Günah lüğət elmində



Yüklə 3,25 Mb.
səhifə18/61
tarix24.05.2018
ölçüsü3,25 Mb.
#51217
1   ...   14   15   16   17   18   19   20   21   ...   61

BİR NEÇƏ SUALA CAVAB


“Təthir” ayəsinin təfsiri ilə əlaqədar İslamın məşhur mənbələrində nəql olunan rəvayətlər “təvatür” həddinə çatdığından və bu Əhli-beyt imamları üçün böyük fəzilət sayıldığından onların məzhəbinin də haqq olduğu üzə çıxır. Bəzi alimlər əl-ayağa düşərək, müxtəlif iradlara əl atmışlar. Bu iradlar daha çox bəhanəyə bənzəyir. Halbuki əhli-sünnə alimlərinin bir çoxu şücaətlə “Təthir” ayəsinin məsum imamlara aid olduğunu demiş və bu rəvayətləri qəbul etmişlər. Həmin iradların bir qismi aşağıdakılardan ibarətdir:

1. “Əhli-beyt”dən məqsəd Peyğəmbərin (s) öz ev sakinləridir. Çünki “beyt” yaşayış evi deməkdir və Peyğəmbərin (s) evində yaşayanlar o həzrətin zövcələri olduğundan “Təthir” ayəsini başqalarına aid etmək olmaz. Ayədəki kişi cinsinə aid cəm əvəzliklərin səbəbi də “əhl” sözünün kişi cinsində olmasıdır. Peyğəmbərin (s) zövcələri müxtəlif evlərdə qalsalar da, “beyt” sözünün cəm formasında deyil, tək halda işlədilməsi o həzrətin vahid bir fərd olması ilə əlaqədardır. Buna görə də o həzrətin evi tək halda qeyd olunmuşdur. Bir sözlə, ayə yalnız Peyğəmbərin (s) zövcələrinə aid edilməlidir.

Cavab: Bu nəzər, yaxud bəhanənin ötən bəhslər müqabilində heç bir dəyəri yoxdur. Əgər ayədə qeyd olunan “əhl” sözündən məqsəd Peyğəmbərin (s) zövcələridirsə, onun zahiri kişi cinsinin tək, mənası isə qadın cinsinin cəm formasını bildirməlidir. Halbuki ayədəki əvəzliklər nə kişi cinsinin tək, nə də qadın cinsinin cəm formasındadır. Əksinə, kişi cinsi cəm formasında işlədilmişdir. Amma “beyt” sözü ayənin əvvəlində cəm formada (“və qərnə fi buyutikunnə”), “Əhli-beyt” sözündə isə tək haldadır. Bu da Peyğəmbərə (s) xatir ola bilməz. Çünki o həzrətin özünün müstəqil evi yox idi və zövcələrinə məxsus olan evlərdə yaşayırdı. Buna əsasən, ayədəki “Əhli-beyt”də məqsəd “evdə yaşayanlar” yox, Peyğəmbəri-əkrəmlə (s) nəsil qohumluğu olan şəxslərdir. Bundan da əlavə, əgər bütün bu iradları qəbul etsək, nəql olunmuş rəvayətlərlə nə etməliyik?! Görəsən, ayədə qeyd olunan “Əhli-beyt”i beş kimsəyə məxsus bilən və “təvatür” həddinə çatan rəvayətləri etibarsız saymalıyıq? Bu hədisləri səhih və “təvatür” həddində hesab etməsək, onda səhih və “təvatür” həddində hədis tapa bilmərik. Əgər bu rəvayətlərdə aydınlıq yoxdursa, hansı rəvayəti aydın hesab edə bilərik?

Bunların hamısından da maraqlı Əkrəmənin dedikləridir: “Əgər bir kəs mənimlə mübahiləyə hazır olsa belə, onunla mübahiləyə girib deyəcəyəm ki, bu ayə (“Təthir” ayəsi) Peyğəmbərin (s) zövcələri barədə nazil olub!” O vaxt Əkrəmə küçə-bazarlarda car çəkib deyirmiş ki, “Təthir” ayəsi Peyğəmbərin (s) zövcələri haqda nazil olmuşdur.

Doğrudan da, maraqlıdır! Bu şəxs saysız-hesabsız dəlili və şahidi olan bir məsələ ilə bağlı mübahiləyə çağırmaq, küçə-bazarda fəryad qoparmaqla nəyi sübuta yetirmək istəyirmiş? Şübhəsiz ki, Peyğəmbər (s) özü ilə birgə beş nəfərin üstünə əba çəkərək onların adlarını və Əhli-beytdən olduqlarını söyləmiş, sonra da Ümmü Sələmə və Ayişənin onlardan olmadığını demişdir. Daha sonra altı, yaxud səkkiz, yaxud doqquz ay ardıcıl sübh namazı vaxtı qızı Fatimeyi-Zəhranın (ə.s) evinin qarşısına gəlib, Əhli-beyti çağıraraq “Təthir” ayəsini oxumuşdur. Ayədə inhisar bildirən “innəma” (yalnız və yalnız) ədatı da göz qabağındadır. Peyğəmbər (s) özü ardıcıl təkidlərlə bütün şübhələri aradan qaldırmışdır. Lakin Əkrəmə kimilər qərəzli səbəblərdən küçə-bazarda car çəkib, həqiqəti ört-basdır etmək istəmişlər.

2. Əgər Əhli-beyt beş nəfərdirsə, bu, digər imamlara necə şamil olunur?

Cavab: Ayə nazil olan vaxt Əhli-beytdən yalnız beş nəfəri həyatda idi. Qalanları sonradan dünyaya gəlmiş və imamlıq məqamını bir-birlərindən irs almışlar.

3. Əvvəldə işarə etdiyimiz kimi, Allahın ayədə qeyd olunan iradə və istəyi “təşrii” yox, “təkvini” iradə və istəkdir. Başqa sözlə, Allah-taala Əhli-beytə günahlardan çəkinmək göstərişi vermir. Çünki bu ilahi göstəriş (günahlardan çəkinmək) təkcə “Kisa” əhlinə deyil, bütün müsəlmanlara ünvanlanmışdır. Məlum olur ki, Allahın təkvini iradə və istəyi ilə Əhli-beyt (ə) bütün günahlardan pak, şərdən və nəfsani istəklərdən uzaqdır. Şübhəsiz ki, Allah-taala Öz iradə və istəyinə qarşı çıxmaz. Bəzilərinin Allah-taalanın Öz iradəsinə qarşı çıxdığını deməsi tam nadanlıqdandır. Maddi aləmdə ilahi istəyə hansı amil mane ola bilər?! Əlbəttə, bu yalnız o zaman baş verə bilər ki, ilahi iradə və istək müəyyən bir şeylə şərtlənsin və həmin şərt də gerçəkləşsin. Məlum olduğu kimi, “Təthir” ayəsində ilahi iradə mütləqdir və heç bir şeylə şərtlənməmişdir.

Bəziləri deyirlər ki, bu fikir Peyğəmbərin (s) bütün səhabələrinin, xüsusilə Bədr müharibəsində iştirak edənlərin də məsum olduğunu nəzərdə tutur. Çünki Allah-taala səhabələr haqda da belə buyurmuşdur: “Allah sizi pak-pakizə qərar vermək, nemətini sizə tam çatdırmaq istəyir. Bəlkə, Onun nemətləri müqabilində şükür edəsiniz!”1

Təəssüflər olsun ki, təəssübkeşlik odu şölə çəkib alovlandıqda, hər şeyi bürüyüb külə döndərir. Qurani-kərimdə Bədr müharibəsi haqda belə bir ayə yoxdur və həmin müharibə ilə əlaqədar nazil olan ayə yalnız budur:

وَيُنَزِّلُ عَلَيْكُم مِّن السَّمَاء مَاء لِّيُطَهِّرَكُم بِهِ وَيُذْهِبَ عَنكُمْ رِجْزَ الشَّيْطَانِ

Allah sizi pak-pakizə etmək və Şeytanın çirkinliyindən təmizləmək üçün səmadan sizə yağış endirdi!”2

