V HİSSƏ. HÜQUQİ KONTEKST
Layihə sənədi Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında 6 fevral 2001-ci il tarixdə imzalanmış Standart İlkin Yardım Sazişinin 1-ci bəndinə istinad vasitəsi olan sənəd hesab olunur.
2001-ci il 8 may tarixli, 126-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında yardım barədə Sazişin III maddəsinə müvafiq olaraq layihə çərçivəsində alınmış bütün avadanlıq, materiallar və digər mal-mülk üzərində mülkiyyət hüququ layihə başa çatandan sonra BMTİP tərəfindən Azərbaycan Respublikasının Hokumətinə (Ədliyyə Nazirliyinə) təhvil verilir.
Layihə sənədinə aşağıdakı və ya digər növ düzəlişlər yalnız Azərbaycan Respublikasının Ədliyyə Naziri və ya onun tərəfindən təyin edilmiş Milli Əlaqələndirici və BMTİP-in Rezident Nümayəndəsinin birgə imzası əsasında edilə bilər.
-
Layihə sənədinin istənilən əlavəsinə düzəlişlər edilməsi və ya ona yenidən baxılması;
-
Layihənin birbaşa məqsədlərinə, nəticələrinə və ya işlərə əhəmiyyətli dəyişikliklərə səbəb olmayan, lakin razılaşdırılmış vəsaitlərin büdcədə yerlərinin dəyişdirilməsi və ya inflyasiyaya görə xərclərin artırılmasından meydana çıxan dəyişikliklər;
-
Layihə üzrə razılaşdırılmış vəsaitlərin xərclənmə fazasının (müddətinin) dəyişdirilməsini, yaxud inflyasiyaya görə mütəxəssislərlə bağlı xərclərin və ya digər xərclərin artırılmasını, yaxud agentlik xərclərinin çevikliyini nəzərə alan illik icbari düzəlişlər.
BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ İNKİŞAF PROQRAMI VƏ AZƏRBAYCAN RESPUBLİKASININ HÖKUMƏTİ ARASINDA
SAZİŞ
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (bundan sonra “BMTİP”) və Azərbaycan Respublikası hökuməti adından Ədliyyə Nazirliyi (bundan sonra “Hökumət”) “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin formalaşdırılması” layihənin (bundan sonra “Layihə”) icrası üçün əməkdaşlıq haqqında razılığa gəldiklərini;
Hökumət, Layihə üçün mövcud resursların artırılması məqsədi ilə pay bölgüsü prinsipi əsasında maliyyə vəsaiti (bundan sonra “pay”) ayırmaq niyyətində olması barədə BMTİP-i məlumatlandırdığını, həmçinin pay vəsaitlərindən maliyyələşdiriləcək hər bir layihənin icrası üçün icraçı qurumun və ya icraçı tərəfdaşın (bundan sonra “İcraçı Agentlik / İcraçı Tərəfdaş”) BMTİP tərəfindən təyin olunacağını nəzərə alaraq,
BMTİP və Hökumət bu sənədlə aşağıdakı məsələlər üzrə razılığa gəlirlər:
Maddə I
-
“Hökumət” bu maddənin 2-ci paraqrafında göstərildiyi qaydada 2 000 000 (iki milyon) ABŞ dolları məbləğində payı BMTİP-in sərəncamına verir.
-
Hökumət aşağıda müəyyən edilmiş ödənişlər cədvəlinə əsasən öz payını aşağıdakı bank hesabına köçürür:
Bank hesabının adı: BMTİP Azərbaycan
Bank hesabının sayı: 00021008 AZN
Bankın adı: Yapi Kredi Bank
Kodu: 509987
VÖEN: 9900009021
S.W.I.F.T. BIC: KABAAZ22
Məbləğin köçürülmə tarixi Məbləğ (ABŞ dolları)
(a) 2012-cu ilin 4-cü rübü 635 000
(b) 2013-cü ilin 1-ci rübü 340 000
(c) 2013-cü ilin 2-ci rübü 340 000
(d) 2013-cü ilin 3-cü rübü 340 000
(e) 2013-cü ilin 4-cü rübü 345 000
Yuxarıda göstərilən ödənişlər cədvəlinə1 əsasən, bütün payların planlaşdırılan tədbirlərin icrasından əvvəl ödənilməsi tələb olunur. Layihənin icrası üzrə irəliləyişdən asılı olaraq, cədvələ düzəlişlər edilə bilər.
