MƏ᾽NƏVİYYAT BÖHRANI ƏSRİMİZİN ƏN BÖYÜK PROBLEMLƏRİNDƏN BİRİDİR
Bir çox alimlərin toxunduğu məsələ, daha doğrusu dünya psixoloqlarını qayğılandıran ən ümdə problem bəşəriyyəti, xüsusilə hal-hazırda inkişaf etmiş ölkələri bürümüş mə’nəviyyat böhrandır. Əlbəttə müasir dövrdə siyasi-iqtisadi böhranlar keçirən dövlətlər də az deyildir, amma bu cür böhranlar heç də həllolunmaz sayılmır. İndiyə qədər həll oluna bilməyən böhran yalnız mə᾽nəvi böhranlardır. Mə᾽nəvi böhran nə siyasətə bağlıdır, nə də iqtisadiyyata; bu, bəşəriyyətin sırf mə᾽nəvi cəhətləriylə bağlı olan bir şeydir.
Tuinbinin nəzərincə, bu böhranların kökü texnikanın inkişafı ilə bağlıdır. Amma bu heç də belə deyil. Bəşəriyyət buxar maşınını ixtira etməklə heç də səhv etməmişdir, səhvə yol verən Fransız Bigen və onun ardıcılları olmuşlar. Dünyada mə᾽nəvi böhranlar bu şəxslərin «bəşəriyyətin bütün problemləri elmdən asılıdır» sözünü deməsiylə başlandı. Bunların nəzərincə, bütün çətinliklərin həllini elmdə axtarmaq lazımdır. İnsanın neçə düşməni ola bilər? Cahillik, kasıblıq, zülm. Bütün bədbəxtçiliklərin anası cahillikdir. Əgər insanlara elm və bilik öyrətsən, xəstəliklərin hamısını sağaltmış olarsan. Cəhalət və nadanlıq aradan getsə, bədbəxtçilik də onun ardınca gedəcək.
Əlbəttə elm müqəddəs bir həqiqətdir, amma bunlar elmi imandan ayırdılar və elmin, imanın görə biləcəyi işlərin öhdəsindən gələcəyini iddia etdilər.
İnsanın düşmənlərindən biri də onun zəifliyidir. Elm insana güc-qüvvə bəxş edir. Düz də deyirlər, elm qüdrət deməkdir, amma nəyin qarşısında? Təbiətin qarşısında. «Xəstəliklərin kökünü kəsmək üçün elm öyrənin» deyilirsə, buna inanmaq olar. Amma «kasıblığı aradan qaldırmaq üçün elm öyrənin» sözləri müəyyən qədər düz və müəyyən qədər səhvdir. Çünki kasıblıq ancaq iqtisadla bağlı deyildir, burada başqa amillər də var.
Bunların əsas səhvi «nigarançılıq və iztirabları yox etmək istəyirsinizsə, elm öyrənin» iddiasını etmələrindədir. Artıq onların bu sözlərinin yanlış olması hamıya mə’lumdur. Elm bu işin öhdəsindən gələ bilmədi. Elm hərislik, paxıllıq və bu kimi digər rəzil sifətlərin qarşısını ala bilmədi. Hal-hazırda bu növdən olan yaramaz xüsusiyyətlər elmi cəhətdən inkişaf etmiş ölkələrdə daha çox müşahidə olunur.
Dostları ilə paylaş: |