Günah lüğət elmində



Yüklə 8,29 Mb.
səhifə10/66
tarix05.03.2018
ölçüsü8,29 Mb.
#44155
1   ...   6   7   8   9   10   11   12   13   ...   66

YALNIZ BİR SUAL


Araşdırdığımız mövzu ilə əlaqədar yalnız bir sual qalır. Bə’zi rəvayətlərdə – sayca az da olsa – "və itrəti Əhli-beyti" (itrətim olan Əhli-beytim) ifadəsinin yerinə "və sünnəti" (mənim sünnəm) qeyd olunmuşdur. Bu "Sünəni-Beyhəqi" kitabında iki yerdə qələmə alınmışdır. Bir yerdə İbn Abbas Peyğəmbəri-əkrəmdən (s) nəql edir ki, həzrət sonuncu həcc mərasimindəki xütbəsində buyurdu: "Sizin aranızda iki ağır əmanət qoyuram. Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: "Kitabəllah və sünnətə nəbiyyihi" yə’ni "Allahın kitabı və Peyğəmbər sünnəsi!"1 Başqa bir yerdə isə eynilə bu məzmunda bir hədis Əbu Hüreyrədən nəql edilmişdir.2

Əhli-beytin (ə) açıq-aşkar bəyanlarını, bə’zi hədislərdə bu sözün üç dəfə təkrar və tə’kid olunmasını, bə’zi hədislərdə imam Əlinin (ə) adının çəkilməsini, eləcə də Peyğəmbəri-əkrəmin (s) Əlini (ə) öz Əhli-beyti kimi tanıtdırdığı hədisləri kənara qoyub, təkcə belə nadir rəvayətə istinad etmək qətiyyən düzgün deyil. Görünür ki, dövrün hakim dairələri öz mənafelərini qorumaq üçün bu hədisdə bir sıra dəyişikliklərə əl atsalar da, onu tamamilə təhrif edə bilməmişlər. Bir də bu iki hədis (“sünnəti” sözünün düzgünlüyünü fərz etsək belə) bir-birilə heç bir ziddiyyət təşkil etmir: Peyğəmbəri-əkrəm (s) bir yerdə “kitab” və “sünnə”yə, digər bir yerdə isə “kitab” və “Əhli-beyt”ə (ə) işarə etmişdir. Öncə qeyd etdiyimiz kimi, həzrət bu hədisi (əhli-sünnənin məşhur mənbələrindəki çoxlu rəvayətlərə əsasən) müxtəlif məntəqələrdə – “Vida” həccində, “Xif” məscidində, “Ərəfə”də, “Cöhfə”də, “Qədir-Xum”da, Taifdən qayıdanda, Mədinədə minbərdə və vəfatına səbəb olan xəstəliyi zamanı bəyan etmişdir. Beləliklə, Həzrətin bir yerdə “Əhli-beyt”, digər bir yerdə isə “sünnəti” deyə buyurmasında heç bir ziddiyyət yoxdur.

Əsas e’tibarilə heç kim Peyğəmbərin (s) sünnəsinin mühüm bir yadigar və əmanət olduğunu inkar etmir. Mümkündür, müsəlman bir şəxs Qur’ani-kərimin “ma atakumur-Rəsul fə-xuzuhu və ma nəhakum ənhu fəntəhu” (Peyğəmbərin sizə gətirdiklərinə əməl edin, qadağan etdiklərindən isə çəkinin), ayəsilə təsdiq olunan Peyğəmbər sünnəsinə əməl etməsin. Lakin bu mə’na Əhli-beytə (ə) tabe olmağa və onlardan yapışmağa çağıran hədislərlə heç bir ziddiyyət təşkil etmir. Başqa sözlə, iki rəvayətdən birinə o zaman üstünlük verilir ki, onlar bir-birilə ziddiyyət təşkil etsin. Halbuki geniş mə’na ifadə edən bu iki rəvayət arasında heç bir ziddiyyət yoxdur. Ümumiyyətlə, Əhli-beytə (ə) tabe olmağın özü Peyğəmbər (s) sünnəsinə tapınmağın bariz nümunələrindəndir. Hər kim Əhli-beytə (ə) itaət etsə, sünnəyə əməl etmiş, hər kim itaət etməyib, onlardan üz çevirsə öz nəzərini Peyğəmbərin (s) əmrindən üstün tutsa, sünnəni tərk etmiş və Allahın Rəsuluna (s) itaətdən boyun qaçırmışdır.

Doğrusu, bu bəhanələrlə “səqəleyn” hədisinin biz müsəlmanların üzərinə qoyduğu mühüm vəzifələrdən boyun qaçıra bilmərik. Şübhəsiz, bu hədislər “təvatür”1 həddindədir, onların sənədinə heç bir irad yoxdur.

Qeydlərimizi Şafeinin (şafei məzhəbinin banisi) bu barədəki mədhi ilə sona çatdırırıq:
Və ləmma rəəytun-nasə qəd zəhəbət bihim,

Məzahibuhum fi əbhuril-ğəyyi vəl-cəhli.

Rəkibtu əla ismillahi fi sufunin-nəcati,

Və-hum alu-bəytil-Mustəfa xatəmir-rəsuli.

Və əmsəktu həbləllahi və huvə vilauhum,

Kəma qəd umirna bit-təməssuki fil-həbli...
“Camaatın məzhəb və təriqətlərilə azğınlıq və nadanlıq dəryasında batdığını görüb, Allahın adı ilə “nicat gəmisi”nə sığındım. O gəmi sonuncu Peyğəmbərin Əhli-beytidir. İlahinin (uzatdığı) vilayət ipindən yapışmışam. Necə ki Allahın ipindən (Qur’ani-kərimdən) yapışmağa əmr olunub. Nə yaxşı olar ki, hamı hər işdə onlara sığınıb, haqqı onlarda arasın!”1

Ötən rəvayətlərin çoxunda “Kövsər” hovuzunun adının çəkilməsindən belə mə’lum olur ki, bu hovuz behişt qapılarının arxasında və behiştin girişində yerləşir. Mö’minlər, əməlisalehlər və pərhizkarlar Peyğəmbəri-əkrəm (s) və Əhli-beytlə (ə) orada görüşəcəklər.


2-“SƏFİNƏ” (GƏMİ) HƏDİSİ


Əhli-beyt (ə) və mə’sum imamlar barəsində buyurulan, həm şiə, həm də sünnilərin mö’təbər kitablarında geniş nəql olunan məşhur hədislərdən biri də “səfinə” hədisidir. Biz burada bu hədisin mətni, sənədi və mənbələrini qısa şəkildə bəyan edəcəyik.

Deməliyik ki, bu hədisi Peyğəmbəri-əkrəmin (s) ən azı səkkiz səhabəsi nəql etmişdir. (Əbuzər, Əbu Səid Xudri, İbn Abbas, Ənəs, Abdullah ibn Zübeyr, Amir ibn Vasilə, Sələmə ibn Əkvə və imam Əli (ə))

“Səfinə” hədisi əhli-sünnənin onlarla məşhur kitabında nəql olunmuşdur. Onlardan bə’zilərini nəzərdən keçiririk. Əlavə mə’lumat əldə etmək istəyənlər “Ehqaqul-həqq” kitabının 9-cu, “Xülasətul-əbəqat” kitabının 4-cü cildinə və digər kitablara müraciət edə bilərlər.

1. Bir dəfə Əbuzər əli ilə Kə’bə evinin qapısının halqasından tutub deyirmiş: “Məni tanıyanlar (mənim kim olduğumu yaxşı) bilir, tanımayanlar da bilsinlər ki, mən Əbuzər Qifariyəm! Allahın Rəsulundan (s) belə eşitmişəm:

مَثَلُ اَهْلِبَيْتِى فِيكُمْ كَمَثَلِ سَفِينَةِ نُوحٍ فِى قَوْم نُوحٍ مَنْ رَكِبَها نَجى وَمَنْ تَخَلَّفَ عَنْها هَلَكَ:

Mənim Əhli-beytim sizin üçün Nuhun gəmisinə bənzəyir; hər kəs ona minsə, nicat tapar, hər kəs ondan ayrı düşsə, həlak olar.” (Başqa bir rəvayətdə isə qərq olar ifadəsi qeyd olunmuşdur.)2

Burada Əhli-beyt (ə) həyatın tufanlı dəryasında nicat gəmisinə bənzədilmişdir.

2. İbn Abbas, eləcə də Sələmə ibn Əkvə (İbn Məğazili adı ilə tanınan Əbül-Həsən Əli ibn Məhəmməd Şafeinin “Mənaqib” kitabındakı nəqlinə əsasən) Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql etmişlər:

مَثَلُ اَهْلِبَيْتِى فِيكُمْ َمَثلُ سَفِينَةِ نُوحٍ، مَنْ رَكِبَها نَجى وَمَنْ تَخَلَّفَ عَنْها هَلَكَ:

Mənim Əhli-beytim sizin üçün Nuhun gəmisinə bənzəyir; hər kəs ona minsə, nicat tapar, hər kəs ondan ayrı düşsə, həlak olar.”

Hədisin bu deyilişi İbn Abbasdan nəql olunmuşdur. Sələmə ibn Əkvədən nəql olunan hədis isə belədir:

مَثَلُ اَهْلِبَيْتِى َمَثَلُ سَفِينَةِ نوحٍ مَنْ رَكِبَها نَجى:

Əhli-beytim Nuhun gəmisinə bənzəyir; ona minən şəxs nicat tapar!”

“Limaza-əxtərtu məzhəbə Əhlil-beyt?” (“Nə üçün Əhli-beyt məzhəbini seçdim?”) kitabının müəllifi Şeyx Məhəmməd ibn İntaki “səfinə” hədisinin şərhində yazır: “Bütün İslam alimlərinin yekdil fikrinə əsasən, bu hədis “təvatür” həddinə yaxın “səhih” və “müstəfiz”1 hədislərdəndir. Təxminən yüz nəfər hafiz və hədis əzbərçisi, tarixçi və “sirə”2 yazan şəxs öz kitablarında onu nəql və qəbul etmişlər.” Sonra əlavə edir: “Bu hədisi qeyri-müsəlmanlar belə islami bir hədis kimi nəql etmişlər.”3

Bu hədis “Əbəqatul-ənvar” kitabında əhli-sünnənin doxsan iki məşhur aliminin doxsan iki kitabından bütün təfərrüatı ilə nəql olunur. “Əbəqatul-ənvar” kitabının xülasəsinin müəllifi isə onun haşiyəsində bu hədisi səkkiz nəfər səhabə, səkkiz nəfər tabein, üç nəfər 2-ci əsr, səkkiz nəfər 3-cü əsr, on dörd nəfər 4-cü əsr alimlərindən və bu minvalla hər əsrin öz alimlərinin adları ilə birgə qeyd etmişdir.4

***


Yüklə 8,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin