Günah lüğət elmində


İMAMƏT ÜSULİ-DİNDƏNDİR, YOXSA FÜRUİ-DİNDƏN?



Yüklə 8,29 Mb.
səhifə2/66
tarix05.03.2018
ölçüsü8,29 Mb.
#44155
1   2   3   4   5   6   7   8   9   ...   66

İMAMƏT ÜSULİ-DİNDƏNDİR, YOXSA FÜRUİ-DİNDƏN?


Öncə qeyd edildiyi kimi, bu sualın cavabı bizə aydındır. Amma müxtəlif nəzəriyyələr də mövcuddur. Əhli-sünnənin məşhur alimi və “Nəhcül-həqq”1 kitabının müəllifi Fəzl ibn Ruzbehan yazır: “Əş’ərilərin baxışında imamət dinin əsası və e’tiqadi məsələlərdən yox, mükəlləfin əməli ilə bağlı fürui-dindəndir!”2

Bu məsələdə əhli-sünnənin digər firqələri ilə əş’ərilik arasında heç bir fərq yoxdur. Çünki onların hamısı imaməti əməli yöndə xalqa tapşırılan vəzifələrdən bilirlər. Yalnız Əhli-beyt (ə) məktəbinin ardıcılları olan şiələr, eləcə də, Qazi Beyzavi və onun bir qrup ardıcılı imaməti dinin əsaslarından hesab edirlər.3 Bunun səbəbi aydındır. İmamət Allah tərəfindən müəyyənləşmiş ilahi mənsəb və məqam olduğundan onun tə’yini yalnız Allaha aiddir. Şəriətin əsasını qoyan Peyğəmbərə (s) inam zəruri olduğu kimi, imamlara da inam labüddür. Lakin bu o demək deyil ki, imamiyyə şiələri bu fikirlə müxalif olanları kafir adlandırırlar. Əksinə, onlar sair müsəlman firqələrini müsəlman bilir və bu əqidəni qəbul etməsələr də onlara müsəlman qardaş kimi baxırlar. Məhz bu səbəbdən şiələr dini e’tiqadı iki hissəyə bölmüşlər: 1) Dinin əsasları – tövhid, nübüvvət və məad; 2) Məzhəb əsasları – ilahi ədalət və imamət.

Bu araşdırmanı İmam Rizanın (ə) bir buyuruğu ilə sona yetiririk:

اِنَّ الْاِمامَةَ زَمامُ الدِّينِ وَنِظامُ المُسلِمِينَ وَصَلاحُ الدُّنْيا وَعِزُّالمؤُمِنِينَ، اِنَّ الْاِمامَةَ اُسُُّ الْاِسْلامِ النّامِى وَفَرْعُهُ السّامِى، بِالْاِمامِ تَمامُ الصَّلاة وَالزَّكات وَالصِّيام وَالحَجّ وَالجَهاد وَتَوْفيرُ الفَيئ وَالصَّدَقات وَاِمْضاءُالْحُدوُد وَالْاَحْكام، وَمَنْعُ الثُّغوُر وَالْاَطْراف، اَلاِمامُ يَحِلُّ حَلالَ الله، وَيَحْرُمُ حَرامَ الله، وَيُقِيمُ حُدوُد الله، وَيَذُبُّ عَنْ دِينِ الله، وَيَدْعُو اِلی سَبِيلِ رَبِّهِ بِالحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَالْحُجَّةِ الْبالِغَةِ

İmamət dinə rəhbərlik, müsəlmanların nizam-intizamı, dünyanın abadlığı minlərin izzəti deməkdir. İmamət həqiqi İslamın əsası onun gövdəsidir. İmam vasitəsilə namaz, zəkat, oruc, həcc cihad kamilləşir, beytül-mal (ümumi əmlak) sədəqə (yoxsullara kömək) çoxalır, qanun hökmlər icra olunur, İslamın sərhədləri qorunur. İmam Allahın halalını halal, haramını haram bilir, Allahın hökmlərini icra edir, Onun dininin müdafiəsində dayanır. Elm, yaxşı nəsihət, möhkəm tutarlı dəlillərlə (insanları) Rəbbinə doğru vət edir!”

***

İMAMƏT BƏHSLƏRİ NƏ VAXTDAN BAŞLANDI?


İslam peyğəmbərindən sonra canişinlik məsələsi ilə bağlı mübahisə yarananda bir qrup Peyğəmbərin (s) özünə canişin tə’yin etmədiyini və bu işi ümmətin öz öhdəsinə qoyduğunu iddia etdi. Dedilər ki, ümmət bir yerə toplaşıb, öz aralarından bir nəfəri rəhbər seçməlidir. Həmin şəxs hökuməti idarə etməli, xalqın nümayəndəsi olaraq rəhbərlik vəzifəsini yerinə yetirməlidir. Hərçənd, İslam tarixində belə bir seçki əsla baş vermədi. Xəlifəliklə bağlı ilk mərhələ yalnız səhabədən təşkil olunan kiçik bir dəstənin tə’yini, ikinci mərhələ səsvermə, üçüncü mərhələ isə altı nəfərdən ibarət bir şura vasitəsilə başa çatdı. Bu növ təfəkkür tərzinin tərəfdarları “əhli-sünnə” adlanırlar.

Bu fikrə müxalif qrupun əqidəsincə, Peyğəmbərin (s) canişini Allah tərəfindən tə’yin olunmalıdır. Çünki o, ümmətin maddi və mə’nəvi rəhbərliyini öhdəsinə götürmək, İslamın əsaslarını qorumaq, dini yaşatmaq, şər’i hökm və Qur’anın incəliklərini şərh etmək üçün Peyğəmbər (s) kimi yüksək elmə malik olmalı, günah və xətaya yol verməməlidir. Bu qrup “imamiyyə”, yaxud “şiə” adlanır. Bu ad Peyğəmbərdən (s) nəql olunan hədislərdən götürülmüşdür. Belə ki, əhli-sünnənin məşhur mənbələrindən sayılan “Əd-durrul-mənsur” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur: “Biz Peyğəmbərin (s) yanında idik. Bu zaman Əlinin (ə) bizə tərəf gəldiyini gördük. Peyğəmbər (s) buyurdu:



...اِنَّ هذا وَ شِيعَتَهُ لَهُم الْفائِزُونَ يَوْمَ الْقِيامَةِ

O onun şiələri qiyamət günü nicat tapacaqlar.” Bu məqamda “İnnəl-ləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh” Həqiqətən, iman gətirib saleh görənlər yaradılmışların ən yaxşılarıdır») ayəsi nazil oldu.” 1

Hicri-qəməri 5-ci əsrin məşhur əhli-sünnə alimi Hakim Nişapuri “Şəvahidut-tənzil” kitabında Peyğəmbəri-əkrəmdən (s) müxtəlif sənədlərlə bu məzmunu ifadə edən iyirmidən artıq rəvayət nəql etmişdir. O cümlədən, İbn Abbasdan belə nəql olunur: Həqiqətən, iman gətirib saleh görənlər yaradılmışların ən yaxşılarıdır!” ayəsi nazil olanda, Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu:

هُوَ اَنْتَ وَ شيعَتَكَ...

Bu ayədə məqsəd sən və sənin şiələrindir!”1

Başqa bir hədisdə Əbu Bərzədən nəql olunur ki, Peyğəmbəri-əkrəm (s) bu ayəni tilavət etdikdən sonra buyurdu:

هُمْ اَنْتَ وَ شيعَتَكَ يا عَلِىّ

Ya Əli! Onlar sən və şiələrindir!”2

Bu hədis əhli-sünnə İbn Həcərin “Əs-səvaiq” və Məhəmməd Şəbləncinin “Nurul-əbsar” kimi mö’təbər kitablarında da qeyd olunmuşdur.3

Bu rəvayətlərə əsasən, imam Əlinin (ə) tərəfdarları və ardıcıllarının adını Peyğəmbəri-əkrəmin (s) özü tə’yin etmişdir. Bə’zilərinin bu ad və ünvandan narahat olub onu pis yad etməsi, “ş” hərfi ilə “şər”, eləcə də, “ş” hərfi ilə başlanan digər pis sözlər kimi nəzərdə tutması təəccüblü deyilmi?!

Doğrusu, həmişə məntiqi dəlillər üzərində hərəkət etməyə cəhd göstərən bir tədqiqatçının belə sözlər deməsi maraqlıdır! Halbuki hər bir sözün hərflərini asanlıqla pis və ya yaxşı mə’nalarda yozmaq olar.

Ümumiyyətlə, şiəliyin yaranışı İslam peyğəmbərinin vəfatından sonraya yox, elə o həzrətin öz zamanına təsadüf edir. Peyğəmbər (s) bu adı imam Əlinin (ə) dostları və ardıcıllarına aid etmişdir. İslam peyğəmbərini Allahın rəsulu kimi tanıyanlar yaxşı bilirlər ki, (Qur’an ayəsinə əsasən,) o həzrət nəfsani hisslər əsasında danışmır, bütün dedikləri vəhydən qaynaqlanır. Əgər o həzrət Ya Əli, sən ardıcılların qiyamət günü nicat tapanlardansınız”, – deyə buyurmuşsa, demək, bu əsl həqiqətdir.

***


Yüklə 8,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin