Günah lüğət elmində


“NÜCUM” HƏDİSİNİN MAHİYYƏTİ



Yüklə 8,29 Mb.
səhifə12/66
tarix05.03.2018
ölçüsü8,29 Mb.
#44155
1   ...   8   9   10   11   12   13   14   15   ...   66

“NÜCUM” HƏDİSİNİN MAHİYYƏTİ


Bu hədis müxtəlif məsələləri açıqlayır:

1. Bu hədis həqiqətdə Qur’ani-kərimin səma ulduzlarının iki mühüm tə’sirindən danışan bir neçə ayəsindən qaynaqlanmışdır. Bir ayədə belə buyurulur: Onlar ulduzlar vasitəsilə hidayət olunar!”2 Başqa bir ayədə isə belə buyurulur: Allah sizin üçün suyun qurunun zülmətində hidayət olmaq üçün ulduzlar yaratdı!”3

Bu isə həqiqətdə ulduzların ən mühüm faydalarından biridir. Çünki kompasın (qütbnəma) ixtirasından öncə dağ, yaxud ağac kimi heç bir əsər-əlaməti olmayan dəniz yollarını tapmaq üçün yeganə vasitə ulduzlar idi. Gecələr bulud səmanı örtdükdə, gəmilər hərəkətdən dayanır, yollarına davam etmək istəyənlər isə ölüm təhlükəsi ilə üzləşirdilər. Bunun səbəbi beş planet (Merkuri, Venera, Mars, Yupiter və Saturn) istisna olmaqla, qalan ulduzların öz yerlərini dəyişməsi sanki qara parça üzərində toxunan, bir tərəfdən başqa təfərə çəkilən mirvarilərə bənzəməsidir. Qalan beş planeti isə “səvabit” adlandırırdılar. Bunlardan və həmişə yeri sabit olan, çıxıb-batmaqda digər ulduzlardan fərqlənən “qütb” ulduzundan əlavə, qalan ulduzları tanıyıb, ilin müxtəlif fəsillərində onların yerini tə’yin etməklə əllərindəki xəritə ilə hər hansı məqsədi tapmalı idilər.

Ulduzların başqa bir faydası isə Qur’ani-kərimdə buyurulduğu kimi, onların şeytanlara tuşlanmış oxlara bənzədilməsidir. Belə ki, onlar şeytanlara atılan və səmalara nüfuz etməyin qarşısını alan oxları əvəz edir. Qur’ani-kərimdə buyurulur:

إِنَّا زَيَّنَّا السَّمَاء الدُّنْيَا بِزِينَةٍ الْكَوَاكِبِ وَحِفْظًا مِّن كُلِّ شَيْطَانٍ مَّارِدٍ لَا يَسَّمَّعُونَ إِلَى الْمَلَإِ الْأَعْلَى وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍ دُحُورًا وَلَهُمْ عَذَابٌ وَاصِبٌ

Biz səmanı ulduzlarla zinətləndirdik, xəbis və itaətdən çıxmış şeytanlardan qoruduq. Onlar yüksək aləmə (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər. (Bu işi görmək istəsələr) hər tərəfdən oxlar (axan ulduzlar) vasitəsilə qovular və şiddətlə geriyə qaytarılarlar. Onlar üçün daimi bir əzab vardır!”1

Bu və digər ayələrdən ulduzların səma əhli üçün müdafiə silahı olduğu başa düşülür. “Ulduzlar (yaxud meteoritlər) şeytanların yolunu necə bağlayır və səmalara daxil olmağa icazə vermirlər?” sualı ayrıca bir izaha ehtiyaclıdır. Biz onu “Təfsiri-nümunə” kitabında həmin ayənin təfsirində şərh etmişik. Burada diqqəti cəlb edən məsələ süzən ulduzlar vasitəsilə şeytanların yüksək aləmdən, mələklərin pak, ali məqamından qovulması hadisəsidir. Bu hadisə “nücum” hədisinin təfsiri üçün kifayətdir.

Bəli, bir tərəfdən Peyğəmbər (s) Əhli-beyti (ə) səma ulduzları kimi insanları küfr, fitnə-fəsad, günahın zülmətindən qoruyub, ali məqsədə yönəldirsə və Allah yolunun yolçularını azğınlıq dalğalarında boğulmaqdan xilas edirsə, digər tərəfdən də insan və cinlərdən olan şeytanların İslam hüdudlarına nüfuzunun, Qur’anın hökmləri və sünnəni təhrif etməsinin qarşısını alır. Əhli-beyt meteoroit oxları kimi şeytanları dəf edir, yadların sinəsinə qeyb əlləri ilə zərbə endirir və onları səmavi sirlərdən agah olmağa qoymurlar.

Diqqət yetirmək lazımdır ki, bu hədisdə xüsusi olaraq Əhli-beyt (ə) İslam ümmətindəki ixtilafların qarşısını alan qoruyucu kimi göstərilir. Əgər ixtilaflar davam edərsə, insanlar İblisin qoşunu sıralarına daxil olar. Bu isə doğrudan da dolğun bir mə’nanı çatdırır.

2. “Nücum” hədisindən belə başa düşülür ki, ulduzların səma, yaxud yer əhlinin keşiyində durması davam etdiyi kimi, Əhli-beytin (ə) də hidayət yolu dünyanın sonuna qədər davam edəcəkdir.

3. Həmçinin onların xəta və günahdan mə’sum olduqları da sübuta yetir. Əgər onlar xəta və günaha yol versəydilər, yer əhlini ixtilaf və azğınlıqlardan qoruyan kamil və mütləq dayaq kimi tanıtdırılmazdılar.

4. Səma ulduzlarından biri batıb, digəri çıxması, bir qismi üfüqdə itib, digər qismi yenidən parlaması xüsusiyyəti Peyğəmbər (s) Əhli-beytində (ə) də var. İmam Əli (ə) bu məsələni “Nəhcül-bəlağə”də aydın bəyan edərək buyurmuşdur: Agah olun! Məhəmmədin (s) Əhli-beyti səma ulduzlarına bənzəyir; onların biri batdıqda, digəri çıxır!”1

Şübhəsiz, bu rəvayətlərdə adı çəkilən Əhli-beyti (ə) Peyğəmbərin (s) zövcələri kimi təfsir etmək düzgün deyil; çünki bu rəvayətlərdə hər bir dövr və əsrdə ümmətin hidayəti, azğınlıq dalğalarından qurtuluşu və ixtilafların qarşısının alınması kimi mühüm məsələlərdən söz açılır. Bildiyiniz kimi, Peyğəmbərin (s) zövcələri müəyyən bir dövrdə yaşamış və bundan əlavə, ixtilafların qarşısının alınmasında xüsusi bir rol oynamamışlar.2



***

Sual:

Sual olunur ki, bə’zi kitablarda Peyğəmbəri-əkrəmin (s)

( اَصْحابِى بِمَنْزِلَةِ النُّجُومِ فِى السَّماءِ فَاَيُّما اَخَذْتُمْ بِهِ اِهْتَدَيْتُمْ )

Mənim səhabələrim səma ulduzları kimidir. Onların hər hansı birindən yapışsanız (itaət etsəniz), hidayət olar doğru yola yönələrsiniz buyurduğu da nəql olunmuşdur. Görəsən, bu hədis Əhli-beyt (ə) barəsində nəql olunan yuxarıdakı hədislərlə ziddiyyət təşkil edirmi?

Bu sualın cavabı ilə bağlı bir neçə məsələyə diqqət yetirmək lazımdır:

1. Bu hədisin mö’təbər oluğunu fərz etsək belə, Əhli-beytin (ə) barəsində deyilən hədislərlə heç bir ziddiyyət təşkil etmir. Çünki İslamın əsaslarının bəyanında bir örnəyin başqa bir örnəklə heç bir ziddiyyəti yoxdur. Xüsusilə “Əhlu-beyti kən-nücum” (Əhli-beytim ulduzlar kimidir) hədisində bu vəsf Qur’ani-kərimə aid edilməsə də, Qur’ani-kərimin müsəlmanlar üçün ən gözəl istinad yeri olması sözsüzdür.

2. Əhli-sünnə alimləri bu hədisi sənəd baxımından “saxta”, “məkzub” (yalan) və yaxud “məşkuk” (şübhəli) adlandırmışlar. Bunu açıqlayanlar arasında əhli-sünnənin dörd imamından biri olan Əhməd ibn Hənbəl, eləcə də İbn Həzm, Əbu İbrahim Məzəni (Şafeinin ardıcıllarından biri), Hafiz Bəzzaz, Daru-Qutni, Zəhəbi, və s. alimlər var. Burada onların hər birinin ayrı-ayrılıqda nəzərini nəql etməyə ehtiyac yoxdur. Bu alimlərin münasibətləri barədə mə’lumat əldə etmək istəyənlər “Xülasətu əbəqatil-ənvar” kitabına müracət edə bilərlər.1

3. Səhabələrə aid edilən hədisin möhtəvası məntiqlə uyğun gəlmir. Bildiyimiz kimi, Peyğəmbərin (s) vəfatından sonra səhabələr arasında (geniş mə’nada səhabə; yə’ni Peyğəmbəri (s) görən və həzrətlə birgə olan hər bir şəxsi nəzər almaqla) böyük ixtilaflar yarandı. Bu ixtilaflarda qanlar axıdıldı, dəhşətli müharibələr baş verdi. Belə isə hansı məntiqlə qəbul etmək olar ki, bir-birinin qanını tökən iki qrup hidayət örnəyidir və insanları onların hər hansı birinin yolunu seçməkdə azad buraxıb deyək: “Özünüz bilərsiniz, ya Əmirəl-mö’minin Əlinin (ə), ya da Müaviyənin qoşunundan olun; Cəməl müharibəsində ya Əliyə (ə) qoşulun, ya da Təlhə və Zübeyrə. Onların hər hansı birinə qoşulsanız, doğru yolu tapacaqsınız və sizi behiştə aparacaqlar.” Xeyr, belə deyil! Heç bir ağıllı insan bunu qəbul etməz. Allah Rəsulunun (ə) məqamı isə çox üstündür və həzrətə belə hədislər aid etmək rəva deyil.

Tarixdə göstərilir ki, Əməvi hakimləri öz mövqelərini möhkəmləndirmək, “nücum” hədisini e’tibardan salmaq və Əhli-beytin (ə) məqamını kiçiltmək üçün belə saxta hədisləri İslam peyğəmbərinə (s) aid etmiş, bununla da Şam əhalisi və qeyrilərini inandırmağa çalışmışlar ki, Əlinin (ə) hökuməti haqq olduğu kimi, səhabələr zümrəsindən olan Müaviyənin hökuməti də haqqdır.1 Beləcə, iki qrup arasındakı fərqi itirməyə çalışmışlar.



Yüklə 8,29 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin