Günah lüğət elmində


“HƏL-ƏTA” SURƏSİ ŞE’R ƏDƏBİYYATINDA



Yüklə 8,29 Mb.
səhifə39/66
tarix05.03.2018
ölçüsü8,29 Mb.
#44155
1   ...   35   36   37   38   39   40   41   42   ...   66

“HƏL-ƏTA” SURƏSİ ŞE’R ƏDƏBİYYATINDA


“Həl-əta” surəsinin Əhli-beyt (ə) barəsində nazil olması o qədər aydındır ki, bir çox məşhur şairlər öz şe’rlərində ona toxunmuşlar. O cümlədən, müxtəlif kitablarda nəql olunan “şafei məzhəbi”nin imam və rəhbəri Məhəmməd ibn İdris Şafeinin bu misraları məşhurdur:
İla mə, ila mə, və hətta məta?

Uatəbu fi hubbi hazəl-fəta!

Və həl zuvvicət Fatimu ğəyrəhu?

Və fi ğəyrihi “Həl-əta”, həl-əta?


Nə vaxta, nə vaxta, nə vaxta qədər?

Ona olan sevgi danlaq gətirər?

Könül verərdimi Zəhra özgəyə?

Onunçün enmədi “həl-əta” məgər?”1
Hicri qəməri tarixlə 6-cı əsr alimlərindən olan İbn Bitriq “Umdətu-üyuni sihahil-əxbar” kitabında Əbu İshaq Sə’ləbinin təfsir kitabından bir şe’r nəql edir ki, onun bir misrası belədir:
Ənə movla li-fəta,

Unzilə fihi “Həl-əta”!


“Mən o comərd şəxsin quluyam ki, “Həl-əta” surəsi onun haqqında nazil olmuşdur!”2

Məhəmməd ibn Təlhə Şafei (7-ci əsr alimi) “Mətalibus-sual” kitabında Peyğəmbərin (s) Əhli-beyti (ə) barəsində belə bir şe’r söyləmişdir:


Humul-urvətul-vusqa li-mo’təsimin biha,

Mənaqibuhum caət bi-vəhiyin və inzali,

Mənaqibu fiş-Şura və surətu “Həl-əta”

Və fi surətil-“Əhzab”i yə’rifuhət-tali.


“Onlar sarılmaq istəyənlər üçün “ürvətül-vüsqa”dırlar (möhkəm dayaqlardır). Onların fəzilətləri Qur’an və vəhydə, “Şura” və “Həl-əta” surələrində qeyd edilmişdir. “Əhzab” surəsində gəlmişdir ki, (Qur’anı) tilavət edən hər kəs bunu yaxşı bilir.”1

Əhli-beytin “Şura” surəsindəki fəzilətləri dedikdə, “qurba” ayəsi nəzərdə tutulur. “(Ya Peyğəmbər!) De ki, mən sizdən risalətim peyğəmbərliyim müqabilində ən yaxın adamlarıma sevgidən başqa bir mükafat istəmirəm!”2

“Əhzab” surəsindəki fəziləti isə “Təthir” ayəsi ilə bağlıdır: Həqiqətən, Allah siz Əhli-beytdən hər bir çirkinliyi uzaqlaşdırıb, sizi pak-pakizə etmək istəyir!”3

Bu zəmində Əbul-Qarat ibn Rəzikin “Təlaye” kitabında daha çox şe’rlər nəql olunmuşdur.4

***

“HƏL-ƏTA” SURƏSİ VƏ İRADLAR


Əhli-sünnənin tarix, hədis və təfsir kitabları ilə tanış olanlar yaxşı bilirlər ki, hər vaxt Əli ibn Əbi Talibin (ə) və Peyğəmbərin (s) Əhli-beytinin (s) fəzilətlərindən söz açıldıqda, bə’zi təəssübkeş alimlər müxtəlif bəhanələrlə hər bir hədisin məzmunu və sənədinə irad tutmuş, onu qiymətdən salmağa çalışmışlar. Bu yersiz iradlar göstərir ki, sanki onlar bu fəzilətləri inkar etmək üçün möhkəm əhd-peyman bağlamışlar.

“Ruhul-məani”, “Əl-mənar” və “Kəbir” (Fəxri-Razi) kitablarını mütaliə etdikdə, görürük ki, Əhli-beytin (ə) fəzilətlərini göstərən hədislər ya tam mə’nada qəbul edilməmiş, ya da çoxlu iradlara mə’ruz qalmışdır. Bunlar doğrudan da insanı heyrətə gətirir! Çünki bunun əksi olan çox zəif hədislərdə bə’zilərinin “fəzilətləri” gözübağlı qəbul edilir. Bununla belə, Əhli-beytin fəzilətləri bir çox rəvayətlərdə onların irad və tənqid qılınclarından amanda qalmışdır. Bunu başa düşmək isə elə də çətin deyil.

Burada “Həl-əta” surəsinin nazilolma şəraiti ilə bağlı iradların mühüm bir hissəsini cavablandırmağı lazım görürük:

1. “Həl-əta” surəsi Mədinədə Həsən və Hüseynin (ə) təvəllüdündən sonra nazil olduğu üçün bu fəzilətin Əhli-beytə aid olduğunu doğru hesab edə bilərik. (Məşhur nəzərə görə, imam Həsən (ə) hicrətin 3-cü, imam Hüseyn (ə) isə hicrətin 4-cü ilində dünyaya gəlmişlər.) Halbuki bir çox alimlərin nəzərincə, bu surə Məkkədə nazil olmuşdur. Demək, onun Əhli-beyt (ə) barəsində nazil olması şübhəlidir!

Cavab: Əhli-sünnə alimi Qurtubinin yazdığı kimi, məşhur alimlərin nəzərinə əsasən, bu surə Mədinədə nazil olmuşdur.1 Hakim Həskani isə bu surənin “Ər-rəhman” və “Təlaq” surələrindən sonra Məkkədə nazil olduğunu söyləmişdir.

Diqqət yetirmək lazımdır ki, adları çəkilən alimlər bu zəmində səkkiz rəvayət nəql etmişlər. Onların hamısı “Həl-əta” surəsinin Mədinədə nazil olduğunu demişlər. Bu rəvayətlərin bə’zisi İbn Abbasdan, bə’zisi Əkrəmədən, bə’zisi də başqalarından nəql olunmuşdur.

Hakim Həskani öz qeydlərində belə yazır: “Əhli-beyt düşmənlərindən bə’ziləri (“Həl-əta” surəsinin nazil olma səbəbinə) e’tiraz edərək demişlər ki, bütün təfsir alimlərinin yekdil nəzərinə görə, bu surə Məkkədə nazil olmuşdur, halbuki Əhli-beyt (ə) barəsində nəql olunan əhvalat Mədinədə baş vermişdir.”

Sonra yazır: “Bu şəxs bütün alimlərin yekdil fikirdə olduğunu necə iddia edə bilər?! Halbuki alimlərin əksəriyyəti bu fikirdə deyil və “Həl-əta” surəsinin Mədinədə nazil olduğunu söyləmişlər.”2

Əbu Abdullah Zəncani “Tarixul-Qur’an” kitabında “Nəzmud-durər və tənasuxul-ayati vəs-suvər” kitabına istinadən nəql edir ki, bir qrup əhli-sünnə aliminin fikrincə, bu surə Mədinədə nazil olmuşdur.3

Süyuti bu rəvayəti “Əd-durrul-mənsur” kitabında İbn Abbasdan müxtəlif sənədlərlə nəql etmişdir. Həmçinin onun “Əl-itqan” və Beyhəqinin “Dəlailun-nubuvvət” kitablarında Əkrəmədən nəq olunur ki, “Həl-əta” surəsi Mədinədə nazil olmuşdur.1

Bu surənin Əli, Fatimə, Həsən və Hüseyn (ə) barəsində nazil olduğunu deyən alimlər böyük bir qrup təşkil edir. Adları öncə qeyd olunan həmin şəxslər bu surənin Mədinədə nazil olduğunu demişlər.

Bütün bunlardan əlavə, bu surənin bir qisminin Məkkədə nazil olduğunu fərz etsək belə, Əli (ə) və ailəsinin nəzri ilə bağlı hadisəni açıqlayan ayələr Mədinədə nazil olmuşdur. Qur’ani-kərimdə bir çox surələrin bir hissəsi Məkkədə, digər bir hissəsi Mədinədə nazil olmuşdur. “Həl-əta” surəsi də bu qəbildəndir.

Məhz bu səbəbdən də “Ruhul-bəyan” əsərinin müəllifi (Bursui Hənəfi) “Həl-əta” surəsinin Mədinədə nazil olduğunu söyləyir. Bir qrup böyük alimin fikrini bəyan etdikdən sonra surənin bir hissəsinin Məkkədə, digər bir hissəsinin Mədinədə nazil olması ilə bağlı yazır: “Deyə bilərik ki, bu surə həm Məkkə, həm də Mədinədə nazil olmuşdur. Amma, onun Mədinədə nazil olan ayələrinin sayı çoxdur. Demək, bu surənin Mədinədə nazil olması fikri daha məntiqlidir. Ümumiyyətlə, biz bu surənin nazilolma səbəbini açıqlayan əhvalatın (Əlinin (ə) və ailəsinin nəzrinin) doğruluğuna şübhə etmirik!”2

Bu təfsir alimi və digərlərinin “Həl-əta” surəsinin Mədinədə nazil olmasına əsasları onda qeyd edilən “əsir” sözüdür. Bildiyimiz kimi, Peyğəmbər (s) Məkkədə olduğu zaman kimsə əsir olmamışdır və əsirlik Mədinədə cihad hökmü nazil olduqdan sonraya aiddir.

Həmin alim yazır: “Bu ayələrin Mədinədə nazil olduğunu göstərən dəlil onda qeyd olunan “əsir” sözü ilə əlaqədardır. Çünki əsirlik cihad ayəsi və onun hökmü nazil olduqdan sonra Mədinədə müşahidə olunmuşdur.”3

Maraqlıdır ki, imam Əlinin (ə) vilayət və xilafətinə qarşı çıxan bə’zi təəssübkeş alimlər bu ayədə qeyd olunan “əsir” sözünə də müəyyən yozumlar tapmışlar. Onlardan bə’ziləri burada arvadının əsarəti altında olanların, bə’ziləri də borc içində əsir olanların nəzərdə tutulduğunu qeyd etmişlər!...1

Bu alimlərdən soruşmaq lazımdır ki, “əsir” sözü nə üçün həqiqi mə’nada yox, məcazi mə’nada götürülməlidir?! Axı nə üçün?!

2. Ayənin bəyanı ümumi olduğu halda, onu müəyyən fərdlərə necə aid etmək olar?

Dəfələrlə işarə edildiyi kimi, ayələrin məfhumunun ümumiliyi ilə onun xüsusi bir məsələ ilə bağlı nazil olması arasında heç bir ziddiyyət yoxdur. Bunu Qur’ani-kərimin bir çox ayələrində müşahidə etmək olar. Qəribədir ki, Qur’ani-kərimdə məfhum və mə’nası ümumi olub, xüsusi bir məsələ ilə əlaqədar nazil olan digər ayələrə bu iradlar tutulmadığı halda, imam Əlidən (ə) söz açıldıqda münasibət tamamilə dəyişilir!



3. Bir insanın üç gün ac qalıb, yalnız su ilə iftar etməsi mümkündürmü?

Bu bəhanə isə doğrudan insanı heyrətə gətirir! Dəfələrlə görmüşük ki, müalicə məqsədi ilə nəinki üç gün, hətta on gün, bəlkə də qırx gün ac qalıb su ilə keçinənlər var. Bə’zi həkimlər hətta bu yolla xəstələri müalicə edirlər. Qeyri-müsəlman doktor Aleksey Sufurin dəqiq proqramlara əsasən, bə’zi xəstəliklərin qırx gün ac qalmaqla müalicəsi haqda ayrıca bir kitab yazmışdır.2

Bir növ “su orucu” sayılan “aclıq e’tirazı” da müasir dövrdə yayılmışdır və bə’zən qırx günü ötüb keçir.

Bəs nə üçün inadkarlar üç gün oruc tutub, su ilə iftar edilməsinə təəccüblənirlər?! Məqsəd, mümkün olan hər yolla Əhli-beytin (ə) bu böyük fəzilətini inkar etmək deyilmi?!



Yüklə 8,29 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin