Məhəmmədəli Əlipur
BİRİNCİ FƏSİL İSLAM DİNİ BAXIMINDAN İNSANŞÜNASLIĞIN ÜSULLARI
Güc və qüvvənin tə᾽rif olunmağa heç də ehtiyacı yoxdur; tə᾽sir bağışlaya bilən hər hansı bir amilə güc və ya qüvvə deyilir. Dünyada hər hansı bir varlıq bir və ya bir neçə tə᾽sir edici qüvvəyə malikdir. Belə ki, istər qeyri-üzvi maddə və bitki, istərsə də heyvan və insan və ümumiyyətlə hər bir şey hansısa bir qüvvəyə malikdir. Hər hansı bir qüvvənin həyata keçirilməsində şüur və istək də rol oynasa, ona «qüdrət» və ya «bacarıq» deyiləcək.1
İnsan başqa mövcudların malik olmadığı bir sıra imkan və bacarıqlarla zənginləşmiş bir varlıqdır. Onda mövcud olan bu imkan və bacarıqlar ona «dini mükəlləfiyyət» və «məs᾽uliyyət hissi» daşımaq ləyaqətini bəxş etmişdir. İnsanda mövcud olan bu imkan və bacarıqlara «insanşünaslıq üsulları» deyilir.
Bu üsullar aşağıdakılardır:
1. Agahlıq;
2. Mürəkkəb bir varlıq olmaq; (ruh və cism).
3. İxtiyar sahibi olmaq;
4. Məs᾽uliyyət hissi daşımaq.
Dostları ilə paylaş: |