Aydındır ki, bu ayə Bədr müharibəsi zamanı yağışın yağması müsəlmanların ehtiyaclarının ödənməsi, onların qüsl və dəstəmaz almaları ilə bağlıdır və bunun bizim mövzumuza heç bir aidiyyatı yoxdur. Lakin təəssübkeş alim bütün səhabələrin pak və günahsız olduğunu sübut etmək üçün ayənin əvvəlinə diqqət yetirmədən, yalnız “li-yutəhhirəkum” (sizi təmizləmək üçün) felini əsas götürür. “Və lakin yuridu li-yutəhhirəkum...” (Allah sizi pak-pakizə qərar vermək, nemətini sizə tamamlamaq istəyir. Bəlkə, Onun nemətləri müqabilində şükür edəsiniz!) cümləsi isə Bədr döyüşçülərinə aid deyil və qüsl, dəstəmaz və təyəmmüm ayəsinin davamıdır. Məlum olduğu kimi, İslamda qüsl, dəstəmaz və təyəmmüm də paklıq nişanəsidir. Həmin təfsir aliminin bu ayəni “Bədr” döyüşü ilə əlaqələndirməsi, qüsl, dəstəmaz və təyəmmümlə bağlı məsələni “ismət və günahsızlıq” bəhsi ilə qarışdırması çox maraqlıdır!

Başqa bir sual yarana bilər ki, əgər ayə beş nəfərin ismət və günahsızlığına aiddirsə, nə üçün “yuridu” (istəyir) feli indiki zaman formasında işlədilmişdir? Əgər onlar məsumdurlarsa, nə üçün “Allah əzəldən sizin pak olmağınızı istəmişdir” yox, “Allah sizin pak olmağınızı istəyir” buyurulmuşdur?1

Əgər bu irad Quran ayələrində işlədilən “yuridu” (istəyir) ifadəsi ilə birgə araşdırılsa, əsla şübhə yeri qalmaz. Çünki Quranın əksər ayələrində bu söz keçmişdən indiyə, indidən gələcəyə qədər zamanı bütünlüklə əhatə edir. Başqa sözlə, keçmiş, indiki və gələcək zamanlar hər üçü bu sözlə ifadə olunur və aşağıdakı ayələr buna sübutdur:

وَمَا اللّهُ يُرِيدُ ظُلْمًا لِّلْعَالَمِينَ

Allah aləmlərə əsla zülm etmək istəmir!”2



َ يُرِيدُ اللّهُ بِكُمُ الْيُسْرَ وَلاَ يُرِيدُ بِكُمُ الْعُسْرَ

Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir!”3



يُرِيدُ اللّهُ أَن يُخَفِّفَ عَنكُمْ

Allah üzərinizdə olan çətinliyi asanlaşdırmaq istəyir!”1

Şübhəsiz ki, bu ayələrdə Allah-taalanın keçmişdə zülm etməsi, insanların çətinlikdə olmasını istəməsi və sonradan öz qərarından dönüb, onun əksinə çıxması nəzərdə tutulmur. Əksinə, bu ayələrdə Allah-taalanın istəyi bütün zamanları əhatə edir. Qurani-kərimdə şeytan haqda belə buyurulur:

وَيُرِيدُ الشَّيْطَانُ أَن يُضِلَّهُمْ ضَلاَلاً بَعِيدًا

Şeytan onları çox uzaq olan bir azğınlığa sürükləmək istəyir!”2



إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء فِي الْخَمْرِ وَالْمَيْسِرِ

Şübhəsiz ki, şeytan şərab və qumarla aranıza ədavət və kin-küdurət salmaq istəyir!”3



بَلْ يُرِيدُ الْإِنسَانُ لِيَفْجُرَ أَمَامَهُ

Lakin insan bundan sonra da günah etmək, pis işlər görmək istəyir!”4

Bu ayələrdə də şeytanın insanları azğınlığa sürükləməsi, yaxud şərab və qumarla onların arasında ədavət və kin yaratması bütün zamanlara aiddir. Üçüncü ayədə buyurulduğu kimi, nankor insan həmişə günah və çirkin işlərə meyllidir və buna görə də qiyamət gününü danır.

Qurani-kərimdə “yuridu” (istəyir) felinin bütün zamanlara aid olmasını göstərən yuxarıdakı altı ayədən əlavə, (müddəamızı təsdiqləyən) ayələr də var. Beləliklə, “Təthir” ayəsi Allahın istək və iradəsinin bütün zamanlara aid olduğunu, “Kisa” əhlinin, məsum imamların həmişəlik paklığını göstərir.

***


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin