Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur



Yüklə 2,8 Mb.
səhifə18/20
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#8219
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   20

İSLAMİ MƏTNLƏRDƏ AZADLIQ MƏFHUMU


Bir qədər də islamda azadlıq barəsində işlədilmiş ifadələr barəsində danışmaq istəyirəm. İslam azadlığın insani dəyərlərdən olmasını e᾽tiraf edib. Amma onu uydurma təfsir və ifadələrdəki kimi yeganə dəyər deyil, həqiqi mə᾽nada qəbul edir. Əli (ə)-ın Nəhcül-bəlağədə imam Həsən (ə)-a bir vəsiyyətnaməsi var. Bu vəsiyyətnamə o həzrətin Malik Əştərə yazdığı çox geniş məktubundan sonra ən böyük məktubudur. Həmin vəsiyyətnamənin cümlələrindən biri budur: «Nəfsini [ruhunu] bütün alçaqlıqlardan üstün tutsəni istəklərə çəksə , çünki nəfsini alçaltmağın əvəzində ondan üstün uca bir şey tapa bilməzsən, ancaq özünü zəlil edərsənƏli (ə) gördüyünüz kimi, «nəfs və ruhunu giriftar etmə» deyil, «nəfsini bütün alçaqlıqlardan üstün tut» deyir, yə᾽ni özünə hörmətlə yanaş və özünü alçalmaqdan və zəlilliklərdən qoru! Qur᾽anın buyurduğu kimi, ən böyük uduzmaq insanın özünü uduzmasıdır. Əli (ə) burada həmin mə᾽naya toxunaraq deyib ki, əldən verilən və satılan hər şey üçün qiymət qoymaq mümkündür; əldə olan hər bir şeyi satmaq və əvəzində ona bərabər pul almaq olar; amma sənin bir şeyin var ki, onu satsan bütün dünyada onun bərabəri olan bir şey tapmazsan və o, sən özünsən, yə᾽ni həmin nəfs və ruhun qiymətsizdir və ona qiymət tə᾽yin etmək qeyri-mümkündür. Əgər sənə ruh və nəfsini satmaq əvəzində bütün dünyanı və onda olanları versələr, yenə azdır və uduzmusan; ona bərabər, onun qiymət və dəyərini ödəyəcək heç nə tapmaq olmaz. «Çünki nəfsini alçaltmağın əvəzində ondan üstün və uca bir şey tapa bilməzsən!»

O həzrətin nəvələrindən olmuş imam Cə᾽fər Sadiq (ə) da belə buyurub: «Mənim ruh, can «öz»ümlə bərabərlik edə bilən yalnız bir şey var o, Allahdır. Nəfs ruhu Allaha sataraq Allahı götürmək mümkündür; amma ondan başqa dünyanın bütün varlıqları arasında, müqəddəs ruhlar aləmi, dünya axirətdə nəfsə dəyər tapmaq olmaz

Əli (ə) həmin məktubunda belə buyurur: «Oğlum, heç vaxt başqasına qul olma, çünki Allah səni azad yaradıb

Sizə Nəhcül-bəlağədən başqa bir şeyi nəql edərək söhbəti sona çatdırmaq istəyirəm. O həzrət söhbətlərinin birində ibadətləri bir-biri ilə müqayisə edərək belə buyurur: «Allaha ibadət edən insanlar üç dəstədirlər: – Bə᾽ziləri qorxudan ibadət edirlər; çünki cəhənnəm və əzabın olmasını eşidiblər. Bunlar Allahın onlara əzab verməməsi üçün Ona ibadət edirlər. Bu qulların ibadətdir. (Bu cür ibadət edənlər qul sifətlilərdirlər ki, onlar ağalarının qorxusundan işləyirlər və bunun digər bir dəyəri yoxdur.)

Bə᾽ziləri isə Allaha behişt tamahı ilə ibadət edirlər. Çünki bunlar da Allahın, ağacları altından çaylar axan, hurilər olan behiştinin olmasını eşidiblər və bilirlər ki, Allah həmin behiştləri ibadət edənlərə verəcək. Onların yadına behiştdəki toyuq əti, zümrüd, lə᾽l-cəvahir və hurilər düşən kimi ibadət etməyə başlayırlar ki, həmin şeylər bunlara da qismət olsun. Bu da tacirlərin ibadətdir; çünki tacir çoxlu pul və mənfəət əldə etmək üçün işləyir.

Amma başqa bir qrup Allaha yalnız şükr etmək üçün ibadət edir. Onlar ibadəti nə behişt tamahına görə və nə də cəhənnəm qorxusundan edirlər. Xeyr, onlar yalnız və yalnız Allahı görür və Onu nəzərdə tuturlar.»

İnsanın insani sifətlərindən biri də təşəkkürdür. İnsanın vicdanı hətta behişt və cəhənnəm olmasa belə, Allaha şükr etməyin zəruriliyini hökm edir. Vicdan ibadətin vacibliyini bildirir.

Məgər Peyğəmbərin (s) mübarək ayaqları çox ibadət etməkdən şişməmişdimi? O həzrətə deyirlər: Ey Allahın peyğəmbəri! «Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq» ayəsi ki, sizin barənizdədir, nə üçün bu qədər ibadət edirsiniz? O həzrət buyurur: «Məgər Allaha ibadət edənlərin hamısı cəhənnəm qorxusu ya behişt tamahına görə ibadət edir? Mən şükr edən bəndə olmayım

Bəli, birinci dəsətənin ibadəti qul ibadəti, ikinci dəstənin ibadəti tacir və muzdur ibadəti, üçüncü dəstənin ibadəti isə azad insan ibadətidir. Əli (ə)-ın məntiqinə əsasən, azad insan hətta behişt və cəhənnəmə də bağlı deyil, o, behişt və cəhənnəmdə də azaddır və yalnız Allaha bağlıdır.

Bütün dediklərimizdən mə᾽lum oldu ki, birincisi, islam təkyönlü məktəb deyil. İslam bütün cəhətləri əhatəli şəkildə görə bilən bir gözə malikdir. İslam, filosofların dediklərini onlardan qabaq deyib; ariflərin gördüklərini onlardan yaxşı görüb; məhəbbət məktəbinin dediklərini artıqlaması ilə deyib; qüdrət məktəbinin gördüyünü daha yaxşı görüb; sosializmin hiss etdiyini ondan yaxşı dərk və bəyan edib; həmçinin azadlıq məktəbinin gördüyü şeyləri daha yaxşı görüb və eyni zamanda bu məktəblərin zəif nöqtələrinin heç biri onda yoxdur. Çox aydın və müəyyən məntiq islam məktəbinin hərtərəfli və kamil olmasını göstərir. İslamın Allah tərəfindən olmasını bizə sübut edən də bunlardır.

Məgər indiyə kimi barəsində söhbət açıdığmız bütün məktəblərin baniləri dünyanın ən dahi şəxsiyyətləri olmayıblarmı? Bəli! Amma görürük ki, onların hamısı islam müqabilində öz dəyərlərini itirirlər. Peyğəmbər (s) hər nə qədər dahi – özü də məktəbə getməmiş və yazı-pozu bilməyən dahi olsaydı belə, öz başından belə sözlər danışa bilməzdi. Deməli, onun insan qüdrətindən üstün və bir mənbədən ilham alması mə᾽lum olur və həmin mənbə, doğrudan da Allahdır. Bu məktəb bütün məktəblərdən üstündür və onun düzgün dəyəri başqa məktəblərlə müqayisə ediləndə, daha yaxşı mə᾽lum olur və aydınlaşır.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin