaqdan başqa iş görmür və öz missiyasını nəyi isə açıqlamaq və yol göstərməklə başa vurur.

Deməli, ağıl hər hansı bir şeyi aydınlaşdırmaq rolunu ifa edir və insan ağılın köməyi ilə işi haradan başlayıb harada qurtaracağını başa düşür. Amma iradə və ağılın meyl və istəklər üzərində hakim ola bilməsi üçün, təkcə məsələni başa düşmək kifayət etmir. Çünki insan zatən öz mənafelərini güdən bir varlıqdır. Onun iradəsi meyllər üzərində o vaxta qədər hakim ola bilər ki, mənafeləri ona icazə vermiş olsun. Yə᾽ni insan öz mənafelərinin əldən getdiyini gördükdə, artıq həmin hisslər üzərində iradi hakimiyyətini tərk etməli olacaq.

İndiyədək söylədiklərimizdən mə᾽lum oldu ki, iradə çalışqan və sə᾽ysiz insanları bir-birindən ayırmaq me᾽yarlarındandır. Tənbəl insanlar daim öz təbii meyllərinin əsiridir. O, bu əsirlikdən canını qurtarmaq üçün gərək iradəsini gücləndirib istəkləri üzərində qələbə çalsın, əks təqdirdə heç vaxt insanlıq mərhələsinə yetişə bilməyəcəkdir. Deməli, iradə insanlıq me᾽yarı yox, insanlığa yetişmək üçün lazım olan şərtlərdən biridir. Böyük və yüksək səviyyəli ruhlar güclü iradəyə sahibdirlər. Amma biz çalışırıq ki, böyük insanlıq adlanan yüksək səviyyəli ruhun me᾽yarını tapıb üzə çıxaraq.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin