Günah lüğət elmində



Yüklə 8,29 Mb.
səhifə62/66
tarix05.03.2018
ölçüsü8,29 Mb.
#44155
1   ...   58   59   60   61   62   63   64   65   66

2-HAQQIN ZÜHURU


“Tövbə” surəsinin 33-cü ayəsində buyurulur:

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

Müşriklərin xoşuna gəlməsə də, bütün dinlər üzərində qələbə üçün Peyğəmbərini doğru yol və haqq dinlə göndərən Odur!”

Diqqət yetirmək lazımdır ki, bu ayə Onlar Allahın nurunu batil sözləri ilə söndürmək istəyirlər; Allah isə kafirlərin xoşuna gəlməsə , yalnız Öz nurunu tamamlamaq istəyirayəsindən sonra gəlir. Ötən ayələrdəki kimi, bu ayələrdə də Allah-taala İslamın digər dinlərə qalib gələcəyini və’d etmişdir. İslamın bütün dinlərə qalib gəlməsi necə başa düşülməlidir? Bu barədə təfsirçilərin çoxlu ehtimalları var.

Fəxri-Razi burada beş cür təfsir qeyd edir və qələbənin keyfiyyəti ilə bağlı suallara cavab verir:



1. Məqsəd nisbi qələbədir; çünki İslamın tutduğu hər bir yerdə bu din hakimdir.

2. Məqsəd Ərəbistan yarımadasındakı dinlər üzərində üstünlükdür.

3. Məqsəd Peyğəmbəri-əkrəmi (s) bütün ilahi dinlərdən agah etməkdir (ayədəki “li-yuzhirəhu” ifadəsi tam agahlıq kimi mə’na edilmişdir).

4. Məqsəd məntiqli qələbədir, yə’ni İslamın mahiyyəti digər dinlərlə müqayisədə bitkin və idealdır.

5. Məqsəd İslamın həzrət İsanın (ə) zühuru və imam Mehdinin (ə) inqilabı ilə bütün din və ayinlər üzərində son qələbəsidir.

Şübhəsiz, burada İslamın mahiyyətcə qələbəsi təfsiri düzgün deyil. Çünki İslamın mahiyyətcə digər dinlərin fövqündə durması elə İslamın zühuru ilə aşkar oldu.

Bundan əlavə, ayədə qeyd olunan “li-yuzhirəhu” sözünün kökü olan “zühur” və “izhar” sözləri Qur’ani-kərimin digər ayələrindəki kimi, xarici və həqiqi qələbəni ifadə edir. Necə ki, “Əshabi-Kəhf”in əhvalatında buyurulur: Əgər onlar sizə qələbə çalsa, sizi daş-qalaq edəcəklər!”1

“Tövbə” surəsinin 8-ci ayəsində buyurulur:



كَيْفَ وَإِن يَظْهَرُوا عَلَيْكُمْ لاَ يَرْقُبُواْ فِيكُمْ إِلاًّ وَلاَ ذِمَّةً

Necə onların əhd-peymanının bir dəyəri olsun? Əgər onlar sizə qalib gəlsələr, nə sizinlə qohumluğu gözləyər, nə də bir əhdə əməl edərlər?!”

Aydındır ki, Məkkənin bütpərəstləri və müşrikləri allahpərəstlərin məntiqinə qalib gələ bilmədilər. Burada məqsəd, yalnız döyüşdə qələbədir. Buna əsasən, İslamın bütün dinlər üzərində qələbəsi məntiqi və zehni aləmdəki qələbə yox, xarici aləmdəki qələbədir. Öncə qeyd etdiyimiz kimi, bu qələbənin müxtəlif mərhələləri var: birinci mərhələ İslam peyğəmbərinin (s) dövründə və daha geniş bir mərhələsi sonrakı əsrlərdə baş vermişdir. Son mərhələ isə imam Mehdinin (ə) zühuru və inqilabı ilə hasil olacaqdır. Çünki bu ayədə İslam dininin qeyd-şərtsiz bütün dinlərə qalib gələcəyindən söz açılır. Mütləq və qeyd-şərtsiz qələbə yalnız bütün yer üzünü əhatə etdiyi bir vaxt gerçəkləşə bilər. Necə ki, Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə buyurulur:

لا يَبْقى عَلى ظَهْرِ الْاَرْضِ بَيْتُ مَدَرٍ وَلا وَبَرٍ اِلاّ اَدْخَلَهُ اللهُ كَلِمَةُ الْاِسْلامِ:

Yer üzündə daşdan və palçıqdan tikilən elə bir ev, yundan və kürkdən hazırlanan elə bir xeymə tapılmayacaq ki, Allah-taala İslamın səsini oraya daxil etməsin!”2

Süyuti “Əd-durrul-mənsur” kitabında Səid ibn Mənsur və İbn Münzərdən, eləcə də Beyhəqi “Sünən” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql etmişlər: “Bu hadisə (Peyğəmbərin (s) buyurduğu hədis) o zaman gerçəkləşəcək ki, (yer üzündə) başqa məzhəb və din sahibi olan yəhudi və məsihilər belə kənarda qalmayacaq! (Hamı İslam sayəsində yerləşəcək və hər yerdə İslamdan, tövhiddən və yeganə Allahın əzəmətindən danışılacaq.)”1 Bəli, o gün bu ilahi və’d həyata keçəcəkdir.

Bu ayənin təfsirində imam Sadiqdən (ə) belə bir hədis nəql olunmuşdur: Allaha and olsun! Bu ayənin nası (sonuncu mərhələsi) hələ gerçəkləşməmişdir yalnız Qaimin zühuru zamanı əks olacaqdır. Onun qiyamından sonra dünyanın heç bir məntəqəsində Allaha qarşı küfr edən bir şəxs tapılmayacaq!”2

Bunu da qeyd etməliyik ki, هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ (Müşriklərin xoşuna gəlməsə , bütün dinlərə qələbə çalmaq üçün Peyğəmbərini doğru yolla haqq dinlə göndərən Odur!) – ayəsi Qur’ani-kərimin üç surəsində – “Tövbə” surəsinin 33-cü, “Fəth” surəsinin 28-ci, “Səff” surəsinin 9-cu ayəsində gəlmişdir. Bunun üç dəfə təkrar olunması məsələnin əhəmiyyətli olduğunu göstərir.

Əhli-sünnə mənbələrində Əbu Hüreyrədən nəql olunan bir hədisdə belə deyilir: “Ayədəki “Li-yuzhirəhu ələd-dini kullih” – cümləsində məqsəd İsa ibn Məryəmin (ə) gəlişinə işarə olunur.” (Bildiyimiz kimi, rəvayətlərə əsasən, həzrət İsa-Məsih (ə) imam Mehdinin (ə) qiyamı zamanı yenidən gələcəkdir!)3

***

Bu bəhsi də məşhur təfsir alimi Qütadənin nəql etdiyi bir hədislə sona yetiririk. O, bu ayənin təfsirində yazır: “Dünyada altı cür pərəstiş edən var: müsəlmanlar, məsihilər, yəhudilər, ulduzpərəstlər, məcuslar və müşriklər. Bütün bunlar İslam dininə qoşulacaq!”4



Mə’lum olduğu kimi, bu şərait, yalnız imam Mehdinin (ə) inqilabı zamanı hasil olacaqdır. Bunu da deyək ki, yəhudi və məsihi dinləri tamamilə aradan getməyəcək və burada məqsəd, İslam dininin bütün dünyaya hakim olmasıdır.

***


Yüklə 8,29 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin