Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur



Yüklə 2,8 Mb.
səhifə61/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   57   58   59   60   61   62   63   64   ...   176

ZİYALILIQ NƏZƏRİYYƏSİNİN TƏNQİDİ


Bir sözlə desək, agahlıq hədəf tə᾽yin edən deyil, mə᾽lumat verəndir. Deməli, təkcə agah olmaqla insanlığı qurub düzəltmək mümkün deyil. Sənayi bu barədə gözəl kəlam söyləmişdir:

«Oğru çıraqla gəlsə, ən gözəl əşyaları seçib aparacaqdır». Agahlıq insanlar üçün fəzanı işıqlandırmaqdan başqa heç bir iş görmür. Necə ki, elm insanlara öz hədəflərinə yetişməkdə köməklik göstərir. Amma heç vaxt onları müəyyən məqsədə doğru istiqamətləndirib demir ki, bu yolu özünə hədəf seç. Təkcə agahlıq kifayət etmir. Qur᾽ani-kərim buyurur: Şeytan hamıdan çox agah və bilikli olmuş, amma bununla belə kafir olmuşdur. Nə üçün? Ona görə ki, mö᾽min deyildi. İman agahlıqla bağlı bir məsələdir, amma bu şərtlə ki, haqqın dərgahına təslim istəyi ilə birgə olsun».

Bu gün bəşəriyyətin dərdinə dərman yalnız tam agahlıqla haqqın qarşısında təslim olmaqdır. Bundan başqa onu heç bir şey xilas edə bilməz. Qur᾽an elm və imanı həmişə birlikdə zikr etmişdir. Bu gün insanların kifayət qədər elmi var, amma təəssüflər olsun ki, onların imanı yoxdur. Bəşəriyyəti isə yalnız iman sağalda bilər.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin