MƏS᾽ULİYYƏT VƏ MÜKƏLLƏF OLMAQ ME᾽YARININ TƏNQİDİ
Vicdandan doğan mükəlləflik və məs᾽uliyyət hissi öz-özlüyündə insanlıq me᾽yarı olmaq üçün kifayət etmir. Çünki insanlıq məktəbi təkcə bununla bitmir. Vicdan öz-özlüyündə hansısa bir məktəbin möhkəm dayağı ola bilməz.
İnsan vicdanı o qədər güclü deyildir ki, onun bütün varlığını idarə edə bilsin və onun tələbləri naminə hətta, canından belə keçsin. Ümumiyyətlə insan əgər hansısa bir ləzzət üçün iş görmək istəsə (hətta mə᾽nəvi ləzzət) ölümlə qarşılaşdıqda ondan əl çəkməli olur.
Deməli, Qur᾽ani-kərimin tə᾽rif etdiyi məsələ, yə᾽ni insan vicdanının xeyirxah işlərdən ləzzət alması heç bir şübhə doğurmur, amma insanlıq üçün təkcə bu kifayət etmir. İnsanlıq məktəbinin bundan daha üstün bir həqiqətə, yə᾽ni imana ehtiyacı vardır. Buna görə də kiminsə imam Hüseyn (ə)-ın Kərbəlaya gəlib, bütün cavanlarını ölümə və ailə-uşaqlarını əsirliyə verməsini, təkcə vicdanın tələblərindən doğan bir həqiqət hesab etməsi heç də düzgün sayılmaz. Çünki hər bir ləzzət axırda şəxsin özünə qayıtmalıdır. Bu isə ölümlə həyata keçiriləsi şey deyildir.
Dostları ilə paylaş: |