Günah lüğət elmində


-“QƏDİR-XUM” HƏDİSİNİ TƏSDİQ EDƏN DİGƏR AYƏLƏR



Yüklə 3,25 Mb.
səhifə25/61
tarix24.05.2018
ölçüsü3,25 Mb.
#51217
1   ...   21   22   23   24   25   26   27   28   ...   61

2-“QƏDİR-XUM” HƏDİSİNİ TƏSDİQ EDƏN DİGƏR AYƏLƏR


“Məaric” surəsinin başlanğıcında buyurulur:

سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ لِّلْكَافِرينَ لَيْسَ لَهُ دَافِعٌ مِّنَ اللَّهِ ذِي الْمَعَارِجِ

Bir nəfər vaqe olacaq əzab barədə soruşdu. O əzab kafirlərə məxsusdur və onu dəf edə biləcək bir kimsə yoxdur. O əzab yüksək dərəcələr sahibi olan (mələklərini göylərə qaldıran) Allah tərəfindəndir!”3

Bir çox təfsirçilər və hədis raviləri bu ayələrin nazil olma səbəbi barədə belə demişlər:

İslam peyğəmbəri (s) imam Əlini (ə) “Qədir-Xum”da xəlifəliyə seçib ( مَنْ كُنْتُ مَوْلاهُ فَعَلِىٌّ مَوْلاهُ )“Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır”, buyurandan sonra bu xəbər tez bir zamanda hər tərəfə yayıldı. Münafiqlərdən olan Nöman ibn Haris Fehri1 Peyğəmbəri-əkrəmin (s) hüzuruna gəlib dedi: “Sən bizə göstəriş verdin ki, Allahın yeganəliyinə, sənin peyğəmbərliyinə şəhadət verək. Biz də şəhadət verdik. Sonra bizə cihad, namaz, həcc və zəkatı əmr etdin. Onları da qəbul etdik. Yenə bunlarla kifayətlənməyib, nəhayət, bu cavanı (Əliyə (ə) işarə etdi) öz yerinə canişin təyin edərək dedin: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır!” Bu göstəriş özündəndir, yoxsa Allah-taala tərəfindən?”

Peyğəmbər (s) buyurdu: “Yeganə məbud olan Allaha and olsun ki, Allah tərəfindəndir!”

Bu vaxt Nöman ibn Haris üzünü döndərib dedi: “İlahi! Əgər bu söz haqq və Sənin tərəfindəndirsə, onda bizim başımıza bir daş endir!” Elə bu zaman birdən səmadan bir daş düşüb, onun başını yardı və qeyd etdiyimiz ayələr nazil oldu.

Bu rəvayət “Məcməül-bəyan” kitabında Əbül-Qasim Həskanidən nəql olunmuşdur.2 Uyğun rəvayəti əhli-sünnə təfsirçiləri də öz kitablarında, o cümlədən, Qurtubi (öz təfsirində), Alusi (“Ruhul-məani” kitabında) və Əbu İshaq Sələbi (öz təfsirində) azacıq fərqlə nəql etmişlər.3

Əllamə Əmini “Əl-qədir” kitabında bu rəvayəti otuz nəfər əhli-sünnə alimindən (mənbə və mətnləri ilə birlikdə), o cümlədən, Hələbinin “Sirə”, Həməvinin “Fəraidus-səmteyn”, Şeyx Məhəmməd Zərəndinin “Durərus-səmteyn”, Şəmsəddin Şafeinin “Əs-siracul-munir”, Süyutinin “Şərhu-camiis-səğir”, Hafiz Əbu Übeyd Hərəvinin “Təfsiru-ğəribil-Quran” və Əbu Bəkr Nəqqaşın “Təfsiru-şəfais-südur” kitablarından nəql etmişdir.

İmam Əlinin (ə) fəzilətlərini çarəsizlikdən və ikrahla qəbul edən təfsir və hədis alimlərindən bəziləri yuxarıdakı ayələrin nazil olma səbəbinə müxtəlif iradlar tutmuşlar. “Əl-mənar” kitabının müəllifi və digər əhli-sünnə alimləri qeyd etdiyimiz rəvayəti nəql etdikdən sonra belə iradlar irəli sürmüşlər:

Birinci irad: “Məaric” surəsi Məkkədə nazil olmuşdur. Belə isə, “Qədir-Xum" hadisəsi ilə necə uyğun gələ bilər?

Cavab: Bir surənin “məkki” (Məkkədə nazil olan) adlanması o demək deyil ki, onun bütün ayələri Məkkədə nazil olmuşdur. Qurani-kərimin bir sıra surələri məkki adlansa da, onların bəzi ayələri Mədinədə nazil olmuşdur. Eynilə bunun əksinə, “mədəni” (Mədinədə nazil olan) adlanan surələrin də bəzi ayələri Məkkədə nazil olmuşdur. Buna “məkki” adlanan “Ənkəbut” surəsini misal göstərmək olar. Halbuki Təbəri, Qurtubi və digər alimlərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Mədinədə nazil olmuşdur.1 Yaxud “Kəhf” surəsi “məkki” adlansa da, Qurtubi və Süyutinin öz kitablarında yazdıqlarına görə, onun ilk yeddi ayəsi Mədinədə nazil olmuşdur.2 Həmçinin bunun əksi olaraq, “mədəni” adlanan, lakin bəzi ayələri Məkkədə nazil olan surələrdən də “Mücadilə” surəsini misal göstərmək olar. Bəzi təfsirçilərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Məkkədə nazil olmuşdur.3 Bir sözlə, Qurani-kərimdə bəzi surələr vardır ki, Məkkədə, yaxud Mədinədə nazil olsa da, onların bir neçə ayəsi həmin şəhərdə nazil olmamışdır. “Məaric” surəsi də bu qəbildəndir.

İkinci irad: “Məaric” surəsinin ilk ayələrinin nazil olma səbəbi nəql olunan rəvayətdə göstərilir ki, Haris ibn Nöman “Əbtəh” adlı yerdə Peyğəmbərlə (s) görüşmüşdür. “Əbtəh” Məkkədə bir dərənin adıdır. Bu isə “Qədir-Xum” hadisəsi ilə uyğunlaşmır.

Cavab: Əvvəla, “əbtəh” sözü bütün rəvayətlərdə yox, bəzi rəvayətlərdə nəql olunmuşdur. İkincisi, “əbtəh” və “bətha” sözləri ümumiyyətlə, içərisində çınqıl daşları olan arxlara və qumsal yerlərə deyilir. Mədinədə və başqa məntəqələrdə belə yerlər az deyil. Maraqlıdır ki, ərəb ədəbiyyatında dəfələrlə buna işarə edilmişdir. O cümlədən, Şəhabəddinin Əhli-beytin (ə) şəninə söylədiyi məşhur şerlərində onların qatilləri ilə bağlı belə deyilir:
“Mələkna fəkanəl-əfvu minna səciyyətən,

Fələmma mələktum, salə bid-dəmi əbtəhu,

Və həlləltumu qətləl-usari və taləma,

Ğədəvna ənil-əsra nəfu və nəsfuhu.”


Qurduğumuz dövlətdə səciyyəmiz əfv idi

Sizsə hakim olandan, “əbtəh” qan ilə dolmuş!

Siz hətta keçmədiniz əsirlərin qanından,

Bizimsə güzəştimiz könüllərdə yer almış!”
Aydındır ki, Peyğəmbərin (s) Əhli-beytinin əksər övladları İraq, Kərbəla, Kufə və Mədinədə qətlə yetirilmişdir və Məkkədə yerləşən “Əbtəh” adlı məntəqədə qan tökülməmişdir. Bəli, Məkkədən təxminən, on fərsəx aralı yerləşən “Fəxx” məntəqəsində də şəhadətə yetənlər olmuşdur. Lakin “Əbtəh” məntəqəsi Məkkənin lap yaxınlığındadır.1

Şairlərdən başqa birisi şəhidlərin sərvəri imam Hüseyni (ə) bu sayaq mədh edir:


Və təinnu nəfsi lər-rübui və qəd ğəda,

Bəytun-nəbiyyi muqəttəul-ətnabi,

Bəytun li-alil-Mustəva fi Kərbəla,

Zərbuhu bəynə əbatihin və rəvabi.


“Mənim canım Peyğəmbərin (s) viran edilmiş evlərinin əsər-əlamətindən nalə edir. O cümlədən, Kərbəlada Peyğəmbərin (s) Əhli-beytindən bir ev “əbtəh”lərin və hündür təpələrin arasında bərpa edilmişdi.” (Burada “əbtəh” qumluq yerlər mənasındadır.)

İçərisində “əbtəh”, yaxud “əbatih” ifadələri olan və Məkkədəki müəyyən məntəqəyə aid olmayan şerlər çoxdur. Bir sözlə, “əbtəh” Məkkədə bir məntəqənin adı olsa da, onun ümumi mənası bir məntəqəyə məxsus deyil.



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin