Günah lüğət elmində



Yüklə 8,29 Mb.
səhifə13/66
tarix05.03.2018
ölçüsü8,29 Mb.
#44155
1   ...   9   10   11   12   13   14   15   16   ...   66

4-“ON İKİ İMAM” HƏDİSİ


Əhli-beytin (ə) mövqeyini imamət və vilayətlə əlaqələndirən və bir sıra şübhəli sualları cavablandıran hədislərdən biri də “on iki imam” hədisidir. Bu hədis İslamın ən məşhur hədislərindəndir. O səhih və mö’təbər kitabların əksəriyyətində nəql olunmuşdur. Bu hədis barəsində əksər alimlər yekdil fikirdədirlər. Əvvəlcə, hədisin sənədini, sonra isə onun məzmununu qısa şəkildə araşdıracağıq:

Bu hədisi Peyğəmbərin (s) səhabələrindən bə’ziləri nəql etmişdir. Onun əksər raviləri Cabir ibn Sumrəyə, ondan sonra Abdullah ibn Məs’uda, Abdullah ibn Ömərə, Abdullah ibn Əmr ibn Asa, Əbdül-Məlik ibn Ümeyrə, Əbul-Cildə və Əbu Cüheyfəyə istinad edir. Hədis hafizləri onu ondan artıq kitabda qeydə almışlar. İndi isə diqqətinizi həmin hədisin bir hissəsinə yönəldirik:



1. “Səhihi-Müslim” kitabında Cabir ibn Sumrənin belə dediyi nəql olunur: “Allahın Rəsulundan (s) eşitdim ki, belə buyurdu:

لا يَزالُ الْاِسْلامُ عَزيزاً اِلى اِثْنى عَشَرَ خَليفَةً – ثُمَّ قالَ كَلِمَةً لَمْ اَفْهَمْها! فَقُلْتُ لِاَبِى ما قالَ؟ فَقالَ كُلُّهُم مِنْ قُرَيْشٍ!:

On iki xəlifə müsəlmanlara rəhbərlik edən vaxta qədər İslam izzətli olacaq.” Sonra o həzrət bir söz dedi ki, mən başa düşmədim. Atam Peyğəmbərə (s) yaxın olduğundan, ondan “Peyğəmbər (s) nə buyurdu?” deyə soruşduqda, atam (Peyğəmbərin (s) belə buyurduğunu) dedi: Onların hamısı Qüreyş tayfasındandır!”2

Həmin kitabda başqa bir sənədlə Cabir ibn Abdullah Ənsaridən “La yəzalul-İslamu əzizən” (İslam dini həmişə əziz olacaqdır) ifadəsinin yerində “La yəzalu hazəl-əmr” (Bu həmişə davam edəcəkdir) ifadəsini nəql etmişdir.

Başqa bir hədisdə isə “La yəzalu hazəd-din əzizən məniən” (Bu din həmişə izzətli yenilməz olacaqdır), deyə buyurulmuşdur.

Bir hədisdə Amir ibn Sə’d ibn Əbi Vəqqasdan belə nəql edilir: “Cabir ibn Sumrəyə məktub yazıb bildirdim ki, Peyğəmbəri-əkrəmdən (s) eşitdiyi hədisləri mənə yazıb göndərsin. O da mənə belə yazmışdı: “Mən Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: İslam dini qiyamətə qədər yaşayacaq mütləq sizə Qüreyş tayfasından olan on iki xəlifə rəhbərlik edəcək!” Həmçinin belə buyurdu: Müsəlmanların kiçik bir qismievi, “Kəsraevini, yaxud daKəsraövladlarını fəth edəcək!” Sonra xəbərdarlıq etdi: Qiyamətdən qabaq yalançılar meydana çıxacaq, onlardan uzaqlaşın!”1

Yenə “Səhihi-Müslim”də başqa bir “təriq”lə (ravilərin sırası) Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur: On iki xəlifənin hökuməti durduqca, bu din izzətli, qüdrətli yenilməz olacaq!” Bu hədisin sonunda da “Kulluhum min Qureyş!” (Onların hamısı Qüreyş tayfasındandır ifadəsi görünür.2



2. Bu hədis “Səhihi-Buxari” kitabında oxşar ifadələrlə Cabir ibn Abdullah Ənsarinin Peyğəmbəri-əkrəmdən (s) belə eşitdiyi nəql olunmuşdur:

يَكُونُ اِثْنى عَشَرَ اَمِيراً فَقالَ كَلِمَةً لَمْ اَسْمَعْها! فَقالَ اَبِى اِنَّهُ قالَ: كُلُّهُم مِنْ قُرَيْشٍ!:

Məndən sonra on iki əmir olacaq.” Sonra həzrət bir söz buyurdu ki, mən eşitmədim. Atam dedi ki, həzrət deyirmiş: Onların hamısı Qüreyş tayfasındandır!”3



3. Bunun oxşarı “Səhihi-Termizi” kitabında da azacıq fərqlə qeyd olunmuş və Termizi onu nəql etdikdən sonra yazmışdır: “Bu hədis “həsən” və səhihdir!”4

4. “Səhihi-Əbi Davud” kitabında da bu hədis azacıq fərqlə qeyd edilmişdir. Hədisin deyilişindən başa düşülür ki, Peyğəmbər (s) onu böyük bir cəmiyyət qarşısında buyurmuşdur. Rəvayətdə göstərildiyi kimi, Peyğəmbər (s) Bu din on iki xəlifənin rəhbərlik etdiyi vaxta qədər, həmişə izzətli, qüdrətli yenilməz olacaqdır deyə buyurduqda, camaat uca səslə “Allahu-Əkbər” demişdir.1

5. “On iki imam” hədisi Əhməd ibn Hənbəlin “Müsnəd” kitabının bir neçə yerində qeyd edilmişdir ki, bə’zi təhqiqatçılar onu otuz dörd vasitə ilə Cabirdən nəql etmişlər.2

Bir yerdə Məsruqun belə dediyini görürük: “Biz Abdullah ibn Məs’udun yanında oturmuşduq, o bizə Qur’an oxuyurdu. Bir nəfər ondan “Heç Peyğəmbərdən (s) öyrənmisinizmi ki, bu ümmətə neçə nəfər xəlifəlik edəcəkdir?” deyə soruşduqda, “İraqa gəldiyim vaxtdan səndən başqası bu sualı soruşmamışdır!” deyərək belə əlavə etdi: “Bəli, bunu Allahın Rəsulundan (s) soruşduqda, buyurdu:



اِثْنى عَشَرَ كَعِدَّةِ نُقَباءِ بَنِى اِسْرائِيلَ:

Bəni-İsrailin (saleh) rəhbərlərinin sayı qədər, on iki nəfərdir!”3

Yuxarıda qeyd etdiyimiz hədislər əhli-sünnənin ən məşhur və mö’təbər kitablarından əlavə, digər kitablarda da qeyd edilmişdir. Məqsəddən yayınmamaq üçün onların kiçik bir qisminə işarə edəcəyik. Əlavə izahat üçün “Ehqaqul-həqq”, “Fəzailul-xəmsə”, “Müntəxəbul-əsər” və digər kitablara müraciət edə bilərsiniz.

***


Yüklə 8,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin