İnsanlıq me᾽yarlarından biri də məs᾽uliyyətli və mükəlləf olmaqdır. (Əlbəttə bu nəzəriyyə hələ Kantdan qabaq da ortaya çıxmış məsələlərdən biridir). Bu nəzəriyyə sahibləri deyirlər: O şəxs insan sayılır ki, başqalarının qarşısında məs᾽uliyyət hissi keçirmiş olsun. Bu artıq məhəbbət nəzəriyyəsi ilə fərqlidir. Belə ki, o, cəmiyyət və öz şəxsiyyəti qarşısında məs᾽uliyyət hissi keçirməlidir.
KANTIN FİKİRLƏRİ
Bu nəzəriyyə Kant tərəfindən təqdim olunarkən belə söylənilib: İnsanlar dünyanı təcrübə etməzdən əvvəl, bir sıra idraklara malik olub. O, həmçinin deyir: insan ağlı iki sahədə inkişaf etmişdir: nəzəri və əməli. Vicdan ağılın əməli sahəsinə aid olan bir məfhumdur. İndi isə bu məsələləri bir qədər aydın şəkildə açıqlayaq.