Qəbələ Peşə məktəbi
“Gübrələr və onlardan istifadə” modulu üzrə
suallar
-
Bitkidə azot çatışmazlığının və ya artıqlığının ən asan nişanəsi nə ilə müəyyən olunur?
-
Yarpaqların rəngi ilə
-
Kökün quruluşu ilə
-
Azotun miqdarına görə
-
Çiçəyin quruluşuna görə
-
Aşağıdakı halların hansı bitkidə azot artıqlığı zamanı meydana çıxır?
-
Bitkinin böyüməsi və inkişafı ləngiyir
-
Meyvələr yaxşı böyümür, içi boş olur
-
Vegetativ orqanların güclü böyüməsinə səbəb olur
-
Yarpaqlar açıq-yaşıl rəngdə olur.
-
Bitkinin yarpaqlarında maqnezium və kalium çatışmazlığının əlamətləri demək olar ki, oxşardır, yəni hər iki elementin çatışmazlığından yarpaqda sarı ləkələr əmələ gəlir. Bunları bir-birindən necə fərqləndirmək olar?
-
Kalium çatışmadıqda yarpaqların kənarı, maqnezium çatışmadıqda isə yarpaqlarda damarlar arası saralır.
-
Maqnezium çatışmadıqda yarpaqların kənarı, kalium çatışmadıqda isə yarpaqlarda damarlar arası saralır.
-
Kalium çatışmadıqda yarpaqların kənarı qaralır, maqnezium çatışmadıqda isə yarpaqlarda damarlar arasında göy rəng olur.
-
Kalium çatışmadıqda yarpaqların kənarı, maqnezium çatışmadıqda isə yarpaqlarda damarlar arası qızarır.
-
Bitkilərdə çiçəklənmənin zəif getməsi və meyvələrin xirda qalması, əsasən, hansı elementin çatışmazlığından irəli gəlir?
-
Azot
-
Kükürd
-
Fosfor
-
Kadmium
-
Bitkidə daha çox vegetativ kütlə əmələ gəlir, yarpaqlar tünd yaşıl rəngdə olur. Bu əlamətlər bitkidə hansı elementin çoxluğu nəticəsində əmələ gəlir?
-
Fosfor
-
Kalium
-
Azot
-
Kalsium
-
Aşağıda verilmiş fikirlərdən hansı doğrudur?
-
Fosfor bitkilər üçün ən mühüm mikroelement hesab olunur.
-
Bitkilərin daha az tələb etdiyi elementlər qrupu makroelementlər adlanır.
-
Fosfor çatışmadıqda bitkidə daha çox vegetativ kütlə əmələ gəlir.
-
Bitkilər üçün azotun əhəmiyyəti birinci növbədə onunla izah edilir ki, o zülalın tərkibinə daxildir.
-
Pomidor bitkisində ......... çatışmadıqda meyvələr xırda olur, meyvələrin uc hissəsində əvvəlcə qəhvəyi-qonur ləkələr əmələ gəlir.
-
Kalium B) kalsium C) azot D) maqnezium
-
Aşağıda verilmiş gübrələrdən hansıları mürəkkəbdir?
1.ammofos 2. Superfosfat 3. Kalium şorası
4. natrium şorası 5. Nitrofoska
A) 1,2,3 B) 1,2,4 C) 1,3,5 D) 3,4,5
9. Aşağıdakı variantların hansında yalnız sadə kaliumlu mineral gübrələr verilmişdir?
A)kalium-xlorid, kalium-sulfat, kalium duzu, silvinit, kül
B) superfosfat, ikiqat superfosfat, kül, silvinit
C) ammonium-sulfat, natrium və kalsium şoraları,sidik cövhəri
D) kalium duzu, kalium-sulfat, superfosfat, tomasşlak
10. Yalnız sadə azotlu mineral gübrələr olan sıranı seçin.
A) Superfosfat, kalium xlorid, ammonium şorası, ammonium-sulfat, natrium şorası
B) Ammonium şorası,ammonium-sulfat,natrium şoraları,sidik cövһəri və ammonyaklı su
C) Fosforit unu, tomasşlak, sidik cövһəri və ammonyaklı su
D) Ammonium-sulfat, natrium və kalsium şoraları, kül, silvinit
11.Torpaqda turşuluğun yaranmasının əsas mənbəyi aşağıdakılardan hansı ola bilər?
a. bitki qalıqlarının parçalanması
b. torpağı suladıqda
c. torpağa turş mineral gübrələr verdikdə
A) a,b B) b, c C) a,c D) a,b,c
12. Torpağın turşuluğunu ləğv etmək üçün nədən istifadə olunur?
A) əhəngdən B) gipsdən C) ammofosdan D) superfosfatdan
13. Nitrofoska hansı növ gübrələrə aid edilir?
A) sadə B) mürəkkəb C) kombinə edilmiş D) heç biri
14. Yalnız sadə fosforlu mineral gübrələr olan sıranı seçin.
A) ammonium şorası, ammonium-sulfat, karbamid
B) superfosfat, kalium şorası, ammonium-sulfat
C) superfosfat, fosforit unu, tomasşlak
D) kalium-sulfat, kalium duzu, fosforit unu
15. Torpağın qələviliyini ləğv etmək üçün nə verilir?
A) əhəng B) gips C) tomasşlak D) fosforit unu
16. Aşağıdakı fikirlərdən hansı yanlışdır?
-
Tərkibində azot, fosfor və kalium kimi qida maddələrindən biri olan gübrələrə sadə mineral gübrələr deyilir.
-
Məhsuldarlığı yüksəltmək üçün tərkibində bitkilərə lazım olan qida elementləri olan duzlara üzvi gübrələr deyilir
-
Tərkibində bitkilərə lazım olan iki və ya üç qida maddəsi olan kimyəvi birləşmələrə mürəkkəb gübrələr deyilir.
-
Kalium şorasının tərkibində 13% azot və 46%-ə qədər kalium var.
17. Aşağıdakı fikirlərdən hansı yalnışdır?
A) Ammofos mürəkkəb gübrədir.
B) Ammonyaklı su ammonyakın 20-25%-li sulu məhluludur.
C) İkiqat superfosfat mürəkkəb gübrədir.
D) Adi superfosfat, fosforit unu sadə mineral gübrədir.
18. Üzvü tullantıları emal edən soxulcanların hazırladığı 1-3 mm ölçüdə dənəvər kütləyə .................. deyilir. Cümlədə olan boşluğu doldurun.
A) bioqaz B) biohumus C) torf D) kompost
19. Torpağın münbitliyini artrmaq və bitkilərin məhsuldarlığını yüksəltmək üçün əkinçilikdə tətbiq olunan bitki və heyvan mənşəli, təzə, yaxud bioloji dəyişkənliyə uğramış maddələrə ................ gübrələr deyilir.
A) mineral B) kimyəvi C) üzvi D) fiziki-kimyəvi
20. Yalnız üzvi gübrələr olan düzgün sıranı seçin:
A) Torf, müхtəlif kompostlar, kənd təsərrüfatı isteһsalatının tullantıları, yaşıl gübrələr, biohumus, bakterial gübrələr, sidik cövһəri, tomasşlak, kalsium şoraları
B) Ammonium şorası, ammonium-sulfat, natrium və kalsium şoraları, sidik cövһəri və ammonyaklı su
C) Peyin, peyin şirəsi, torf, müхtəlif kompostlar, kənd təsərrüfatı isteһsalatının tullantıları, yaşıl gübrələr, biohumus, bakterial gübrələr
D) Müхtəlif kompostlar, kənd təsərrüfatı isteһsalatının tullantıları, yaşıl gübrələr, biohumus, kül, silvinit, adi superfosfat
21. Peyinin keyfiyyəti nədən asılıdır?
a. yemin tərkibindən
b. heyvanın növündən
c. kül elementlərinin miqdarından
d. tərkibində xeyli miqdarda kalsiumun olmasından
e. saxlanma üsulundan
A) a,b,e B) a,b,c C) c,d,e D) b,c,d
22. Peyinin torpağa və bitkiyə təsirinə aid deyil?
A) torpağı bakteriyalarla zənginləşdirir
B) torpaqda çürüntünün miqdarını artırır
C) torpağın su-fiziki xassələrini yaxşılaşdırır
D) torpaqda tez parçalanır
23. Quş zılı qiymətli, xeyli qatı və tez təsir göstərən üzvi gübrədir. Peyin kimi onun da tərkibində bitkilərə lazım olan qidalı maddələr var. Lakin quş zılında bunlar daha çoxdur. Buna səbəb ......
-
zılın torpağa tez-tez verilməsidir
-
quşların daha qüvvətli yemlərlə qidalanmasıdır
-
quş zılının maye halında olmasıdır
-
quşların ömrünün qaramala nisbətən az olmasıdır
24. Çürümə dərəcəsinə görə torf neçə növə bölünür?
-
2 B) 4 C) 3 D) 5
25. Torf necə əmələ gəlir?
-
su bitkilərinin çürüməsindən əmələ gəlir.
-
üzvi tullantıların çürüməsindən əmələ gəlir.
-
soxulcanların üzvi tullantıları öz həzm sistemindən keçirtməklə əmələ gəlir.
-
bataqlıq bitkilərinin havasız şəraitdə parçalanmasında əmələ gəlir.
26. Üzvi gübrələri seçin.
1. Biohumus 2. Karbamid 3. Kül 4. Peyin 5. Bakterial gübrə
A) 1,3,5 B) 3,4,5 C) 1,4,5 D) 2,3,4
27. Biohumus nədir?
-
üzvi tullantıları emal edən soxulcanların hazırladığı 1-3mm ölçüdə dənəvər kütlədir.
-
bitkilərin havasız şəraitdə çürüməsindən əmələ gəlir.
-
torpaq qarışqalarının hazırladığı dənəvər kütlədir.
-
bitki və heyvan mənşəli tullantılar.
28. Aşağıdakı fikirlərdən hansı yanlışdır?
-
Biohumus ən müasir və natural üzvi gübrədir.
-
Biohumus xəstəlik törədiciləri,alaq otları toxumları olmur.
-
Biohumus peyinə nisbətən gec təsir göstərir.
-
Biohumus soxulcanların hazırladığı dənəvər kütlədir.
29. Aşağıdakılardan hansı bakterial gübrədir?
-
karbamid B) nitragin C) biohumus D) kompost
30. Aşağıda bakterial gübrələr haqqında verilmiş fikirlərdən hansı doğrudur?
-
tərkibində mikroelementlər, vitamin və antibiotiklər var.
-
bakterial gübrədə hazır qida maddəsi yoxdur.
-
ənənəvi bakterial gübrələr karbamid və küldür.
-
tərkibində humin maddələri var.
31. Aşağıda verilmiş cümlələrdən düzgün olanı seçin.
-
Üzvi gübrələrin torpağı qida maddələri ilə zənginləşdirməsinə baxmayaraq, onlar torpağın su-fiziki xüsusiyyətlərini pisləşdirir.
-
Peyinin tərkibində azotla müqayisədə fosfor çox olur.
-
Bakterial gübrənin tərkibində hazır qida maddələri var.
-
Üzvi gübrələri torpağa verməklə orada mikroorqanizmlər üçün qida mənbəyi yaradılır və torpaqda mikrobioloji proseslər sürətlənir.
32. ...................... gübrə kimi gülül, at paxlası, noxud, lərgə, lupin, maş lobyası və s. əkilməsi məsləhət görülür. Cümlədə olan boşluğu doldurun.
-
Yaşıl B) Mineral C) Bakterial D) Göy
33. Peyinin tərkibində faizlə aşağıdakı miqdarda azot, fosfor və kalium var:
-
50% azot, 25% fosfor (P2O5) və 60% kalium (K2O);
-
0,5% azot, 0,2% fosfor (P2O5) və 0,6% kalium (K2O)
-
15% azot, 35% fosfor (P2O5) və 45% kalium (K2O);
-
0,05% azot, 0,025% fosfor (P2O5) və 0,06% kalium (K2O)
34. Yarım çürümüş peyin quru halda torpağa nə vaxt və necə verilir?
-
Yayda, yemləmə gübrəsi şəklində
-
Payızda, toxum səpini ilə birlikdə
-
Payızda, əsas şum altına
-
Yazda, toxum səpini ilə birlikdə
35. Pomidor bitkisinin meyvəsindəki hansı elementin çatışmazlığının əlamətidir?
-
kalsium
-
kalium
-
maqnezium
-
bor
36. Yalnız orqanogen elementlərdən ibarət olan düzgün sıranı seçin.
-
P, K, Mg, Fe
-
B, Mn, Zn, Na
-
C, O, H, N, S
-
C, O, N, P, Na
37. Yalnız makroelementlərdən ibarət olan düzgün sıranı seçin.
-
C, O, H, N, S
-
C, O, N, P, Na
-
B, Mn, Zn, Na
-
N, P, K, Ca, Mg
38. Əsas gübrələmə nəyə deyilir?
-
Əgər gübrələr payızda və erkən yazda şum altına verilirsə, bu əsas gübrələmədir.
-
Əgər gübrələr vegetasiya dövründə kiçik dozalarla verilirsə, bu əsas gübrələmədir.
-
Əgər gübrələr çiçəkləmə dövründə kiçik dozalarla verilirsə, bu əsas gübrələmədir.
-
Əgər gübrələr yazda şum altına veriirsə, bu əsas gübrələmədir.
39. Normadan artıq azot gübrəsi istifadə olunduqda məhsulda hansı maddənin miqdarı artır? Hansı ki, bu maddənin məhsulda normadan artıqlığı insan sağlamlığı üçün zərərlidir.
-
Fosfat B) Nitrat C) Sulfat E) Karbonat
40. Aşağıdakı fikirlərdən hansı doğrudur?
-
Azot gübrələrinin payızda verilməsi məqsədəuyğundur.
-
Fosfor və kalium gübrələri asan həll olan gübrələr olub, onların illik normasının hamısı əlavə gübrələmə (yemləmə) şəkilində verilir.
-
Mineral gübrələr vegetasiya dövründə kiçik dozalarla verilirsə, bu yemləmə adlanır.
-
Mineral gübrələr vegetasiya dövründə kiçik dozalarla verilirsə, bu əsas gübrələmə adlanır.
41. Kökdənkənar əlavə yemləmə məqsədilə adi superfosfat gübrəsindən 5%-li məhlul (maye gübrə) hazırlamaq üçün nə qədər su və gübrə lazımdır?
-
50 kq superfosfat və 100 litr su
-
100 kq superfosfat və 5 litr su
-
5 kq superfosfat və 100 litr su
-
0,5 kq superfosfat və 100 litr su
42. Fərz edək ki, hektara 150 kq təsiredici maddə hesabi ilə fosfor verilməsi nəzərdə tutulmuşdur. Bu norma üzrə torpağı 48%-li ikiqat superfosfat gübrəsi ilə gübrələsək, fiziki çəkidə nə qədər gübrə lazımdır?
-
312,5 kq/ha
-
350 kq/ha
-
330 kq/ha
-
320 kq/ha
43. Fərz edək ki, hektara 200 kq təsiredici maddə hesabi ilə kalium verilməsi nəzərdə tutulmuşdur. Bu norma üzrə torpağı 60%-li kalium-xlorid gübrəsi ilə gübrələsək, fiziki çəkidə nə qədər gübrə lazımdır?
-
300 kq/ha B) 333,3 ka/ha C) 305 kq/ha D) 340,6 kq/ha
44. Aşağıdakı fikirlərdən hansı doğrudur?
-
Azotlu gübrələr çətin həll olan olub, onları tam norması ilə payızda şum altına vermək məsləhətdir.
-
Fosfor və kalium gübrələri asan həll olan gübrələr olub, onların illik normasının hamısı əlavə gübrələmə (yemləmə) şəkilində verilir.
-
Ammonium-sulfat, ammofos və diammofos kimi gübrələri kalsium sianamid gübrəsi ilə qarışdırmaq olar.
-
Verilmə vaxtına görə gübrələr səpindən əvvəl, səpin vaxtı və səpindən sonra verilir.
45. Hansı mülahizə səhvdir?
Peyin ........
-
gec təsir edən gübrədir
-
uzun müddət təsir edən gübrədir.
-
Torpağa yazda verilir.
-
Tədricən çürüyür.
46. Uyğunluğu tapın.
Azot Fosfor Kalium
-
Kül superfosfat karbamid
-
Ammonium-şorası superfosfat kül
-
Ammofos kül karbamid
-
Nitrofoska tomasşlak kalium-şorası
47. Pomidor bitkisində hansı element çatışmadıqda yarpaq damarlarında bənövşəyi çalar əmələ gəlir?
-
Fosfor
-
Kalium
-
Kalsium
-
Maqnezium
48. “Yuхarı yarpaqlar qıvrılıb formasını itirir, bitkinin boy nöqtəsi quruyur”. Bitkidə bu hal hansı element çatışmadıqda baş verir?
-
Kalsium
-
Kadmium
-
Azot
-
Bor
49. Bitkidə hansı element çatışmadıqda xloroz xəstəliyi əmələ gəlir?
-
Mis
-
Sink
-
Dəmir
-
Kükürd
50. Mineral gübrə deyil:
-
Kül
-
Karbamid
-
Biohumus
-
Ammofos
51. Mürəkkəb mineral gübrəni göstərin.
-
Nitrofoska
-
Ikiqat superfosfat
-
Tomasşlak
-
Fosforit unu
52. Bitkilər yandırılanda onların külündə qalan P, K, Ca, Mg, Fe, B, Mn, Zn, Na. Al, Si, Cl, Ti, Ba, F və Ni .........................elementləri adlanır. Cümlədəki boşluğu tamamlayın.
-
Orqanogen
-
Kül
-
Makro
-
Mikro
53.Fərz edək ki, götürülmüş torpaq nümunəsində pH 3 olmuşdur. Onda bu torpaq mühitinin reaksiyası ...... hesab olunur.
-
Turş
-
Qələvi
-
Neytral
-
Çox turş
54. Fərz edək ki, götürülmüş torpaq nümunəsində pH 6 olmuşdur. Onda bu torpaq mühitinin reaksiyası ........ hesab olunur.
-
Qələvi
-
Neytral
-
Turş
-
Şiddətli qələvi
55. Fərz edək ki, götürülmüş torpaq nümunəsində pH 8 olmuşdur. Onda bu torpaq mühitinin reaksiyası ........ hesab olunur.
-
Qələvi
-
Turş
-
Neytral
-
Çox turş
56. Sadə mineral gübrəni gğstərin.
-
Natrium şorası
-
Kalium şorası
-
Nitrofoska
-
Ammofos
57. Əsas gübrələmədə çətin həll olan mineral gübrələrin .................. gübrələrlə qarışıq şəkildə verilməsi böyük əhəmiyyət kəsb edir. Cümlədəki boşluğu tamamlayın.
-
Mineral
-
Üzvi
-
Mürəkkəb
-
Sadə
58. Normadan artıq azot gübrəsi istifadə olunduqda məhsulda hansı maddənin miqdarı artır? Hansı ki, bu maddənin məhsulda normadan artıqlığı insan sağlamlığı üçün zərərlidir.
-
Fosfat B) Nitrat C) Sulfat E) Karbonat
59. Normadan artıq mineral gübrələrin tətbiqi torpağı ....... metallarla çirkləndirir. Cümlədəki boşluğu tamamlayın.
-
yüngül
-
ağır
-
zəhərli
-
bəsit
60. Torpağın münbitliyini artrmaq və bitkilərin məhsuldarlığını yüksəltmək üçün əkinçilikdə tətbiq olunan bitki və heyvan mənşəli, təzə, yaxud bioloji dəyişkənliyə uğramış maddələrə ................ gübrələr deyilir.
A) mineral B) kimyəvi C) üzvi D) fiziki-kimyəvi
Düzgün cavablar:
-
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
|
A
|
C
|
A
|
C
|
C
|
D
|
B
|
C
|
A
|
B
|
C
|
A
|
B
|
C
|
B
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
|
B
|
C
|
B
|
C
|
C
|
A
|
D
|
B
|
C
|
D
|
C
|
A
|
C
|
B
|
B
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
|
D
|
A
|
B
|
C
|
A
|
C
|
D
|
A
|
B
|
C
|
C
|
A
|
B
|
D
|
C
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
| -
|
B
|
A
|
D
|
C
|
C
|
A
|
B
|
D
|
B
|
A
|
A
|
B
|
B
|
B
|
C
|
.
Dostları ilə paylaş: |