Günah lüğət elmində


İMAM MEHDİNİN (Ə) İNTİZARININ TƏ’SİRLƏRİ



Yüklə 8,29 Mb.
səhifə63/66
tarix05.03.2018
ölçüsü8,29 Mb.
#44155
1   ...   58   59   60   61   62   63   64   65   66

İMAM MEHDİNİN (Ə) İNTİZARININ TƏ’SİRLƏRİ


Bə’zi nadanlar elə güman edirlər ki, bu ayə və rəvayətlər imam Mehdinin (ə) intizarı fikrini irəli sürməklə irtica və geriliyə, insanların məs’uliyyətdən boyun qaçırmasına və zülmə təslim olmasına zəmin yaradır. Çünki bu rəvayətlərə görə, imam Mehdinin (ə) qiyam və gəlişindən öncə dünyada islah və əmin-amanlığa ümid yoxdur. Hətta zühura zəmin yaradılması belə zülm və fitnə-fəsadın yayılmasına kömək edir!

Bu söz qədimdən düşmənlərin, imam Mehdinin (ə) qiyamını inkar edənlərin sözü olmuş, hətta İbn Xəldun bu məsələyə işarə etmişdir. Halbuki həqiqət tamamilə bunun əksidir. Böyük zühur intizarını çəkməyin çoxlu müsbət tə’sirləri var. Aşağıda onlara qısa şəkildə işarə edəcək və nadanların hökmlərinin düzgün olmadığı anlaşılacaq. Qur’ani-kərim ayələrinə, şiə və əhli-sünnənin məşhur kitablarında nəql olunan “mütəvatir” hədislərə əsaslanmaqla onların yanlış mövqe tutduqlarını göstərəcəyik.

***

İNTİZARIN MAHİYYƏTİ VƏ ONUN MÜSBƏT TƏ’SİRLƏRİ


Görəsən, imam Mehdinin (ə) zühuruna inamın (zülm və haqsızlığın köklərini məhv edən cahanşümul proqramları nəzərə almaqla) nə kimi müsbət və tərbiyəvi tə’sirləri vardır? Görəsən, bu inam insanı qafil, yaxud hər şeyə təslim olmağa vadar etmirmi? Yoxsa bu əqidə müsbət mə’nada bir növ fərdi və ictimai qiyama də’vət deyildirmi? İnsanı tərəqqiyə doğru aparmırmı? İnsanda məs’uliyyət hissi yaratmırmı? Bir sözlə, bu inam viranedicidir, yoxsa islahedici və qurucu?

Bu sualları araşdırmazdan öncə, bilməliyik ki, müsbət fikir və ideyalar həmişə nadanların, yaxud mənafe güdənlərin əli ilə təhrifə mə’ruz qalır, əsl məqsəddən yayındırılır. Tarixdə belə nümunələr həddən artıq çoxdur və “intizar” da təsirlərdən amanda qalmamışdır. Belə məsələlərdə təhrif və xətadan uzaq olmaq üçün, necə deyərlər, suyu bulağın gözündən götürmək lazımdır. Burada “intizar”ı düzgün başa düşmək üçün İslamın təməl prinsiplərinə müraciət etməli və bunu rəvayətlərin dili ilə araşdırmalıyıq.

Aşağıdakı rəvayətlər bu məsələyə aydınlıq gətirir:

1. Bir nəfər imam Sadiqdən (ə) soruşdu: “Haqq hökumətin intizarını çəkdiyi halda dünyadan gedən şəxs haqqında nəzəriniz nədir?”

İmam buyurdu: O, Qaimin xeyməsində (ordusunda) hazır olan şəxs kimidir. (Həzrət bir az sükut etdikdən sonra buyurdu:) O, İslam peyğəmbəri ilə birgə mübarizələrdə iştirak edən şəxs kimidir!”1 (Buna bənzər rəvayətlər çoxdur.)



2. Bə’zi rəvayətlərdə deyilir: O, Allah yolunda qılınc çəkən şəxs kimidir!”

3. O, Peyğəmbərin hüzurunda qılıncla düşmən başına zərbə endirən şəxs kimidir!”

4.O, Qaimin bayrağı altında olan şəxs kimidir!”

5.O, Peyğəmbərin hüzurunda cihad edən şəxs kimidir!”

6.O, Peyğəmbərlə şəhid olan şəxs kimidir!” (İmam Mehdinin (ə) zühurunun intizarı ilə əlaqədar bu təşbeh və bənzətmələr düşmənlə mübarizəyə və cihada daha artıq şövq yaradır.)

7. Bir çox rəvayətlərdə isə belə bir hökumətin intizarını çəkmək ən böyük və ən fəzilətli ibadət sayılmışdır.

Bunları biz həm Peyğəmbəri-əkrəmdən (s), həm də imam Əlidən (ə) nəql olunan hədislərdə görə bilərik. Bir hədisdə Peyğəmbəri-əkrəm (s) belə buyurmuşdur:



اَفْضَلُ الْاَعْمالِ اُمَّتِى اِنْتِظارُ الْفَرَجِ مِنَ اللهِ عَزَّوَجَلَّ:

Mənim ümmətimin ən fəzilətli əməli Allahın və’d etdiyi zühurun intizarını çəkməkdir!”2

O həzrət başqa bir hədisdə belə buyurmuşdur:

اَفْضَلُ العِبادَةِ اِنْتِظارُ الْفَرَجِ:

Ən fəzilətli əməl zühur intizarı çəkməkdir!”3

Buradakı “intizar” sözü istər ümumi, istərsə də xüsusi mə’nada dünyanın böyük islahatçısının zühur intizarını bildirsə də, “intizar”ın böyük əhəmiyyət daşıdığını göstərir.

Bütün bunlar böyük bir cihadla yanaşıdır. Bunu nəzərə aldıqda yekun nəticə üçün zəmin yaranır.


“İNTİZAR” MƏFHUMU


“İntizar”, adətən, insanın mövcud vəziyyətdən narahat olaraq yaxşı vəziyyətin yaranması ümidilə gözlədiyi hala deyilir. Məsələn, sağalmaq intizarını çəkən xəstə mövcud vəziyyətdən, yaxud övladının səfərdən qayıtması intizarını çəkən ana övladının ayrılığından narahatdır və hər ikisi bu vəziyyətin sona çatmasını gözləyir.

Dünyanın böyük islahatçısının, imam Mehdinin (ə) haqq-ədalətli hökumətinin intizarı iki prinsip üzərində qurulmuşdur: “inkar” və “isbat” prinsipləri. “İnkar” dedikdə, mövcud vəziyyətdən narahatçılıq hissi, “isbat” dedikdə isə vəziyyətin yaxşılaşmasının intizarı nəzərdə tutulur. Bu iki prinsipin inkişafı iki mütənasib fikrin formalaşmasına səbəb olacaqdır: 1) zülm və haqsızlığa qarşı ikrah, hətta onlarla mübarizə hissi; 2) vahid ədalətli bir hökumətin təşkili üçün cismi və ruhi, maddi və mə’nəvi hazırlıq hissi. Göründüyü kimi, bu hisslərin hər ikisi müsbət xarakterlidir.

“İntizar”ın bu məfhumuna diqqət yetirməklə, imam Mehdi (ə) qiyamının intizarını çəkənlərin böyük savabı məlum olur. Beləcə rəvayətlərin nə üçün həqiqi intizar çəkənləri imam Mehdinin (ə) xeyməsində və bayrağı altında olanlarla bir, yaxud Allah yolunda cihad edən və şəhid olanlar kimi saydığını açıq-aydın başa düşürük.

Görəsən, bunlar insanların hazırlığa, haqq-ədalət yolunda mübarizəyə və yüksək dərəcələrə də’vəti deyilmi? Mə’lumdur ki, Allah yolunda cihad edənlər fədakarlıq dərəcələrinə görə fərqləndiyi kimi, intizar hazırlığının da müxtəlif dərəcələri var. Bu baxışdan biri digərinə bənzəyir. Hər ikisi cihad sayılır və hazırlıq tələb edir. Belə bir hökumətin bayrağı altda durmağa layiq şəxs məsələyə əhəmiyyətsiz yanaşa bilməz. Ora yalnız layiqli şəxslərin yeridir. Eləcə də, əlinə silah götürüb, bu inqilabın düşmənləri ilə mübarizə aparmaq istəyən şəxsin ruhi, fikri və cismi cəhətdən tam hazırlığı olmalıdır.

İmam Mehdinin (ə) zühur intizarının tə’sirləri barədə aşağıda verilən izahlara diqqət yetirək:


Yüklə 8,29 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin