Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur


AZADLIĞIN İNSANLIQ ME᾽YARI KİMİ GÖTÜRÜLMƏSİ



Yüklə 2,8 Mb.
səhifə56/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   52   53   54   55   56   57   58   59   ...   176

AZADLIĞIN İNSANLIQ ME᾽YARI KİMİ GÖTÜRÜLMƏSİ


İnsanlığa qiymət vermək üçün əsas götürülən me᾽yarlardan biri də insan azadlığıdır. Bu məsələyə eqzistansialistlər daha çox toxunurlar. Bu nəzəriyyə sahibləri ən çox insanın azad və agah olması - insanın ictimai agahlığı üzərində dayanırlar.

Azadlıq nə deməkdir? Azadlıq, yə᾽ni insanın məcburiyyəti qəbul etməməsi, heç bir qüdrət qarşısında əyilməyib, ona əsir olmaması. İnsanın bütün müqəddəratını öz ixtiyarı ilə tə᾽yin etməsinə azadlıq deyilir.


SARTERİN AZADLIQ BARƏSİNDƏ SÖYLƏDİYİ SÖZLƏR


İnsan bu dünyada azad bir varlıqdır, hətta azadlığın eynilə özüdür. Sarter deyir: İnsanın azad olması, Allahın olmamasını sübut edir. Çünki Allahın olması azadlıqla ziddiyyət təşkil edir. Axı necə? Deyir: Allahın olması o deməkdir ki, Allahın bir zehni var və məni qabaqcadan öz zehnində təsəvvür etmişdir. Mən onun zehnində təsəvvür olunmuşamsa, necə azad ola bilərəm? Demək mən məcbur bir varlıq olub onun zehnindəki özümə oxşamalıyam.

Nə qədər də gülünc bir sözdür! Allah üçün zehin məfhumu bir mə᾽na kəsb edirmi? Sarter burada özünə oxşar bir varlıq təsəvvür edib adını Allah qoyur və onun əsasında mə’nasız sözlər danışır.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin