1944-cü il oktyabr 7-də Bakı şəhərində anadan olub
1953-1963-cü illərdə Bakı şəhəri 125 saylı orta məktəbdə təhsil alıb.
1963-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
1970-ci ildən BDU-da çalışır.
Ailəlidir, iki övladı var.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1984-cü ildə “Azərbaycan dili Şərqi Abşeron şivələrinin leksikası” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1990-ci ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1968-1970-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi
1970-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Türkologiya kafedrasında baş laborant
1984-1990-ci illərdə Azərbaycan Dövlət Universitetinin Türkologiya kafedrasında baş müəllim
1990-cı ildən indiyə qədər Bakı Dövlət Universitetinin Türkologiya kafedrasında dosent
2000-2001-ci illərdə Bakı Qızlar Universitetində Elmi işlər üzrə prorektor