-
Bütün maliyyə hesabları və bank hesabı üzrə xərclər ABŞ dolları ilə göstərilir.
-
BMTİP payın (pay hissələrinin) ABŞ dollarından fərqli valyutada qəbul edilməsinə razılıq verə bilər o şərtlə ki, bu valyuta növləri tam konvertasiya oluna bilə və ya BMTİP tərəfindən maneəsiz istifadə oluna bilər və aşağıda verilmiş 5-ci paraqrafın müddəalarına uyğundur. Verilən payın valyuta növünün hər hansı dəyişdirilməsi yalnız BMTİP-in razılığı ilə həyata keçirilir.
-
Verilən payın ABŞ dollarından fərqli valyutada olduğu təqdirdə, onun dəyəri ödəniş gününə olan BMT-nin əməliyyat mübadilə məzənnəsinin tətbiqi əsasında müəyyənləşdirilir. Verilən payın BMTİP tərəfindən tam istifadəsinə qədər BMT-nin əməliyyat mübadilə məzənnəsində dəyişiklik baş verdiyi təqdirdə, həmin vaxt mövcud olan maliyyə vəsaitlərinin balans dəyəri müvafiq qaydada tənzimlənir. O zaman maliyyə vəsaitlərinin balans dəyərində itki qeydə alındıqda, BMTİP Hökumət tərəfindən əlavə maliyyə vəsaitinin ayrılması imkanlarının müəyyənləşdirilməsi məqsədi ilə Hökuməti məlumatlandırır. Əlavə maliyyə vəsaiti mövcud olmadığı təqdirdə, BMTİP tərəfindən bu Müqavilə əsasında Layihə üçün göstərilən yardım azaldıla, müvəqqəti saxlanıla və ya dayandırıla bilər.
6. Pay üzrə yığılan hər hansı bir gəlir faizi BMTİP-in hesabına əlavə olunur və BMTİP-in təsdiq olunmuş proseduralarına uyğun istifadə olunur.
Maddə II
-
BMTİP-in İcraçı Şurasının Digər Mənbələrdən Alınmış Vəsaitlərin İşlənilməsi üzrə Xidmətlərin Ödənilməsi haqqında Siyasət sənədində əks olunmuş qərar və göstərişlərinə uyğun olaraq, BMTİP-in mənzil-qərargahının və ölkədəki nümayəndəliyinin müvafiq strukturlarının layihə üzrə Ümumi İdarəetmə Dəstəyi (ÜİD) üzrə xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan dolayı xərclər də paydan ödənilir. Yuxarıda qeyd olunan ÜİD üzrə xərclərin ödənilməsi üçün payın ümumi məbləğindən 5% dəyərində məbləğ tutulur. Bundan başqa, konkret layihənin (lərin) icrası ilə aydın şəkildə bağlı olan bütün birbaşa xərclər, o cümlədən layihəni icraçı agentliyin və ya tərəfdaşın xərcləri layihə büdcəsi çərçivəsində müvafiq büdcə xətti üzrə müəyyənləşdirilir və müvafiq qaydada layihə tərəfindən ödənilir.
-
Göstərilən müvafiq dəstək xidmətləri üçün nəzərdə tutulmuş təzminatlar da daxil olmaqla, Layihə büdcəsinin ümumi məbləği bu Müqavilə üzrə layihənin bütün mövcud resurslarının dəyərindən, həmçinin, layihə xərclərinin və dəstək xidmətləri üzrə xərclərin ödənilməsi üçün digər maliyyə mənbələrindən ayrılmış maliyyə vəsaitlərindən artıq olmamalıdır.
Maddə III
-
Pay BMTİP-in layihələrin icrası üzrə adi prosedurlarının tətbiq edilməsi ilə, təşkilatın müvafiq sərəncam, qayda və göstərişlərinə uyğun olaraq, BMTİP tərəfindən idarə olunur.
-
Layihənin idarə olunması və layihə üzrə xərclər BMTİP-in müvafiq sərəncam, qayda və göstərişləri, həmçinin tətbiqi mümkün olan hallarda, İcraçı Agentliyin/Tərəfdaşın sərəncam, qayda və göstərişləri ilə tənzimlənir.
Maddə IV
-
BMTİP-in və İcraçı Agentliyin/Tərəfdaşın bu Müqavilədən və müvafiq layihə sənədindən irəli gələn vəzifələrinin icrası payın bu Müqavilənin “Maddə I”-in 2-ci paraqrafında təsbit olunmuş ödənişlər cədvəlinə uyğun BMTİP tərəfindən əldə olunmasından asılıdır.
-
Xərclər və ya maliyyə öhdəlikləri ilə əlaqədar gözlənilməyən artım ehtimal olunduqda və ya baş verdikdə (inflyasiya, mübadilə məzənnəsində baş verən kəskin dəyişikliklər və ya fövqəladə hallar nəticəsində), BMTİP tələb olunan maliyyə vəsaitindən ibarət əlavə smeta sənədini vaxtında Hökumətə təqdim edir. Hökumət tələb olunan əlavə maliyyə vəsaitinin əldə olunması üçün əlindən gələni əsirgəməyəcək.
-
“Maddə I”-in 2-ci paraqrafında qeyd olunan payla bağlı ödənişlər razılaşdırılmış cədvələ uyğun həyata keçirilmədikdə və ya bu Maddənin 2-ci paraqrafına əsasən nəzərdə tutulmuş maliyyə vəsaiti Hökumət tərəfindən və ya digər mənbədən ayrılmadıqda, bu Müqaviləyə əsasən BMTİP tərəfindən Layihə üçün göstərilən texniki yardım da azaldıla, müvəqqəti saxlanıla və ya dayandırıla bilər.
Maddə V
Pay vəsaitindən alınmış avadanlıq, materiallar və digər mal-mülk üzərində mülkiyyət hüququ layihə sona çatanadək BMTİP-də qalır. BMTİP tərəfindən mülkiyyət hüququnun digərlərinə verilməsi məsələləri BMTİP-in müvafiq siyasəti və proseduraları əsasında müəyyənləşdirilir.
Maddə VI
Pay yalnız BMTİP-in maliyyə sərəncam, qayda və göstərişlərində nəzərdə tutulmuş daxili və kənar audit proseduraları əsasında yoxlanılır.
Maddə VII
BMTİP müvafiq müraciət əsasında Hökuməti BMTİP-in hesabatların təqdim olunması proseduralarına uyğun hazırlanmış maliyyə və digər hesabatlarla təmin edir.
Maddə VIII
1. BMTİP pay vəsaitindən maliyyələşdirilmiş bütün tədbirlərin tamamlanması haqqında Hökuməti məlumatlandırır.
2. Pay vəsaitindən maliyyələşdirilmiş bütün fəaliyyətlərin tamamlanmasına baxmayaraq, bu fəaliyyətlərlə bağlı bütün maliyyə öhdəlikləri və borclar təmin olunmayana, həmçinin bu fəaliyyətlər ardıcıllıqla yekunlaşdırılmayanadək BMTİP payın istifadə olunmamış hissəsini özündə saxlamaqda davam edir.
3. Payın istifadə olunmamış hissəsinin bu cür maliyyə öhdəliklərinin və borcların təmin olunması üçün kifayət etmədiyi halda BMTİP bu haqda Hökuməti məlumatlandırır və bu cür maliyyə öhdəliklərinin və borcların təmin olunması yolları haqqında Hökumətlə məsləhətləşmələr aparır.
4. Bu cür maliyyə öhdəlikləri və borclar təmin olunduqdan sonra paydan qalan hər hansı bir qalıq Hökumətlə məsləhətləşmələr əsasında BMTİP tərəfindən müvafiq hesaba köçürülür.
Maddə IX
-
Köçürülmüş bütün paylar, layihə üçün ayrılmış digər mövcud maliyyə vəsaitləri ilə birlikdə, layihənin icrası zamanı yaranan maliyyə öhdəliklərinin və borcların təmin edilməsi üçün kifayət etdikdə, bu Müqavilənin iki Tərəfi arasında müvafiq məsləhətləşmələr aparıldıqdan sonra bu Müqaviləyə BMTİP və ya Hökumət tərəfindən yekun vurula bilər. Bu Müqavilə hər hansı bir Tərəfin digər Tərəfə Müqavilənin xitam verilməsinə dair qəbul etdiyi qərar haqqında yazılı bildiriş təqdim etdiyi gündən etibarən 30 gündən sonra dayandırılır.
-
Payın istifadə olunmamış hissəsi, layihə üçün ayrılmış digər mövcud maliyyə vəsaitləri ilə birlikdə, bu cür maliyyə öhdəliklərinin və borcların təmin olunması üçün kifayət etmədiyi halda BMTİP bu haqda Hökuməti məlumatlandırır və bu cür maliyyə öhdəliklərinin və borcların təmin olunması yolları haqqında Hökumətlə məsləhətləşmələr aparır.
-
Bu Müqavilənin dayandırılmasına baxmayaraq, fəaliyyətlərlə bağlı bütün maliyyə öhdəlikləri və borclar təmin olunmayana, həmçinin bu fəaliyyətlər ardıcıllıqla yekunlaşdırılmayanadək BMTİP payın istifadə olunmamış hissəsini özündə saxlamaqda davam edir.
-
Bu cür maliyyə öhdəlikləri və borclar təmin olunduqdan sonra paydan qalan hər hansı bir qalıq Hökumətlə məsləhətləşmələr əsasında BMTİP tərəfindən istifadə olunur.
Maddə X
Bu Müqavilə imzalandıqdan və bu Müqavilənin “Maddə I”-in 2-ci paraqrafında təsbit olunmuş ödənişlər cədvəlinə uyğun olaraq Hökumət tərəfindən ayrılmış payın birinci ödənişi Hökumət tərəfindən köçürüldükdən sonra qüvvəyə minir.
Yuxarıda verilmiş bütün müddəaların təsdiqi üçün bu sənədi imzalamağa tam səlahiyyətləri olanlar bu Müqaviləni ingilis və Azərbaycan dilində 2 nüsxədə imzalamışlar.
Hökumət adından: BMTİP adından:
(İmza) (İmza)
Müqaviləni imzalayan şəxsin adı, soyadı: Müqaviləni imzalayan şəxsin adı, soyadı:
Fikrət Məmmədov Antonius Bruk
Müqaviləni imzalayan şəxsin vəzifəsi: Müqaviləni imzalayan şəxsin vəzifəsi:
Azərbaycan Respublikasının Ədliyyə naziri BMTİP-nın Rezident-Nümayəndəsi
Müqavilənin imzalanma tarixi: Müqavilənin imzalanma tarixi:
______________________ ______________________
Müqavilənin imzalanma yeri: Müqavilənin imzalanma yeri:
Bakı şəhəri Bakı şəhəri
Bakı 2012-ci il
Dostları ilə paylaş: |