Gsc “Azərbaycan Hava Yolları”



Yüklə 88,37 Kb.
tarix20.05.2018
ölçüsü88,37 Kb.
#50910
növüReferat


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Milli Aviasiya Akademiyası

Aviasiya radiotexnikası və elektronikası” kafedrası


MAGİSTR HAZIRLIĞI ÜÇÜN
Elektronika, telekommunikasiya və radiotexnikanın müasir problemləri” fənninin proqramı
İxtisas: 060627 - “Elektronika, telekommunikasiya və

radiotexnika mühəndisliyi”

İxtisaslaşma: “Nəqliyyat radioavadanlıqlarının texniki istismarı”

Semestr 1

Fənnə ayrılmış saatların cəmi - 120 saat

Onlardan:

Mühazirələr - 30 saat

Məşğələ dərsləri -

Laboratoriya -

Referat +

Magistrantın sərbəst işi - 90

Kredit sayı - 4


BAKI - 2013

“Elektronika, telekommunikasiya və radiotexnikanın müasir problemləri” fənninin proqramı Azər­bay­can Respublikası Təhsil Nazirliyi tərəfindən «____» _________ 201___ ildə təsdiq edilmiş baza təh­sil standartı və MAA-nin Elmi Şurası tərəfindən «____» _________ 201___ ildə (protokol № ______ ) təsdiq edilmiş magistr hazırlığının 060627 “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisası üzrə tədris planı əsasında tərtib olunmuşdur.


Fənn proqramını tərtib edənlər:
“Aviasiya radiotexnikası və elektronikası” kafedrasının müdiri, t.e.d., prof.__________ A.R. Həsənov

Fənn proqramı “Aviasiya radiotexnikası və elektronikası” kafedrasının iclasında müzakirə olunmuşdur


( “____”____________2013-ci ci il tarixli iclas “__________” №-li protokol)

Kafedra müdiri, t.e.d., prof.______________ A.R. Həsənov


Fənn proqramı MAA-nın “Hava nəqliyyatıının uçuş-texniki istismarı” fakültəsinin Elmi Şurasının iclasında müzakirə olunmuşdur və razılaşdırılmışdır.
( “____”____________201___ il tarixli iclas “________” №-li protokol)
Dekan, t.e.n., dos. ______________T.İ. Kərimli

Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında razılaşdırılmışdır.


( “____”____________201____ il tarixli iclas “____” №-li protokol)
Sədr, tədris işləri üzrə prorektor, t.e.d., dos. _______________ Ə.S. Səmədov


Mündəricat

Giriş


  1. Ümumi qaydalar

    1. 1.1. Fənnin tədrisinin məqsədi

    2. 1.2. Fənnin tədrisinin əsas vəzifəsi

1.3. Fənn üzrə bilik və bacarıqlara tələblər

1.4. Fənnin digər fənlərlə əlaqəsi

2. Fənnin məzmunu

2.1. Fənn üzrə saatların bölüşdürülməsi

2.2. Fənnin mövzular üzrə planı

2.2.1. Mühazirə dərslərinin mövzuları və həcmi

2.2.2. Referat mövzuları və hazırlanma qaydaları

3. Fənn üzrə tədris-metodiki materiallar

3.1. Tövsiyə olunan ədəbiyyat

3.2. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı



Giriş

Fənn proqramı tədris prosesinin təşkili və magistrantların biliklərinin qiymətləndirilməsinin mövcud metodikaları əsasında işlənib hazırlanmışdır. Fənn proqramı müəllim və magistrantların istifadəsi üçün nəzərdə tutulmuşdur.

Proqrama fənnin tədrisinin mərhələləri üzrə məzmunu və həcmi daxil olunur.
1. Ümumi qaydalar

1.1. Fənnin tədrisinin məqsədi

“Elektronika, telekommunikasiya və radiotexnikanın müasir problemləri” fənninin tədrisinin məqsədi 060627 - “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan magistrantların elektronika, telekommunikasiya və radiotexnika oblastında müasir problemlər və elmin inkişaf tendensiyası haqqında biliklər almasıdır.


1.2. Fənnin tədrisinin əsas vəzifəsi

Fənnin tədrisinin əsas vəzifəsi magistrantları müasir şəraitdə elektronika, telekommunikasiya və radiotexnika oblastında elmin inkişaf xüsusiyyətləri ilə tanış etmək, onlara müasir elektronika, telekommunikasiya və radiotexnika sistem və qurğuların analizinə elmi yanaşmanın prinsiplərini, analizin riyazi və imitasiya metodlarını öyrətməkdir.


1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər

Fənnin öyrənilməsi üçün magistrantlar bakalavr pilləsində tədris olunan müasir siqnallar nəzəriyyəsinin riyazi əsaslarını; siqnalların analitik ifadə olunma prinsiplərini; sadə və mürəkkəb siqnalların xassələrini və tətbiq sahələrini; dövrələrin analizinə ümumi yaxınlaşmanı; funksional elektronikanın qurulma prinsiplərini və işlərini, həmçinin, əsas xarakteristikalarını biməli və bu və ya digər radiotexniki məsələnin həlli üçün bu və ya digər siqnalın və onun işlənmə üsulunun seçilməsini müəyyən etməyi və əsaslandırmağı bacarmalıdır.


1.4. Fənnin digər fənlərlə əlaqəsi

Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar daha sonra tədris olunan ixtisas fənnlərin öyrənilməsində və magistr dissertasiyalarının hazırlanmasında zəruri olaraq istifadə olunacaqlar.



  1. Fənnin məzmunu

2.1. Fənn üzrə saatların bölüşdürülməsi

“Elektronika, telekommunikasiya və radiotexnikanın müasir problemləri” fənninin tədrisi 060627 - “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisası üzrə magistratura səviyyəsində tədris yükü 30 saat həcmində nəzərdə tutulmuşdur ki, oda mühazirə dərslərinə ayrılmışdır.



Tədris yükünün 1-ci semestrdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi referat və imtahan ilə nəticələnir.

2.2. Fənnin mövzular üzrə planı



Mövzunun adı

Cəmi

Müha-

zirə

Məşğələ

Labora­toriya

1.

Fənnin məqsədi, predmeti və əsas məsələləri.

2

2







2.

Siqnallar nəzəriyyəsi. Siqnalların riyazi modelləri. Bir və çox ölçülü siqnallar. Fasiləsiz və diskret siqnallar. Dövrü və qeyri dövrü siqnallar. Siqnalların dinamiki təsviri.

2

2







3.

Furye analiz. Dövrü və qeyri dövrü siqnalların Furye analizi. Diskret Furye çevirməsi.

2

2







4.

Veyvlet analiz. Veyvlet çevirmənin əsasları. Veyvlet çevirmənin xassələri.

2

2







5.

Rəqəmsal süzgəcləmənin müasir məsələləri.


2

2







6.

Radiosiqnalların ötürülməsi və maneəyədavamlı qəbulu üçün qurğular.


2

2







7.

Kosmik radiotexnika.


2

2







8.

Millimetrlik, submillimetrlik və optik diapazonların mənimsənilməsi.


2

2







9.

Təbii ehtiyatların məsafədən radiofiziki tədqiqatları.


2

2







10.

Lif-optiki rabitə xətləri.


2

2







11.

Yüksək həssaslığa malik şüalanma qəbulediciləri.


2

2







12

Akustoelektron və akustooptik qurğular.


2

2







13

Tezlik standartları.


2

2







14

Güclü elektron selinin formalaşdırılması.


2

2







15

İnformasiyanın işlənməsinin yeni prinsipləri.


2

2










Cəmi

30

30








2.2.1. Mühazirə dərslərinin mövzuları və həcmi



Mövzunun adı

Auditor

Saat

1.

Fənnin məqsədi, predmeti və əsas məsələləri.

2

2.

Siqnallar nəzəriyyəsi.

2

3.

Furye analiz.

2

4

Veyvlet analiz.

2

5.

Rəqəmsal süzgəcləmənin müasir məsələləri.

2

6

Radiosiqnalların ötürülməsi və maneəyədavamlı qəbulu üçün qurğular.

2

7.

Kosmik radiotexnika.

2

8

Millimetrlik, submillimetrlik və optik diapazonların mənimsənilməsi.

2

9

Təbii ehtiyatların məsafədən radiofiziki tədqiqatları.

2

10

Lif-optiki rabitə xətləri.

2

11.

Yüksək həssaslığa malik şüalanma qəbulediciləri.

2

12

Akustoelektron və akustooptik qurğular.

2

13.

Tezlik standartları.

2

14

Güclü elektron selinin formalaşdırılması.

2

15.

İnformasiyanın işlənməsinin yeni prinsipləri.

2




Cəmi

30



2.2.2. Referatların mövzuları və hazırlanma qaydaları




Mövzunun adı

1

Radiotexniki məsələlərin həllində veyvlet analizin tətbiqi.

2

Radiotexniki məsələlərin həllində akustooptik effektin tətbiqi.

3

Radiotexniki məsələlərin həllində diskret Furye çevirməsinin tətbiqi.

Referat 20 balla qiymətləndirilir. Bunun 10 balı semestr ərzində magistrantın referatı hazırlama zamanı göstərdiyi bilik və bacarığa görə verilir. Buraya magistrantın mövzu ətrafında müxtəlif mənbələrdən istifadə bacarığı, mövzunu əhatə etməsi, referatın təqdimat formasının hazırlanması və s. daxildir. Qiymətləndirmə mərhələləri və onların balla qiymətləndirilməsi müəllim tərəfindən müəyyən edilir.



Referatlar 25-30 vərəq həcmində (şrift Times New Roman 14, interval 1,5) hazırlanır. Referatların təqdimat forması bir qayda olaraq kompyuterlərdə hazırlanır və 10 balla qiymətləndirilir

  1. Fənn üzrə tədris-metodiki materiallar

3.1. Tövsiyə olunan ədəbiyyat
Əsas ədəbiyyat


  1. Paşayev A.M., Həsənov A.R. Radiotexniki siqnallar və dövrələr. Bakı, MAA, 2005, 274s.

  2. Paşayev A.M., Həsənov A.R. Harmonik siqnalların qeyri-xətti və parametrik çevrilmələri. Bakı, MAA, 2008, 206s.

  3. Котельников В.А. Проблемы современной радиотехники и электроники - М.: Наука, 1980.-480с. ил.:

  4. Гасанов А.P. Акустооптические системы обработки сигналов. -Б.: ЭЛМ, 1997, 156 с.


Əlavə ədəbiyyat


  1. Нефедов В.И. Основы радиоэлектроники и связи: Учеб­ное пособие. – М.: Высш. шк., 2009. - 735с.: ил.

  2. А.М. Пашаев, А.P. Гасанов, Г.И. Исмаилзаде. Бортовое радиообо­ру­до­вание само­лета ЯК-40. /Учебное пособие/, 2001г. 120с.

  3. Пашаев А.М., Гасанов А.P., Исмаилзаде Г.И., Абдуллаев Х.И. Спутниковая радионави­гационная система GPS как средство навигационного обеспечения полетов воздушных судов. /Учебное пособие. –Баку.: НАА , 2005г.

  4. А.М. Пашаев, А.P. Гасанов. Антенны и распространение радиоволн. - Б.:НАА, 2007, стр.186.

  5. Щясянов А.Р., Abdullayev X.İ. Sигналларın qəbulu вя işlənməsi qurğularının hesabatı və layihələndirilməsi: kurs layihələrinin yerinə yetirilməsi üçün dərs vəsaiti. Бakı: МАА, 2009, 210с. А.М. Пашайев, А.Р.Щясянов, C.Q. Cəfərov. Antena-fider qurğularının hesabatı və layihələndirilməsi –Бakı, МАА, 2011, 167с., шякилли.

  6. А.М. Пашаев, А.P. Гасанов, Дж. Г. Джафаров. Расчет и проектирование антенно-фидерных устройств. - Б.:НАА, 2011, стр.174.



3.2. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı




Adı

Mövzu planı üzrə mövzunun şifri

Miqdarı

1.

Slaydlar




Elektron

2.

Fənnin öyrənilməsinə dair metodiki göstərişlər




Elektron və çap nüsxəsi



Yüklə 88,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin