BU MÖVZUNUN İSBATI ÜÇÜN BİR NEÇƏ DƏLİL
Allah-taala insana öz-özünə qazilik etmək bacarığı vermişdir. İctimai məsələlərdə hakim ilə şikayətçi və məhkum olunan şəxs başqa-başqa insanlar olmalıdır. Adətən kimsə birindən şikayət edəndə hər iki şəxs üçüncü bir şəxsin, yə᾽ni hakimin yanına gedir, hakim də bunlar arasında ədalətlə qəzavət edir. İnsanın özündən özünə şikayət etməsini və ya bir adamın eyni zamanda həm hakim, həm də şikayətçi olmasını təsəvvür etmək mümkündürmü?
İnsaf nədir? Ümumiyyətlə insaflı adamın mə᾽nası budur ki, insan özünə aid olan məsələlərdə bitərəf olaraq hökm irəli sürsün, yə᾽ni özü müqəssir olsa da belə, öz əleyhinə qərar çıxarsın. Bu nə olan şeydir? Bu, insanın həqiqi şəxsiyyətinin mürəkkəb olmasını göstərən xüsusiyyətdən başqa bir şey deyildir.
Dostları ilə paylaş: |