Günah lüğət elmində



Yüklə 8,29 Mb.
səhifə19/66
tarix05.03.2018
ölçüsü8,29 Mb.
#44155
1   ...   15   16   17   18   19   20   21   22   ...   66

ƏHLİ-BEYT KİMLƏRDİR?


Əhli-sünnə təfsirçilərinin bir qrupu “Əhli-beyt”i Peyğəmbərin (s) zövcələri kimi təfsir etmişlər. Lakin qeyd etdiyimiz kimi, ayənin üslub və deyiliş tərzinin dəyişilməsi, əvəzliklərin əvvəli ilə axırının fərqlənməsi bu hissənin tamamilə ayrı mə’na bildirdiyini göstərir. Məgər Allahın bütün işlərinin hikmət əsasında, Qur’an ayələrinin fəsahət və bəlağətli olduğu qəti deyilmi?!

Digər təfsirçilər isə Əhli-beytin Peyğəmbəri-əkrəm (s), Əli (ə), Fatimə (ə.s), imam Həsən (ə) və imam Hüseyndən (ə) ibarət olduğunu qeyd etmişlər. Şiə və sünni mənbələrində nəql olunan bir çox rəvayətlər bunu təsdiqləyir. Hətta bə’ziləri bu rəvayətlər əsasında onun daha geniş mə’na daşıdığını söyləmiş, həm bu beş nəfərə, həm də Peyğəmbərin (s) zövcələrinə aid olduğunu demişlər. Bu isə ayənin üçüncü təfsiridir.

Lakin Əhli-beytin beş mə’sumdan ibarət olduğunu açıqlayan rəvayətlər olduqca çoxdur. Yalnız “Əd-durrul-mənsur” təfsirində on səkkiz rəvayət (beşi Ümmü Sələmədən, üçü Əbu Səid Xudridən, biri Ayişədən, biri Ənəs ibn Malikdən, ikisi İbn Abbasdan, ikisi Əbil-Həmradan, biri Vailə ibn Əsqədən, biri Sə’ddən, biri Səhhak ibn Müzahimdən, biri də Zeyd ibn Ərqəmdən) nəql olunmuşdur.1

Əllamə Təbatəbai “Əl-mizan” təfsirində bu barədə yetmişdən çox rəvayət nəql edərək yazır: “Bu mövzuda əhli-sünnə təriqilə nəql olunan rəvayətlərin sayı şiə təriqilə nəql olunan rəvayətlərin sayından çoxdur!” Bu kitabda yuxarıda adlarını çəkmədiyimiz (“Əd-durrul-mənsur” təfsirində adları çəkilməyən) ravilərin də adları qeyd edilmişdir. Bə’zi alimlər bu rəvayətlər və onların nəql olunduğu kitabların sayının yüzə çatdığını qeyd etmişlər.

Burada həmin rəvayətlərin yalnız bir neçəsini qeyd edirik ki, Vahidinin “Bu ayə Peyğəmbəri-əkrəm (s), Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseyn (ə) barədə nazil olmuş və başqaları onlarla şərik deyil”1 sözlərinin eynilə həqiqət olduğu aydınlaşsın:

1. Peyğəmbərin (s) bə’zi zövcələrindən nəql olunmuş rəvayətlərdə deyilir ki, “Təthir” ayəsindən söz salıb Peyğəmbərdən (s) soruşduq: “Bu ayə bizə də şamil olurmu?” Həzrət buyurdu: “Siz də yaxşısınız, lakin bu ayə sizə şamil olmur!”

O cümlədən, (“Kəbir” təfsirinin müəllifi, 4-cü və 5-ci əsrlərin məşhur əhli-sünnə alimi) Sə’ləbi öz təfsirində Peyğəmbərin (s) zövcəsi olan Ümmü Sələmədən belə nəql edir: Bir gün Fatimə (ə.s) Peyğəmbərə (s) yemək gətirdi. O həzrət buyurdu: “Həyat yoldaşını, övladların Həsən və Hüseyni çağır.” Onlar gəldilər və yeməkdən sonra Peyğəmbər (s) əbasını onların üstünə atıb buyurdu:İlahi! Bunlar mənim Əhli-beytim itrətimdir, çirkinliyi onlardan uzaqlaşdır onları pak-pakizə et!” Bu zaman “Təthir” ayəsi nazil oldu... Mən o həzrətdən “Ey Allahın Rəsulu! Mən də sizdənəmmi” deyə soruşdum. O buyurdu: Sən yaxşısan (amma bu zümrədən deyilsən)!”2

Sə’ləbi başqa bir rəvayətdə Peyğəmbərin (s) zövcəsi Ayişədən “Cəməl” müharibəsi və onun müharibəyə qatılması haqda soruşduqda, dedi: “Bu, ilahi bir təqdir idi!” Ondan Əli (ə) haqda soruşduqda dedi: “Peyğəmbərin (s) yanında ən sevimli şəxsin kim olduğunu həzrətin ən sevimli zövcəsindən soruşursan?! Mən öz gözümlə gördüm ki, Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyni libasının altına salıb buyurdu:

اَللّهُمَّ هؤلاءِ اَهْلُ بَيْتِى وَحامَتِى فَاَذْهَبَ عَنْهُمُ الرِّجْسَ وَطَهِّرْهُمْ تَطْهِيراً:

İlahi! Bunlar mənim Əhli-beytim himayəçilərimdir, çirkinliyi onlardan uzaqlaşdır onları pak-pakizə et!” Mən o həzrətdən “Ey Allahın Rəsulu! Mən də onlardanammı” soruşduqda buyurdu: Xeyr, sən yaxşısan (amma onlardan deyilsən)!”1

Bəli, bu rəvayətlərdə göstərilir ki, Peyğəmbərin (s) zövcələri (yaxşı olsalar da,) ayədə qeyd olunan Əhli-beytdən sayılmırlar.

***


2. Müxtəlif ifadələrlə bir çox rəvayətlərdə nəql olunan ”Kisa” (əba) əhvalatı: “Peyğəmbər (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseyni (ə) çağırıb (yaxud onların yanına gedib), üstlərinə bir əba ataraq dedi: “İlahi! Bunlar mənim Əhli-beytimdir, onlardan çirkinliyi uzaq et!” Bu zaman “Təthir” ayəsi nazil oldu.”

Diqqət yetirmək lazımdır ki, bu hədis Müslimin “Səhih” kitabında Ayişədən, Hakimin “Müstədrək”, Beyhəqinin “Sünən”, İbn Cəririn “Təfsir”, Süyutinin “Əd-durrul-mənsur”2, Hakim Həskaninin “Şəvahidut-tənzil”3, Termizinin “Səhih” kitabında isə Əmr ibn Əbi Sələmə və Ümmü Sələmədən nəql olunmuşdur.4

Fəxri-Razi “Mübahilə” (“Ali-İmran” surəsinin 61-ci) ayəsinin təfsirində bu hədisi (“Kisa” hədisi) nəql etdikdən sonra yazır: “Bu rəvayət səhih və düzgündür, təfsir və hədis alimlərinin səhih saydıqları hər hansı bir rəvayətlə heç bir fərqi yoxdur!”5

Diqqəti cəlb edən məsələ budur ki, hətta Əhməd Hənbəl “Müsnəd” kitabında bu hədisi müxtəlif ravilərin dilindən nəql etmişdir.6

***

3. Rəvayətlərin bir qismində deyilir ki, “Təthir” ayəsi nazil olduqdan sonra Peyğəmbər (s) bir neçə ay (bə’zi rəvayətlərdə altı, bə’zilərində doqquz ay) sübh namazına gedərkən Fatimeyi-Zəhranın (ə.s) evinin yanından keçərək uca səslə deyirdi:

اَلصَّلوة! يا اَهْلَ بَيْتِ! اِنَّما يُرِيدُاللهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيراً:

Ey Əhli-beyt, namaz (vaxtıdır)! (Sonra bu ayəni tilavət edirdi:) Həqiqətən, Allah siz Əhli-beytdən bütün çirkinliyi uzaqlaşdırıb, sizi pak etmək istəyir!”

Bu hədis məşhur təfsir alimi Hakim Həskaninin “Şəvahidut-tənzil” kitabında Ənəs ibn Malikdən, başqa bir hədisdə Əbil-Həmradan nəql edilmiş, Peyğəmbərin (s) bu işi yeddi ay, (Əbu Səid Xudridən: səkkiz ay) davam etdirdiyi yazılmışdır.1

Rəvayətlərdəki ifadələrin bir-birindən fərqlənməsi təbiidir; mümkündür ki, bu hadisəni Ənəs ibn Malik altı ay, Əbu Səid Xidri səkkiz ay, Əbil-Həmra yeddi ay və İbn Abbas doqquz ay müşahidə etmiş olsun. Beləliklə, rəvayətlərdə heç bir ziddiyyət yoxdur və hər kəs öz gördüyünü nəql etmişdir.

Ümumiyyətlə, bu işin Peyğəmbər (s) tərəfindən nə qədər davam etməsi onun yüksək əhəmiyyətini göstərir. O həzrət bu rəftar və ardıcıl tə’kidlərilə kimsədə şəkk-şübhə qalmasın deyə, bildirmək istəyirdi ki, Əhli-beyt yalnız bu kəslərdir və “Təthir” ayəsi məhz onların şə’nində nazil olmuşdur. Maraqlıdır ki, Peyğəmbərin (s) bu qədər tə’kid və israrına baxmayaraq bu məsələ bə’zilərinə “qaranlıq” qalmaqdadır. Bu doğrudan da, heyrətləndiricidir!

Peyğəmbərin (s) məscidinə yalnız onun özünün və imam Əlinin (ə) evlərinin qapılarının açıq qalması icazəsi diqqəti cəlb edən digər nöqtələrdəndir. (Peyğəmbər (s) göstəriş vermişdi ki, bu iki qapıdan başqa məscidə açılan qapılar bağlansın!) Mə’lum olduğu kimi, oradakıların bir qrupu namaz vaxtı Peyğəmbərin (s) “Ey Əhli-beyt, namaz vaxtıdır” çağırışını eşidirdilər. Buna baxmayaraq bə’zi təfsirçilərin ayəni Peyğəmbərin (s) zövcələrinə də aid etməsi qəribə deyilmi?! Halbuki, Peyğəmbər (s) zamanının cüz’i hadisələrini açıqlayan Ayişə nəinki özünü “Təthir” ayəsinə aid etmir, hətta deyir ki, Peyğəmbər (s) mənə buyurdu: “Sən onlardan deyilsən!”



***

4. Məşhur səhabə Əbu Səid Xudridən nəql olunan və “Təthir” ayəsindən danışan bir çox rəvayətlərdə aydın şəkildə belə deyilir: “Bu ayə Allahın Rəsulu, Əli, Fatimə, Həsən, Hüseyn (əleyhimus-səlam) barəsində nazil olmuşdur!”1

Nəticə: İslamın məşhur mənbələrində “Təthir” ayəsi və ondakı “Əhli-beyt”in Peyğəmbər (s), imam Əli (ə), Fatimeyi-Zəhra (ə.s), imam Həsən (ə) və imam Hüseynə (ə) aid olduğunu bildirən rəvayətlər “təvatür” həddinə çatdığından, onların düzgünlüyünə heç bir şübhə yeri qalmır. Hətta “Ehqaqul-həqq” kitabının şərhində bu rəvayətlərin (Əhli-beyt ardıcıllarının məşhur mənbələrindən əlavə,) əhli-sünnənin yetmişdən çox məşhur mənbəsində nəql olunduğu göstərilir və yazılır: “Əgər bu rəvayəti nəql edən bütün mənbələri saysaq, mindən çox olar!”2

Yüklə 8,29 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin