Günah lüğət elmində



Yüklə 3,25 Mb.
səhifə10/61
tarix24.05.2018
ölçüsü3,25 Mb.
#51217
1   ...   6   7   8   9   10   11   12   13   ...   61

2-“SƏFİNƏ” (GƏMİ) HƏDİSİ


Əhli-beyt (ə) və məsum imamlar barəsində buyurulan, həm şiə, həm də sünnilərin mötəbər kitablarında geniş nəql olunan məşhur hədislərdən biri də “səfinə” hədisidir. Biz burada bu hədisin mətni, sənədi və mənbələrini qısa şəkildə bəyan edəcəyik.

Deməliyik ki, bu hədisi Peyğəmbəri-əkrəmin (s) ən azı səkkiz səhabəsi nəql etmişdir. (Əbuzər, Əbu Səid Xudri, İbn Abbas, Ənəs, Abdullah ibn Zübeyr, Amir ibn Vasilə, Sələmə ibn Əkvə və imam Əli (ə))

“Səfinə” hədisi əhli-sünnənin onlarla məşhur kitabında nəql olunmuşdur. Onlardan bəzilərini nəzərdən keçiririk. Əlavə məlumat əldə etmək istəyənlər “Ehqaqul-həqq” kitabının 9-cu, “Xülasətul-əbəqat” kitabının 4-cü cildinə və digər kitablara müraciət edə bilərlər.

1. Bir dəfə Əbuzər əli ilə Kəbə evinin qapısının halqasından tutub deyirmiş: “Məni tanıyanlar (mənim kim olduğumu yaxşı) bilir, tanımayanlar da bilsinlər ki, mən Əbuzər Qifariyəm! Allahın Rəsulundan (s) belə eşitmişəm:

مَثَلُ اَهْلِبَيْتِى فِيكُمْ كَمَثَلِ سَفِينَةِ نُوحٍ فِى قَوْم نُوحٍ مَنْ رَكِبَها نَجى وَمَنْ تَخَلَّفَ عَنْها هَلَكَ:

Mənim Əhli-beytim sizin üçün Nuhun gəmisinə bənzəyir; hər kəs ona minsə, nicat tapar, hər kəs ondan ayrı düşsə, həlak olar.” (Başqa bir rəvayətdə isə “qərq olar” ifadəsi qeyd olunmuşdur.)2

Burada Əhli-beyt (ə) həyatın tufanlı dəryasında nicat gəmisinə bənzədilmişdir.

2. İbn Abbas, eləcə də Sələmə ibn Əkvə (İbn Məğazili adı ilə tanınan Əbül-Həsən Əli ibn Məhəmməd Şafeinin “Mənaqib” kitabındakı nəqlinə əsasən) Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql etmişlər:

مَثَلُ اَهْلِبَيْتِى فِيكُمْ َمَثلُ سَفِينَةِ نُوحٍ، مَنْ رَكِبَها نَجى وَمَنْ تَخَلَّفَ عَنْها هَلَكَ:

Mənim Əhli-beytim sizin üçün Nuhun gəmisinə bənzəyir; hər kəs ona minsə, nicat tapar, hər kəs ondan ayrı düşsə, həlak olar.”

Hədisin bu deyilişi İbn Abbasdan nəql olunmuşdur. Sələmə ibn Əkvədən nəql olunan hədis isə belədir:

مَثَلُ اَهْلِبَيْتِى َمَثَلُ سَفِينَةِ نوحٍ مَنْ رَكِبَها نَجى:

Əhli-beytim Nuhun gəmisinə bənzəyir; ona minən şəxs nicat tapar!”

“Limaza-əxtərtu məzhəbə Əhlil-beyt?” (“Nə üçün Əhli-beyt məzhəbini seçdim?”) kitabının müəllifi Şeyx Məhəmməd ibn İntaki “səfinə” hədisinin şərhində yazır: “Bütün İslam alimlərinin yekdil fikrinə əsasən, bu hədis “təvatür” həddinə yaxın “səhih” və “müstəfiz”1 hədislərdəndir. Təxminən yüz nəfər hafiz və hədis əzbərçisi, tarixçi və “sirə”2 yazan şəxs öz kitablarında onu nəql və qəbul etmişlər.” Sonra əlavə edir: “Bu hədisi qeyri-müsəlmanlar belə islami bir hədis kimi nəql etmişlər.”3

Bu hədis “Əbəqatul-ənvar” kitabında əhli-sünnənin doxsan iki məşhur aliminin doxsan iki kitabından bütün təfərrüatı ilə nəql olunur. “Əbəqatul-ənvar” kitabının xülasəsinin müəllifi isə onun haşiyəsində bu hədisi səkkiz nəfər səhabə, səkkiz nəfər tabein, üç nəfər 2-ci əsr, səkkiz nəfər 3-cü əsr, on dörd nəfər 4-cü əsr alimlərindən və bu minvalla hər əsrin öz alimlərinin adları ilə birgə qeyd etmişdir.4

***

“SƏFİNƏ” HƏDİSİ NƏ DEMƏK İSTƏYİR?


Bu hədisi dərk etmək üçün Nuh peyğəmbərin macərasına qısa bir nəzər salırıq. Allah-taala Qurani-kərimdə buyurur:

فَفَتَحْنَا أَبْوَابَ السَّمَاء بِمَاء مُّنْهَمِرٍ وَفَجَّرْنَا الْأَرْضَ عُيُونًا فَالْتَقَى الْمَاء عَلَى أَمْرٍ قَدْ قُدِرَ

Biz göyün qapılarını sel kimi axan bir yağışla açdıq (və dayanmadan yağış yağdı). Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular müəyyən edilmiş miqdarda bir-birinə qarışdı.”1

Bu tufan və sel bir yerdən başqa hər yeri ağuşuna aldı. O da Nuhun (ə) gəmisi idi. Allah-taala onun sərnişinlərinə nicat verdi. Hətta Nuhun (ə) oğlu qürurla “Mən bir dağa sığınaram, o da məni seldən qoruyar”, dediyi zaman atasının “Allahın rəhm etdiklərindən başqasını, bu gün heç kim Onun əzabından qoruya bilməz”, tutarlı cavabı ilə üzləşdi. (Həzrət Nuh (ə) gəmiyə minib nicat tapan möminləri nəzərdə tuturdu.) Nuhun (ə) sözü dərhal həyata keçdi. Çünki “böyük bir dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o (Nuhun oğlu) da suda boğuldu!”2

Bəli Əhli-beytin (ə) həmin gəmiyə bənzədilməsində dərin məna var və bu bənzətmə bizə bir çox həqiqətləri açıqlayır. O cümlədən:



1. İslam peyğəmbərindən (s) sonra ümmət bir sıra tufanlara düçar olacaq. Bu tufanlar çoxlarını özü ilə aparacaq və dalğalar arasında boğub həlak edəcək.

2. İnsanları dini, imanı, ruhu və həyatı hədələyən təhlükələrdən qoruyub-saxlamaq üçün yeganə ümid yeri Əhli-beyt (ə) adlı nicat gəmisidir. Şübhəsiz, hər kəs ondan uzaq düşsə, həlakətə uğrayasıdır.

3. Səhrada karvandan ayrı düşmək həmişə ölümlə nəticələnmir. Mümkündür ki, insan üzücü çətinliklərdən sonra nicat tapsın. Lakin tufanlı bir dəryada nicat gəmisindən ayrı düşmək mütləq həlakət və ölüm deməkdir.

4. Nuh peyğəmbərin gəmisinə minməyin şərti iman və saleh əməl olduğu üçün Nuh (ə) öz oğluna iman gətirib kafirlərdən ayrılmağı təklif etdi. Beləliklə, İslam ümməti də tufan, bəla və azğınlıqlardan nicat tapmaq üçün Əhli-beytə iman gətirib, onlara tabe olmalıdır.

5. Nicat tapmaq üçün təkcə onlara məhəbbət bəsləmək kifayət deyil. Bəzi alimlərin dediyi kimi, bütün müsəlmanlar Əhli-beyti (ə) sevir, hörmətlə yad edirlər. Buna əsasən, hamı nicat əhlidir. Əksinə, rəvayətdə bəyan olunduğu kimi, əsas məsələ onlara tabe olmaq və müxalif çıxmamaqdır. Nuhun (ə) oğlu atasını sevsə də, ona tabe olmadığından bu məhəbbət qurtuluşa səbəb olmadı.

6. Ötən bəhsdə qeyd olunduğu kimi, “səqəleyn” hədisindən başa düşülür ki, Əhli-beytə (ə) tabe olmaq üçün müəyyən şərt qoyulmamışdır. Quranla Əhli-beyt (ə) həmişə birgə olacaq, heç vaxt bir-birindən ayrılmayacaq və nəhayət, behiştdə (“Kövsər” hovuzunda) Peyğəmbəri-əkrəmə (s) qovuşacaq. “Səfinə” hədisindən də belə başa düşülür ki, dünyanın sonuna qədər bu minvalla davam edəcək. Çünki dünya həmişə tufanlı və təlatümlüdür. Yəni nə qədər ki, şeytanlar, zəlalət carçıları və heyrət vadisində batanlar var, bu tufanlar da sakitləşməyəcək. Allah-taalanın Öz bəndələri arasında qəzavət edəcəyi, Qurani-kərimin buyurduğu kimi, ixtilafların aradan qaldırılacağı1 vaxta qədər davam edəcəkdir. Buna əsasən, hər bir dövrdə “nicat gəmisi”nin varlığı zəruridir və ondan üz döndərənlər məhvə məhkumdur.

7. Əhli-beytə (ə) qeyd-şərtsiz itaət hər bir dövrdə məsum və günahsız bir imamın varlığına gözəl sübutdur. Ona itaət nicat tapmaq, ondan üz döndərmək isə həlakətlə nəticələnəsidir.

8. “Səfinə” hədisi Peyğəmbəri-əkrəmin (s) buyurduğu

( سَتُفَرِّقُ اُمَّتِى عَلى ثَلاثٍ وَسَبْعِينَ فِرْقَةٍ، فِرْقَةٌ ناجِيَةٌ وَالباقُونَ فِى النّارِ:)

Tezliklə ümmətim yetmiş üç firqəyə ayrılacaq, (onların) biri nicat, qalanları isə cəhənnəm əhlidirlər”1 məşhur hədisin təfsiridir.

Bu hədisdən məlum olur ki, “firqətun naciyə” (nicat əhli olan firqə) Əhli-beyt (ə) məktəbinin üzvləri, İslam üsul və füruatında onların hidayət çərçivəsində qərar tutan firqədir.

Bu məşhur hədis ətrafında araşdırmalardan belə nəticə alırıq ki, İslam ümmətində Əhli-beytin (ə) adı çox yüksək olub. Onların kənarından sadəcə məhəbbətlə ötüb keçməməliyik.

***


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin