Günah lüğət elmində



Yüklə 8,29 Mb.
səhifə38/66
tarix05.03.2018
ölçüsü8,29 Mb.
#44155
1   ...   34   35   36   37   38   39   40   41   ...   66

4-“HİKMƏT” AYƏSİ


“Bəqərə” surəsinin 269-cu ayəsində buyurulur:

يُؤتِي الْحِكْمَةَ مَن يَشَاء وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا

Allah hikməti (elmi) istədiyi (və layiq gördüyü) şəxsə bəxş edər. Hər kimə də hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir.”

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Rəbi ibn Xeysəmdən belə nəql edir: “Elə bir kəs görmədim ki, Əlinin hökm və qəzavətinə irad tuta bilsin. Həqiqətən, Allah-taala buyurur: Allah hikməti (elmi) istədiyi ( layiq gördüyü) şəxsə bəxş edər. Hər kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir.”1

Həmin kitabda bu məzmunda əlavə rəvayətlər nəql olunmuşdur ki, o cümlədən, İbn Abbas Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu demişdir:



مَنْ اَرادَ اَنْ يَنْظُرَ اِلى اِبْراهِيمَ فِى حُكْمِهِ وَاِلى نُوحٍ فِى حِكْمَتِهِ وَاِلى يُوسُفَ فِى اِجْتِماعِهِ فَلْيَنْظُر اِلى عَلِىِّ بْنِ اَبِى طالِبٍ:

Hər kəs İbrahimin helmini, Nuhun hikmətini və Yusifin insanpərvərliyini görmək istəyirsə, Əli ibn Əbi Talibə baxsın!”2

Başqa bir yerdə isə Əbil-Həmradan belə nəql edir: “Biz Peyğəmbərin (s) yanında idik və Əli (ə) bizə tərəf gəlirdi. Bu vaxt Peyğəmbər (s) buyurdu:

مَنْ سَرَّهُ اَنْ يَنْظُرَ اِلى آدَمَ فِى عِلْمِهِ وَ نُوحٍ فِى فَهْمِهِ وَ اِبْراهِيمَ فِى خُلَّتِهِِ فَلْيَنْظُرْ اِلى عَلِىِّ بْنِ اَبِى طالِبٍ:

Hər kəs Adəmin elmini, Nuhun düşüncəsini və İbrahimin Allahla dostluğunu müşahidə edib sevinmək istəyirsə, Əli ibn Əbi Talibə baxsın!”3

Yenə orada Abdullah ibn Abbasdan belə nəql olunur: “Biz Peyğəmbərin (s) yanında idik və həzrətdən Əlinin (ə) haqqında soruşulduqda, buyurdu:

قُسِّمَتِ الْحِكْمَةُ عَشَرَة اَجْزاءَ فَاُعْطِى عَلى تِسْعَةُ اَجْزاءَ وَ اُعْطِى النّاسُ جُزءً واحِداً:

Elm və hikmət on qismdir ki, onun doqquzu Əliyə, biri isə camaata verilmişdir!”4

Bu rəvayətlər açıq-aydın göstərir ki, Peyğəmbəri-əkrəmdən (s) sonra İslam ümməti arasında elm, bilik və hikmətdə Əliyə (ə) çatan bir kəs yoxdur. İmamətin əsas və mühüm şərti elm və hikmət olduğundan, İslam peyğəmbərindən (s) sonra imamət və xilafət məqamına ən layiq şəxs yalnız Əlidir (ə).

Termizinin “Səhih” kitabında Peyğəmbəri-əkrəmin (s) belə buyurduğu nəql olunur:



اَنَا دارُ الْحِكْمَةِ وَ عَلِىٌّ بابُها:

Mən hikmət eviyəm, Əli isə onun qapısıdır!”1

Şübhəsiz, kim bir evə girmək istəsə, mütləq onun qapısından daxil olmalıdır; necə ki, Qur’ani-kərimdə buyurulur: Evlərə qapılarından daxil olun!” Beləliklə, hər kim İslam peyğəmbərinin (s) elm və hikmət xəzinəsinə yol tapmaq istəyirsə, mütləq imam Əlidən (ə) başlamalı və bu xəzinənin açarını ondan almalıdır.

5-“HƏL-ƏTA” (İNSAN) SURƏSİ


İmam Əli (ə) və Əhli-beytin fəzilətlərini sübut edən mühüm sənədlərdən biri də “Həl-əta” surəsidir. Bu surənin mə’nasına, ifadələrinə, eləcə də, nazil olma səbəbinə diqqət yetirdikdə, bir çox həqiqətlər üzə çıxacaq. Əlbəttə, bu surənin ayələri ümumilik kəsb etsə də, onun “İnnəl-əbrarə yəşrəbunə min kə’sin...” (Şübhəsiz, yaxşı əməl itaət sahibləri kafur qatılmış şərbət içəcəklər...) ayəsindən başlayaraq 22-ci ayəsinədək (on yeddi ayə) “əbrar” (yaxşılar) adlı qrup haqda söz açır. İslamın məşhur mənbələrində nəql olunan çoxlu rəvayətə və bu ayənin nazil olma səbəbinə əsasən, “əbrar”ın tam mə’nada nümunələri Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyndir (ə). Diqqət yetirmək lazımdır ki, bu on yeddi ayədə behiştin ən üstün maddi və mə’nəvi ne’mətlərinin (cənnət bağları, pak şərbət çeşmələri, geyimlər, zinətlər, yeməklər, taxtlar, xidmətçilər və s.) adı çəkilsə də, digər ne’mətlərdən olan behişt qadınları və hurilərindən söz açılmamışdır. Qur’anın sirlərindən agah olan bə’zilərinin nəzərincə, bunun səbəbi aləmlərin ən üstün qadını Fatimeyi-Zəhraya (ə.s) ehtiramdır. Qur’ani-kərimin çox az surəsində behiştin bu yüksək ne’mətləri birgə qeyd olunmuşdur. Bu da onu göstərir ki, ayədə qeyd olunan “əbrar” (yaxşı əməl sahibləri) sözündə məqsəd adi şəxslər yox, Allaha yaxın pak, yaxşı və alicənab kəslərdir.

Bunu da qeyd edək ki, yaxşı əməl sahiblərinin nişanələrini göstərən bu surənin 5-10-cu ayələrində belə buyurulur:



إِنَّ الْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاء وَلَا شُكُورًا إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا

Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərab içəcəklər. O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu istədikləri yerə asanlıqla axıdacaqlar. Onlar elə kəslərdir ki, etdikləri nəzrə vafa edər və əzabı bürüyəcək gündən qorxarlar. Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri (yeməyə möhtac olduqları) halda (və ya Allahın razılığını qazanmaq üçün) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər) “Biz sizi yalnız Allah razılığından ötrü yedirdir və sizdən nə bir mükafat, nə də təşəkkür istəyirik. Həqiqətən, biz çox sərt və çətin bir gündə Rəbbimizdən qorxuruq!”

Bu ayələrin nazilolma səbəbi haqda Zəməxşəri məşhur “Kəşşaf” təfsirində İbn Abbasdan belə nəql edir: “Bir gün Həsən və Hüseyn (ə) xəstələnmişdi. Peyğəmbər (s) bir qrup səhabə ilə onlara baş çəkməyə gəldi. Səhabələr Əliyə (ə) müraciət edərək dedilər: “Ya Əbəl-Həsən! Nə yaxşı olardı ki, uşaqlarının şəfa tapması üçün nəzir edəsən.” Əli (ə) bu təklifi məmuniyyətlə qəbul etdi. Üstəlik Fatimeyi-Zəhra (ə.s) və xidmətçi Fizzə də uşaqların sağalacağı təqdirdə üç gün oruc tutmağı nəzir etdilər. (Bə’zi rəvayətlərə əsasən, Həsən və Hüseyn (ə) də nəzir etdilər.1) Nəhayət, uşaqlar şəfa tapıb sağaldılar. Lakin o ərəfələrdə Əlinin (ə) evində iftar üçün ərzaq yox idi. Odur ki, gedib bir nəfərdən üç “sa” (təxminən 10 kq) arpa borc aldı. Fatimə (ə.s) onun üçdə bir hissəsini üyüdüb un etdi və ailə üzvlərinin sayı qədər (beş ədəd) çörək bişirdi. İftar vaxtı çörəklər süfrəyə qoyuldu. Yeməyə hazırlaşarkən, qapı döyüldü. Yoxsul bir şəxs dedi: “Salam olsun sizə, ey Məhəmmədin Əhli-beyti! Mən bir müsəlman yoxsulam, mənə də yeməyə bir şey verin. Allah sizə cənnət süfrələri nəsib etsin!” Bu sözləri eşidən Əhli-beyt (ə) heç nə fikirləşmədən süfrədə olan çörəklərin hamısını ona verdi, özləri isə su ilə iftar edib gecəni belə keçirdilər. Səhəri gün yenə ac halda oruc tutdular. Ötən gün kimi, Fatimeyi-Zəhra (ə.s) yenə çörək bişirdi. Onlar axşam iftar üçün süfrə başına əyləşərkən, bir yetim qapıya gəlib yemək istədi. Onlar bu dəfə süfrədəkiləri o yetimə verib, özləri ac qaldılar. Üçüncü axşam da qapıya bir əsir gəlib yemək istədikdə, bu müqəddəs şəxslər iftara hazırladıqlarını ona verdilər. Ertəsi gün Əli (ə) Həsən və Hüseynlə (ə) birlikdə Peyğəmbərin (s) hüzuruna getmişdi. Peyğəmbər (s) onların aclıqdan titrədiklərini görüb buyurdu: Sizi bu halda görmək mənə çox ağırdır!” Sonra onlarla birlikdə Fatimənin (ə.s) evinə getdi. Peyğəmbər (s) gördü ki, qızı Fatimə (ə.s) acından zəifləmiş və gözləri çuxura düşdüyü halda, mehrabda ibadət edir. Bu mənzərə Peyğəmbərə (s) çox tə’sir etdi. Cəbrail nazil olub dedi: “Ey Məhəmməd! Allah səni belə bir Əhli-beytin olduğuna görə təbrik edir.” Sonra “Həl-əta” surəsi nazil oldu.”1

Bu rəvayəti Qurtubi öz təfsir kitabında azacıq fərqlə vermiş və bu haqda bir şe’r də qeyd etmişdir.2

Fəxri-Razi də bu rəvayəti “Əl-vəsit” kitabında Vahididən nəql etmişdir. Həm o, həm də Zəməxşəri uyğun rəvayəti qeyd etdikdən sonra belə yazmışlar: Şübhəsiz, yaxşı əməl itaət sahibləri kafur qatılmış şərab içəcəklər...” ayəsindəki əvəzliklər cəm formada işləndiyi üçün bir nəfərə (Əliyə (ə) deyil, bütün yaxşı əməl və itaət sahiblərinə aiddir. Əlbəttə, Əlini (ə) bu ayələrdən ayrı bilmək olmaz, lakin bunlar təkcə ona aid deyil... (Ayələrin nazil olma səbəbini açıqlayan rəvayətlərə gəldikdə isə) qeyd etməliyik ki, bu surə Əlinin (ə) itaəti haqda nazil olsa da, “üsuli-fiqh” elminin qaydalarına əsasən, ayələrdəki me’yar xüsusi deyil, ümumilik daşıyır.”3

Fəxri-Razi guya, cəm formasında deyilən ayələrin təkcə imam Əliyə (ə) yox, həm də Fatimeyi-Zəhra, Həsən, Hüseyn (ə) və Fizzəyə aid olduğunu unutmuşdur.

Ayələrin məfhumunu ümumiləşdirməklə onların nazil olma səbəbini aradan qaldırmaq olmaz. Əksinə belə yerlərdə ayələr birbaşa Əhli-beyt (ə) (və yaxud hər kim) tərəfindən yerinə yetirilən itaət və fədakarlıqla əlaqədar nazil olur. Bu da onların Allah tərəfindən qiymətləndirilməsi deməkdir. Başqa sözlə, imam Əli (ə) və onun ailəsi bu ayələrin ən kamil nümunələridir. Çünki bu ayələr onların xalis əməli ilə bağlı nazil olmuşdur. Əgər kimsə bu böyük fəziləti inkar etmək istəyirsə, sözsüz, özünü aldadır.

Alusi “Ruhul-məani” kitabında bu rəvayəti əvvəldən axıradək olduğu kimi İbn Abbasdan nəql edib yazır: “Bu rəvayət camaat arasında məşhurdur.” Sonra adəti üzrə onu əhəmiyyətsiz qələmə verməyə çalışır və bu məqsədlə onun sənədləri haqda söz açır: “Bu ayələrin Əli, Fatimə, Həsən və Hüseyn (ə) haqda nazil olma ehtimalı varsa da, onun isbat, yaxud inkarı qəti deyildir. Çünki bu zəmində olan rəvayətlər çox və ziddiyyətlidir. Hətta bu ayələrin onlar barəsində nazil olmadığını desək, yenə onların yüksək məqamından bir şey azalmır. Çünki onların “əbrar”dan (yaxşı əməl və itaət sahiblərindən) olmaları tam aydındır. Onlar bəlkə də, bu cərgədə başqalarından öndədirlər. Onların şə’ni ilə bağlı bunu demək olar ki, Əli (ə) mö’minlərin vəlisi, Peyğəmbərin (s) canişini, Fatimeyi-Zəhra (ə.s) Peyğəmbərin (s) canının bir parası, Həsən və Hüseyn (ə) isə Peyğəmbərin (s) ruhu və reyhanı, behişt cavanlarının rəhbəridirlər.”1

Belə misilsiz fəziləti görməməzliyə vurmaq, digər fəzilətlərin də yavaş-yavaş aradan qalxmasına səbəb olacaq. Deməli, bir gün Əli, Fatimeyi-Zəhra, Həsən və Hüseynin (ə) fəzilətlərinin və onların başqalarından üstünlüyünün unudulacağı şübhəsizdir. Axı, nə üçün təfsir və hədis alimlərinin nəql etdiyi bu məşhur rəvayətə e’tinasız yanaşmalı və o ilahi şəxsiyyətlərin irsinə göz yummalıyıq?!

Məşhur sünni alimi Süyuti də “Əd-durrul-mənsur” kitabında İbn Mərdəveyhdən, o da İbn Abbasdan belə nəql edir: Onlar öz iştahaları çəkdiyi ( möhtac olduğu), özləri yemək istədikləri halda, onu yoxsula, yetimə əsirə yedirirlər ayəsi Əli, Fatimə, Həsən və Hüseyn (ə) barəsində nazil olmuşdur.

Eləcə də Şəblənci “Nurul-əbsar” kitabında bəhs etdiyimiz ayələrin nazil olma səbəbilə əlaqədar bu rəvayəti olduğu kimi qeyd etmişdir.2

***


Yüklə 8,29 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin