Günah lüğət elmində


“TƏBLİĞ” AYƏSİ ÜZƏRİNDƏ YENİ BİR TƏHLİL



Yüklə 8,29 Mb.
səhifə26/66
tarix05.03.2018
ölçüsü8,29 Mb.
#44155
1   ...   22   23   24   25   26   27   28   29   ...   66

“TƏBLİĞ” AYƏSİ ÜZƏRİNDƏ YENİ BİR TƏHLİL


Əgər biz “təbliğ” ayəsinin nazil olma səbəbi, eləcə də, “Qədir-Xum” barəsində nəql olunan bütün rəvayətləri nəzərə almayıb, elə bu və bundan sonrakı ayələrin mə’nasını diqqətlə nəzərdən keçirək, İslam peyğəmbərinin (s) canişinlik və xəlifəliyi ilə bağlı vəzifəmizi ayırd edə bilərik.

İzah: Bu ayə özü müxtəlif ifadələrlə üç mühüm məsələyə toxunur:

1. Ayədən mə’lum olur ki, bu məsələ İslam baxımından yüksək əhəmiyyətə malik olmuşdur. Hətta Allah tərəfindən Peyğəmbəri-əkrəmə (s) göstəriş verilmişdir ki, mütləq onu xalqa çatdırsın. Əgər çatdırmasa, vəzifəsini yerinə yetirməmiş olacaqdır! Başqa sözlə, bu məsələ peyğəmbərlik qədər ağır vəzifə imiş. Əgər e’lan edilməsəydi, sanki Peyğəmbərin (s) vəzifəsi yarımçıq qalacaqdı!

Mə’lum olduğu kimi, burada sadə bir şərt nəzərdə tutulmayıb. Əgər o pozulsa, Peyğəmbərin (s) risaləti şübhə altına düşür. Ayənin zahirindən göründüyü kimi, burada çox mühüm məsələnin qarşıya qoyulduğu və onun birbaşa peyğəmbərlik məqamı ilə əlaqələndiyi vurğulanmışdır.



2. Bu ilahi əmr sözsüz ki, namaz, oruc, həcc, cihad, zəkat və digər əməli vəzifələrlə bağlı deyildir. Çünki bu ayə “Maidə” surəsində yerləşir və İslam peyğəmbərinə (s) nazil olan sonuncu surədir (yaxud sonuncu surələrdən biridir). Yə’ni bu surə nazil olanda artıq İslamın əməli vəzifələrilə əlaqədar bütün məsələləri bəyan edilmişdi.1

3. Ayənin ifadələri göstərir ki, e’lan olunacaq xəbər bə’zilərinin sərt mövqeyi ilə qarşılanacaq və bu işdə Peyğəmbərin (s) həyatı təhlükəyə düşəcəkdir. Lakin Allah-taala o həzrətə qarşı xüsusi himayəsini bildirərək buyurur: Allah səni xalqdan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq!”

Ayənin sonunda daha tə’kidlə buyurur: Allah kafir cəmiyyəti hidayət etməz!”

Bu ifadə qəti şəkildə bir qrup müxaliflərin əks mövqe tutacaqlarını göstərir.

Ayədən açıq-aşkar görünən bu üç məsələni nəzərə alsaq, o zaman Peyğəmbərə (s) xilafət və canişinliklə əlaqədar vəhyin nazil olduğunu başa düşərik. Bəli, Peyğəmbəri-əkrəmin (s) ömrünün axırlarında ümmətə çatdıracağı son mühüm məsələ İslamın o vaxta qədər bəyan edilməyən əməli vəzifələri deyil, yalnız xəlifəliklə bağlı məsələ ola bilərdi. Çünki Peyğəmbərin (s) risalət və peyğəmbərliyi qədər mühüm olan və müxaliflərin sərt mövqe tutacaqlarına və o həzrətin canının təhlükəyə düşəcəyi ehtimal verilən məsələ məhz budur! Əgər “təbliğ” ayəsini imamət, vilayət və xilafət məsələsindən başqa bir yönə təfsir etsək, ayənin məqsədinə qətiyyən uyğunlaşmayacaq.

Əhli-sünnənin təfsir alimlərinin bu ayənin mə’nası ilə bağlı fikir və nəzərlərinin heç biri deyilən tə’kidlərlə əsla uyğunlaşmır və həqiqətdə ayəni təfsir etməkdə “acizdirlər” (çünki imamət və vilayətə e’tiqadlı deyillər).

***

ŞƏRHLƏR

1-“QƏDİR-XUM” HƏDİSİNDƏKİ “MÖVLA” SÖZÜNÜN TƏFSİRİ


Biz “təvatür” həddində olan “Qədir-Xum” hədisini qısa şəkildə bəyan etdik. Peyğəmbərin (s) bu hədisdə buyurduğu Mən hər kəsin mövlasıyamsa, Əli onun mövlasıdır kəlamı çox həqiqətləri aydınlaşdırır.

Əhli-sünnə alimlərinin bir çoxu “mövla” sözünü “dost” mə’nasına təfsir etməyə çalışsalar da1, müxtəlif dəlillər göstərir ki, hədisdə bəyan olunan “mövla” sözü “vəli”, “başçı” və “rəhbər” mə’nasını ifadə edir. Bu dəlillərin bir qismini nəzərdən keçirək:



1. O zaman imam Əlinin (ə) bütün mö’minlərlə dostluq məsələsi elə də gizli və üstüörtülü bir məslə deyildi ki, bu qədər tə’kidə ehtiyac olsun. Əgər məqsəd Əlini sevməkdirsə, onda o böyük karvanın quru və yandırıcı bir səhrada dayandırılıb, Peyğəmbərin (s) uzun bir xütbə oxumasına və camaatdan ardıcıl e’tiraf istəməsinə nə ehtiyac var idi?! Həm də Qur’anda açıq-aşkar buyurulur ki, mö’minlər bir-birlərilə qardaşdır.1 Həmçinin başqa bir ayədə buyurulur: min kişilər min qadınlar bir-birinin dostudur!”2

Bir sözlə, İslamda qardaşlıq və müsəlmanların bir-birilə dostluğu bu dinin aydın məsələlərindəndir. Bu İslamın ilk çağlarından olmuş, Peyğəmbər (s) də dəfələrlə bunu tə’kid etmişdir. Bundan əlavə, dostluq və qardaşlıq elə məsələlərdən deyil ki, Peyğəmbərin (s) onu bəyan etməsilə canı təhlükəyə düşsün.



2. Peyğəmbəri-əkrəmin (s) buyurduğu “Ələstu ovla bikum min ənfusikum” (Mən sizə özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi?) sualı əksər rəvayətlərdə nəql olunmuşdur və bu sadə bir dostluğu bəyan etməklə əsla uyğunlaşmır. Əksinə o həzrət bununla demək istəyirdi ki, mənimlə Əlinin (ə) sizin üzərinizdə olan ləyaqət, ixtiyar və rəhbərliyimiz eynidir. Burada bundan başqa bir təfsir yürütmək insafsızlıq və həqiqətdən uzaqdır.

3. Bu tarixi hadisədə camaat, xüsusilə Əbu Bəkr və Ömər tərəfindən Əliyə (ə) deyilən təbriklər həzrətin xilafət məqamına nail olmasını bir daha təsdiqləyir. Çünki ümumi şəkildə bütün müsəlmanlara dostluq məsələsinin e’lan olunmasında təbrikə ehtiyac duyulmur. Əhmədin “Müsnəd” kitabında yazılır: “Ömər, Peyğəmbərin (s) bəyanatından sonra Əliyə dedi:

هَنِيئاً يَابْنَ اَبِيطالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:

“Afərin sənə, ey Əbu Talibin oğlu! Sən hər bir mö’min kişi və qadının mövlası oldun.”3

Fəxri-Razinin “təbliğ” ayəsinin təfsirində yazdığı ifadə də belədir: “Ömər dedi:

هَنِيئاً لَكَ اَصْبَحْتَ مَوْلاىَ وَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:

“Afərin sənə! Sən mənim və bütün mö’min kişi və qadınların mövlası oldun!”

Beləliklə, Ömər onu özünün və bütün mö’minlərin mövlası hesab etdi.”

“Tarixi-Bağdad” kitabında Ömərin belə dediyi nəql olunur: “Afərin, afərin olsun sənə, ey Əbu Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun.”1

“Feyzül-qədir” və “Əs-səvaiq” kitablarında da yazılır ki, bu təbriki Əliyə (ə) həm Əbu Bəkr, həm də Ömər demişdir.2

Aydındır ki, mö’minlər arasındakı sadə dostluğun bəyanı üçün böyük bir mərasim qurulmasına ehtiyac yoxdur. Deməli, hədisdəki “vilayət” sözü xilafətdən başqa bir mə’na daşıya bilməz.



4. Öncə qeyd etdiyimiz Həssan ibn Sabitin aydın ifadələrlə zəngin şe’ri bizim müddəamıza canlı bir şahiddir.

***


Yüklə 8,29 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin