Government Liaison Advisor Sought for usaid-funded Project



Yüklə 10,98 Kb.
tarix10.06.2018
ölçüsü10,98 Kb.
#53232

Şərq-Qərb İdarəetmə İnstitutu-Azərbaycanda Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA)
SEDA-nın Sabirabaddakı Regional Ofisi Üçün İş Elanı
Şərq-Qərb İdarəetmə İnstitutu ABŞ-in Beynəlxalq İnkişaf Agentliyinin və Azərbaycan Hökumətinin birgə maliyyələşdirdikləri 5-illik Sosial İqtisadi İnkişaf Fəaliyyəti layihəsi üçün aşağıda göstərilən vəzifələr üzrə təcrübəli namizədləri işə dəvət edir. SEDA-nın məqsədi Azərbaycanda regional sosial-iqtisadi inkişaf prioritetlərini həll etmək istiqamətində vətəndaşların fəal iştirakına təkan verməkdir. Bu proqram əsas tərəfdaşların sosial və iqtisadi ehtiyaclarının icma və region səviyyəsində müəyyən edə bilməsi üçün iştiraklı mexanizmin əsasının qoyulmasını təmin edəcək. Proqram həmçinin bu prioritet məsələlərin vətəndaşların aktiv şəkildə iştirak edəcəkləri infrastruktur layihələri vasitəsilə həll etməyə yardımçı olacaq. SEDA Azərbaycan Hökuməti ilə birbaşa işləyərək regional infrastruktur layihələri üçün milli büdcənin ayrılmasında bu iştiraklı mexanizmin qanuni tətbiqinə dəstək göstərəcək. Daha ətraflı məlumat əldə etmək üçün SEDA-nın bu elana əlavə olunmuş Proqram Təsvirinə nəzər salın
Elan olunmuş bu vəzifələr Sabirabad üzrə nəzərdə tutulub və burada Aran regionundakı şəhər və kəndlərə səfərlərin edilməsi tələb olunur.
Elan olunmuş vəzifələrə maraq göstərən namizədlər ingilis dilində tərtib olunmuş CV-lərini və maraq məktubunu (zəmanət verənlərin adları və əlaqə nömrələri göstərilməklə) sedajobs@ewmi.org elektron ünvanına göndərə bilər. Göndərəcəyiniz məktubun mövzu hissəsində müraciət etmək istədiyiniz vəzifənin adını (Regional Direktor/ Advokasi üzrə Koordinator/İnzibati Köməkçi/Sürücü) mütləq göstərin və 2011-ci il 15 noyabr tarixindən gec olmayaraq yuxarıda göstərilən elektron ünvana yollayın.
Tələblərə cavab verən namizədlərin seçimi ədalətli prinsip əsasında aparılacaq və maaş da müvafiq olaraq namizədin iş təcrübəsinə uyğun olaraq təyin ediləcək. Aran zonasından olan namizədlərə üstünlük veriləcək. Yalnız adları yekun siyahıya düşən namizədlərlə əlaqə saxlanılacaq.

Advokasi üzrə Koordinator
Görəcəyi işlər:

  • SEDA proqramının Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi komponentinin Aran regionunda vaxtında və effektiv həyata keçirilməsinə cavabdeh olmaq

  • Aran regionunda vətəndaş cəmiyyəti təşkilatlarının iştirakını təmin etmək

  • Aran regionunda SEDA-nın tərəfdaş təşkilatları ilə əməkdaşlıq şəraitində texniki dəstək, qrant ayırmaları və şəbəkələşmə fəaliyyətlərini koordinasiya etmək

  • Aran regionunda SEDA-nın qrant alan tərəfdaşlarının fəaliyyətlərinin monitorinqi

  • Vətəndaş Cəmiyyəti təşkilatlarının advokasi fəaliyyətlərinə dəstək vermək məqsədi ilə müvafiq hökumət qurumları ilə əlaqə yaratmaq

  • Şərq-Qərb İdarəetmə İnstitutunun Sosial-İqtisadi İnkişaf Fəaliyyəti proqramının Bakı ofisi ilə və digər tərəfdaşlarla birlikdə SEDA-nın vəzifələri və iş planına uyğun olaraq proqramın advokasi strategiyasının tərtib edilməsi və icrası


Tələb olunan xüsusiyyətlər:

  • Vətəndaş cəmiyyətinin inkişafı və təbliğatı təşəbbüslərini dəstəkləyən beynəlxalq proqramlar haqqında müfəssəl biliyə malik olma və həmin proqramlarda peşəkar iş təcrübəsi

  • Regional sosial-iqtisadi inkişaf sahəsində fəaliyyət göstərən proqramlar haqqında bilgiyə malik olmaq

  • Azərbaycanda vətəndaş cəmiyyəti və icma inkişafı təşəbbüslərinə yaxından bələd olmaq

  • Əla ünsiyyət qabiliyyəti, insanlarla münasibət qurmaq və koordinasiya bacarığı

  • Politologiya, sosiologiya, iqtisadiyyat və bunlara uyğun digər müvafiq sahələr üzrə universitet dərəcəsi

  • Azərbaycan dilində yazılı və şifahi şəkildə sərbəst ünsiyyət qurmaq bacarığı

  • İngilis dilində danışmaq bacarığı

  • Qabaqcıl komputer bilikləri




Page of


Yüklə 10,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin