Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur


 QÜDRƏT MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ



Yüklə 2,8 Mb.
səhifə12/20
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#8219
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

2. QÜDRƏT MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ

MƏHƏBBƏT MƏKTƏBİ


«Həqiqətən, Allah [Qur᾽anda insanlara] ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara [haqqını] verməyi [kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı] buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edər. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!»

(Nəhl-90).

Bizim, kamil insan mövzusunda olan keçən söhbətimiz qüdrət məktəbinin nəzərləri barəsində idi. Həmin söhbətimizdə qeyd etdik ki, bu məktəb baxımından kamillik güclülük, naqislik isə acizlik və zəifliklə bərabərdir. Bu məktəbdə hətta yaxşı və pis də bu me᾽yarlarla ölçülür. Onlar deyirlər ki, yaxşı güc, yaxşılıq isə güclülük deməkdir və həmçinin pis aciz və zəif, pislik isə zəiflik mə᾽nasındadır.

Filosoflar adətən bu məsələni «kamillik və naqislik», kəlam alimləri isə «yaxşı və pis» əsasında izah edirlər. Bu məktəbdə isə həmin şeylərin hər ikisini, yə᾽ni kamillik və naqisliyi, yaxşı və pisi güclülük və zəiflik me᾽yarları ilə ölçüblər. Filosoflar kamillik və naqislik, bunlar isə kamillik qüdrət, naqislik isə zəiflikdir deyirlər. Kəlam alimləri yaxşı və pis, bunlar isə yaxşılıq güclülük, pislik isə zəiflikdir deyirlər. Bu məktəbdə «haqq və batil», «ədalət və zülm» də bu me᾽yarlarla ölçülür. Belə ki, onların fikrincə haqq güc və qüdrətdən, batil isə acizlik və zəiflikdən ayrılmazdır. Ədalət və zülm də belədir; ədalət güc və qüdrət, zülm isə zəiflikdir. Bu məktəbə əsasən, bir-biri ilə dava edən iki nəfərdən güclü olanı daha kamil və daha yaxşıdır və haqq-ədalət də onunladır. Məğlub olan şəxs isə məğlub olduğu üçün naqis, pis, batil və zalımdır; məğlub olmaq və zəiflik naqislik, pislik, haqsızlıq və zalımlıqdır.

QÜDRƏT MƏKTƏBİNİN BİRİNCİ İRADI


Bu məktəbdə iki səhv vardır. Səhvlərdən biri budur ki, bu məktəbdə qüdrətdən başqa bütün insani dəyərlərə göz yumulub. Qüdrətin insani dəyər, öz filosoflarımızın dili ilə desək, kamillik olmasında heç bir şübhə yoxdur. Şübhəsiz ki, kamal qüdrətlə deyil, qüdrət kamalla bərabərdir. Buna görə də bizim filosoflar vücudu vacib olan varlığın zatı barəsində onun sırf varlıq olması və sırf varlığın kamilliklə bərabərliyini isbat etdikdən sonra, kamilliklə bərabər olan hər bir şeyi dəlillə Allahın zatı üçün sabit edərək deyirlər ki, həmin kamilliklərdən biri də qüdrətdir. Elm, iradə, ixtiyar və həyat kamal olduğu kimi, qüdrət də öz-özlüyündə kamillikdir.

Buna görə də qüdrətin insan üçün kamal olmasında şübhə etmək olmaz. Zəifliyi təbliğ edən zəiflik meylli məktəblər tamamilə səhv edirlər. Amma məsələ burasındadır ki, qüdrət Allah-taalanın zatında yeganə kamillik sifəti olmadığı kimi, insanda da təkcə kamal deyildir. Allah-taalanın zatının çoxlu kamillik sifətləri və gözəl adları vardır. Həmin kamillik sifətlərindən biri qüdrət, gözəl adlarından biri isə «Qadir»dir, yə᾽ni Allah-taalanın kamillik sifəti yalnız qüdrətdə bitmir. O, həmin sifətlərin yalnız biridir.


İKİNCİ İRAD


Bu məktəbin birinci səhvdən böyük olmasa da, ondan kiçik də olmayan ikinci səhvi qüdrətin özündədir. Bu məktəbdə digər kamal və dəyərlərə göz yumulmasından əlavə, qüdrət tərəfdarı olması iddiası etməsinə baxmayaraq, qüdrətin özü də yaxşı dərk edilməyib. Bu məktəb qüdrəti yalnız bir dərəcədə təsəvvür edir və onun tanıdığı həmin bir dərəcə heyvanın əzələlərində olan fiziki gücdən ibarətdir. Heyvanın bütün qüdrətləri onun əzələ gücündə tamamlanır. Yə᾽ni onun yeganə qüdrəti əzələlərindəki gücüdür və heyvanın bütün istəkləri nəfsani istəklərdir. İnsanın əhəmiyyəti bundadır ki, onda əzələ gücündən başqa, digər bir qüdrət mənbəyi də vardır. Belə ki, bizim məktəbin qüdrət məktəbi olmasını fərz etsək də belə, onun nəticəsi Nitsenin gəldiyi «insan qüdrətə tabe olmalıdır», «qüdrət əldə etməyə çalışın», «qüdrət əldə etdikdən sonra hər bir zəifin başından vurun», «nəfsinizi əzizləyin və onunla müxalifət etməyin, bacardıqca dünyanın maddi ləzzətlərindən bəhrələnin» və bu kimi digər nəticələri vermir. Xeyr! Ümumiyyətlə qüdrətin özünün nəticəsi də bunlar deyil.

YERLİ VƏ YERSİZ QAYĞILAR


İndi isə sizin üçün Sə᾽dinin bir şe᾽rini və Qur᾽anın bir ayəsini oxuyacağam. Sə᾽dinin şe᾽ri budur:
Tərəhhom bər pələnge tizdəndan

Setəmkari bovəd bər qusfəndan.
Yə᾽ni: İti dişli pələngə rəhm etmək, qoyunlara zülm etmək deməkdir.

Sə᾽di bu şe᾽rdə deyir ki, bir sürü qoyunu yırtmış canavarı tutub öldürmək istəyəndə ürəyi yumşalaraq canavara yazığı gələn şəxs, digər bir mə᾽nada daşürəklilik və rəhimsizlik etdiyini başa düşməlidir. Əlbəttə bu bir məsəldir. Onun məqsədi budur ki, zalım insana rəhm etmək məzlum insanlara zülm etmək deməkdir. Adətən zəif insanlar zalımlara rəhm edirlər.

Əvvəldə qeyd etdiyim Qur᾽an ayəsi isə zinakar kişi və arvad barəsindədir. İslamda, evli kişinin zina etməsinin cəzası daşqalaqdır. Zinakar ərli arvadın da cəzası belədir. Qur᾽an buyurur ki, zina etmiş həmin şəxsləri cəzalandırın və bir qrup mö᾽min mütləq bu cəza mərasimində iştirak etsin. Belə yerlərdə bir də görürsən, cəmiyyətin ümumi və yüksək mənafelərini fikirləşməyən zəif ruhlu insanlar hissə qapılaraq həmin şəxslərin cəzalandırılmamalarını və ya e᾽dam edilməmələrini istəyirlər. Bir də görürsən ki, onlar «bunlara yazığınız gəlsin; bu işi görməməyiniz yaxşı olar» kimi ifadələr işlədirlər. Qur᾽an buyurur: «...Allahın dini barəsində [bu işin icrasında] ürəyiniz onlara yumşalmasın...» (Nur-2). Bəli, bura ilahi cəzalandırma yeridir; ilahi qanunlar bəşəriyyətin ümumi mənafelərini nəzərə almaq əsasında və ona uyğun şəkildə tənzim edilib, bura ürəyiyumşaqlıq yeri deyil. Belə yerdə ürəyiyumşaq və atifəli olmaq, cəmiyyətə qarşı zülm və daşürəklilikdir.

Bu gün də bir çoxları eyni ilə həmin mətləbi təkrar edərək deyirlər ki, e᾽dam nə deməkdir? E᾽dam qeyri-insani cəza növüdür! Cinayətin növündən asılı olmayaraq, cinayətkar e᾽dam edilməməlidir! Bu fikrə malik olan insanlar öz sözlərinin izahında deyirlər ki, cani islah edilməlidir. Əcəb ikibaşlı və müəmmalı söz danışıblar!!

İnsanların islah edilməsinin zəruriliyində heç bir şəkk-şübhə yoxdur. Amma onlar cinayət törətməzdən əvvəl islah edilməlidirlər və onlara bu cinayətləri törətmək icazəsi verilməməlidir. Məsələ burasındadır ki, əgər cəmiyyətlərdə ya tərbiyə üsulları kifayət qədər deyil və ya nəinki islahedici amillər yoxdur, əksinə fəsad və pozğunçuluq amilləri mövcuddur və yaxud da islahedici amillər kifayət qədərdir, amma cəmiyyətlərdə həmişə mövcud olan azdırıcı ünsürlər cinayətə əl atırlar. Bunlarla necə davranmaq lazımdır? E᾽dam cəzası ləğv edilən kimi, tərbiyə üsullarının olmaması və ya kifayət etməməsi ucbatından mövcud olan islah edilməmiş canilər və bütün şəraitlərdə cinayətkarlıq ruhuna malik olan qruplar amansız cinayətlərə əl atacaqlar. Biz bu gün «qoy cani cinayət törətsin, sonra gedib onu islah edək» mə᾽nasını verən, «cinayətkarı islah etmək lazımdır» bəhanəsi ilə mövcud canilərə yaşıl işıq yandırırıq və bizim bu işimiz onları cinayətə təşviq edir. Çünki cinayətkar öz-özlüyündə fikirləşir ki, yaşadığım cəmiyyət indiyə kimi məni islah etmək fikrinə düşməyib; uşaqlıqda atam, böyüyəndən sonra isə heç kəs mənim tərbiyəmlə məşğul olmayıb, bəs biz cinayət törədək və bizi həbsxanaya aparsınlar, bəlkə orada bizi tərbiyə və islah edələr və orada adam olaq. Deməli, islah olunmağımıza hazırlıq məqsədi ilə bir cinayət törətməyimiz lazımdır!

Başqa birisi isə belə deyir: Oğrunun əlini kəsmək nə deməkdir?! Bu qeyri-insani bir şeydir və adamın qəlbini riqqətə gətirir!

Dar düşüncəli adamlar bu cür sözlər danışaraq e᾽tiraz edirlər. Siz qəzetlərin «hadisələr» səhifəsinə baxsanız oğurluq nəticəsində cəmiyyətə nə qədər maddi xəsarətlər vurulmasından əlavə, nə qədər cinayətlərin törənməsi və günahsız adamların öldürülməsinin şahidi olarsınız. Əgər oğru vaxtında cəzalandırılsa və o, bilsə ki, yaxalandığı təqdirdə törətdiyi cinayətə görə dörd barmağı kəsiləcək və bu cinayətinin nişanəsi ömrünün axırına kimi onun bədənində qalacaq, heç vaxt oğurluq etməz. And içirəm ki, bir neçə oğru, bəlkə hətta bir oğru bu cür cəzalandırılsa, oğurluğun qapısı bağlanar.

Əlli-altmış il bundan əvvəl Məkkəyə getmiş hacılar bilirlər və bəlkə də həmin vaxt həcc ziyarətinə getməyənlər də Səudiyyə Ərəbistanında oğurluğun necə geniş yayıldığını eşidiblər. O zamanlar maşın və təyyarə olmadığı üçün həcc karvanları at, dəvə və bu kimi heyvanlarla yol gedirdilər. Onlar silahlanmalarına və özləri ilə mühafiz aparmalarına baxmayaraq, həmin yolu iki min nəfərdən az adamla getməyə cür᾽ət etmirdilər. Elə bir il olmurdu ki, yolkəsənlərin həmin karvanlara hücum edərək nə qədər adam öldürmələri, onların mallarını oğurlamaları və hətta özlərindən nə qədər adam öldürülməsi barəsində xəbərlər eşidilməsin. Bu cür basqınlarda həmin oğruların ölmələri ehtimali və fərzi olduğu üçün, onlar oğurluq etməkdən çəkinmirdilər. Səudiyyə dövləti həddindən artıq pis xüsusiyyətlərə malik olmasına baxmayaraq, dünyada heç olmasa bu bir işi çox yaxşı gördü, yə᾽ni oğruların barmaqlarını kəsməyə başladı. Bəlkə də hər il yüzlərlə oğru və hacı öldürülürdü, amma bunun heç bir tə᾽siri yox idi. Ərəbistanlı dövlət mə᾽murları oğruları Ərəfat, Mina və ya bu kimi digər izdihamlı yerlərə, yə᾽ni bütün hacıların toplaşdıqları yerlərə gətirir və onların barmaq və ya əllərini kəsirdilər. Onlar bu işi bir neçə dəfə təkrar etdilər. Bir də gördülər ki, yolkəsənlər, azğınlıq və ya yoxsulluq ucbatından oğurluq edən digər dəstələr bu işlərindən əl çəkdilər və ümumiyyətlə oğurluq hadisələri yığışdırıldı. Bundan sonra həmin ölkədə bə᾽zən zəvvarların çamadanı və ya başqa bir şeyi yerə düşür, amma üstündən neçə gün keçməsinə baxmayaraq heç kəs onu götürməyə və hətta ona əl vurmağa cür᾽ət etmir və axırda sahibi gəlib öz malını tapırdı. Bu vəziyyətin yaranması cəzanın vaxtında və yerində icra edilməsi nəticəsində hasil olmuşdur. Qur᾽an buyurur: «Allahın dini barəsində [bu işin icrasında] ürəyiniz onlara yumşalmasın...»

Deməli bu növ ürəyiyumşaqlıq, rəhm və atifə qeyri-məntiqi, yə᾽ni rəhm formasında olan daşürəklilik və zülmdür. Başqa sözlə desək, bu iş birinə rəhm, digərinə isə zülmdür. Bu növ rəhm və mərhəmət nəfsani istək və şəhvətlər müqabilində müqavimət göstərmək kimi, müəyyən bir qüdrət sayılmamalıdır.

Buna görə də həmişə qüdrətdən dəm vuraraq ondan tam bəhrələnən və öz zəif nöqtələrini gizlədən şəxsin üstün və kamil insan olmasını iddia edən qüdrət məktəbi, qüdrətin özünü belə düzgün tanıyaraq dərk etmyib və onun həqiqətini anlamayıb.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin