QUR᾽ANİ-KƏRİMİN VİCDAN HAQQINDA NƏZƏRİ
Qur᾽an insanda bir sıra fitri ilhamların olmasını heç də rədd etməmiş və «Şəms» surəsinin 7-8-ci ayələrində buyurmuşdur:
«Və nəfsin və ma səvvaha fə᾽əlhəməha fucurəha və təqvaha».
«And olsun nəfsi [insanı və ya insan nəfsini] yaradana;
Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini [xeyir və şəri] öyrədənə». Yə᾽ni, Allah-taala insanlara vicdan adlı bir şey vermişdir ki, onunla nəyin pis və nəyin yaxşı olmasını, eləcə də hansı işi görüb, hansını tərk etməsini dərk etsin.
Maidə surəsinin 2-ci ayəsi nazil oldu. «Təavənu ələl birri vəttəqva vəla təavənu ələl ismi vəl udvan».
«...Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin...». Bu zaman Vabisə adlı bir şəxs Peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın Rəsulu! Bir sualım var. Həzrət buyurdu: İstəyirsən mən deyim sualın nədir? Buyurun. Gəlmisən «Birr» və «təqva» (yaxşı iş və pəhrizkarlıq) və «ism» və «udvan» (günah və düşmənçilik törədən işlər) sözlərinin mə᾽nasını soruşasan. Bəli, ey Allahın Rəsulu! Elədir ki, var. Yazırlar ki, Peyğəmbər (s) barmağının üçünü cəm edib Vabisənin sinəsinə toxunduraraq buyurdu: Bu sualı qəlbindən soruş. Yə᾽ni, Allah-taala bu anlayışı ilham surətində bəşərin qəlbində yerləşdirmişdir.
Qur᾽ani-kərim başqa bir ayədə buyurur:
«Və əv həyna iləyhim fe᾽ləl xəyrat».
Dostları ilə paylaş: |