Göyçay -2016 Ünvan-Atatürk 81 Tel-27-4-15-10



Yüklə 26,7 Kb.
tarix17.11.2018
ölçüsü26,7 Kb.
#82992



Göyçay -2016

Ünvan-Atatürk 81

Tel-27-4-15-10

c:\users\windows\desktop\1410759265_1410589530_dsc_0040.jpg

Tərtib edən:

Oxucuya xidmət şöbəsinin biblioqrafı G. Bədirova.

c:\users\windows\desktop\1400666649_dunyausaqgunu.jpg

Bayramın mübarək əziz müəllim




Bir həzin nəğmədir müəllim ömrü,
Gah zilə qalxacaq,gah enər bəmə.
Duysa da,görsə də çətinlikləri,
Sənəti əzizdir hər müəllimə!...

Dözəcək həyatın hər əzabına,


Ona şirin olar arzuları da...
Neçə şagirdiylə geri qayıdar,
Müəllim ömrünün ilk baharı da!...

Bizim məktəbimiz bu gün həyatda,


Həqiqət,səadət,bilik mənbəyi...
Burda müəllimlər öyrədir bizə,
Torpağı,Vətəni-yurdu sevməyi!...

Bir şirin nəğmədir müəllim ömrü,


Yox olub Sizinlə kədərim-qəmim!
Ürəkdən deyirik biz bu gün Sizə:


-Bayramın mübarək,əziz Müəllim!...

Bilik günü — Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.

Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir.

Bu haqda Hz. Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram " demişdi.

Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar,Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.


c:\users\windows\desktop\bilik-gunu_sayt-696x385.jpg


Sentyabrın 15-də  Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik günüdür. Ölkəmizdə yeni dərs ili başlayır.

Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə , sevinc və həyacanla gözlənilən , xüsusi qayği və məmnuniyyətlə , təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub , kitablar oxuyub , şeirlər əzbərliyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata məktəb həyatına qədəm qoyacaqlar.

Bilik – insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında öyrəndiklərimizdir. Bilik praktiki fəaliyyət və professional təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub (prinsipləri, əlaqələri, qanunları), həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir.

c:\users\windows\desktop\1441691150_bilik-gunu.jpg

Elm — təbiət,cəmiyyət və insan təfəkkürü haqqında obyektiv,sistemli və əsalandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyət növü.
Elmi nailiyyətlərə görə alimlərə aşağıdakı beynəlxalq nüfuzlu mükafatlar verilir :
Nobel mükafatı — dünyada ən nüfuzli elmi mükafat. İldə bir dəfə dörd elm sahəsi üzrə verilir.Ona parodiya kimi Şnobel mükafatı də verilir.
Fildsov mükafatı — riyaziyyat sahəsində böyük nailiyyələrə görə. İspaniya kralı tərəfindən təqdim edilir.
Rolf Nevanlinni mükafatı — informatika nın riyazı aspektlərində böyük uğurlara görə.
Karl Fridrix Qauss mükafatı — digər elmlərdə kəşflər vasitəsi ilə riyaziyyata böyük töhvələrə görə.
Kraufurd mükafatı — mükafat aşağıdakı istiqamətlər üzrə verilir: astranomiya, riyaziyyat, bioloji elmlər, Yer haqqında elmlər.
Abel mükafatı — riyaziyyatın inkişafına töhvəyə görə.
Şao İfu mükafatı — astranomiya, riyaziyyat, tibb və həyat haqqında elmlərə verilən böyük töhvələrə görə.
Tyurinq mükafatı — hesablama texnikası asosasiyası tərəfindən informatika sahəsində veriilən mükafat.

Mixail Lomonosov adına böyük qızıl medal— Rusiya Elmlər Akademiyasının ali mükafatı.
Dmitriy Mendeleyev adına böyük qızıl medal — Rusiya Elmlər Akademiyasının kimya elmi sahəsində böyuk nailiyyətlərə görə mükafatı.

c:\users\windows\desktop\maxresdefault.jpg

c:\users\windows\desktop\1410690167_bilik-gunu.jpg


Yüklə 26,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin