Günah lüğət elmində


-ADƏM PEYĞƏMBƏRİN TÖVBƏSİ



Yüklə 3,25 Mb.
səhifə53/61
tarix24.05.2018
ölçüsü3,25 Mb.
#51217
1   ...   49   50   51   52   53   54   55   56   ...   61

4-ADƏM PEYĞƏMBƏRİN TÖVBƏSİ


“Bəqərə” surəsinin 37-ci ayəsində buyurulur:

فَتَلَقَّى آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ

Adəm (tərki-övladan, qadağan olunmuş ağaca yaxınlaşdıqdan sonra) öz Rəbbindən müəyyən kəlmələr öyrəndi, onların vasitəsilə tövbə qıldı və Allah onun tövbəsini qəbul etdi. Allah tövbələri qəbul edən və mərhəmətlidir!”

Allahın Adəmə (ə) tövbə üçün öyrətdiyi “kəlmələr”in nədən ibarət olması ilə bağlı təfsirçilər arasında müxtəlif rəylər var. Bəzi təfsirçilərin əqidəsinə görə, bu kəlmələr “Əraf” surəsinin 23-cü ayəsindəkilərdir: “(Adəm və Həvva) dedilər: “İlahi! Biz özümüzə zülm etdik. Əgər Sən bizi bağışlamasan və bizə rəhm etməsən, mütləq ziyankarlardan olarıq.”

Bəzilərin nəzərincə, bunlar dualar, raz-niyazlar, o cümlədən, balığın qarnında həbs edilən Yunis peyğəmbərin duasından ibarətdir: “Ey mənim Rəbbim! Həqiqətən, mən özümə zülm etdim, məni bağışla. Çünki Sən bağışlayanların ən yaxşısısan!...”

Lakin Peyğəmbəri-əkrəm (s)-dən, yaxud səhabələrdən nəql olunan müxtəlif rəvayətlərdə bu “kəlmələr”in Allah-taalanın Məhəmməd (s), Əli, Fatimə, Həsən və Hüseynin (ə) haqqına and verilməsi kimi şərhləri gözə dəyir.

Süyuti Əd-durrul-mənsur” kitabında bu ayənin təfsiri ilə bağlı İbn Abbasdan belə nəql edir: “Mən Peyğəmbəri-əkrəmdən (s) soruşdum: Adəm peyğəmbərin Allahdan öyrəndiyi və onun vasitəsilə tövbə etdiyi “kəlmələr” nə idi? Peyğəmbər (s) buyurdu: “O, Allahı Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseynin haqqına and verərək tövbə etdi və Allah da onun tövbəsini qəbul etdi.” 1

Yenə orada imam Əlidən (ə) belə nəql olunur: “Mən Peyğəmbəri-əkrəmdən (s) bu ayənin təfsirini soruşdum, Həzrət buyurdu: “...Allah Adəmə öyrətdi ki, belə desin:

اَللّهُمَّ اِنِّى اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، سُبْحانَكَ لا اِلهَ اِلاّ اَنْتَ عَمِلْتُ سُوءً وَظَلَمْتُ نَفْسِى فَاَغْفِرْلِى اِنَّكَ اَنْتَ الْغَفُورُ الرَّحِيمُ، اَللّهُمَّ اِنِّى اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، سُبْحانَكَ لا اِلهَ اِلاّ اَنْتَ عَمِلْتُ سُوءً وَظَلَمْتُ نَفْسِى فَتُبْ عَلَىَّ اِنَّكَ اَنْتَ التَّوّابُ الرَّحِيمُ فَهؤُلاءِ الْكَلِماتُ الَّتِى تَلَقَّى آدَمُ:

İlahi! Mən Səni Məhəmməd və ali-Məhəmmədin haqqına and verirəm. Sən pak və münəzzəhsən, Səndən başqa heç bir məbud yoxdur. Mən pis iş görüb özümə zülm etdim, məni bağışla. Həqiqətən, Sən bağışlayan və mərhəmətlisən. İlahi! Mən Səni Məhəmməd və ali-Məhəmmədin haqqına and verirəm, Sən pak və münəzzəhsən, Səndən başqa heç bir məbud yoxdur. Mən pis iş görüb özümə zülm etdim, mənim tövbəmi qəbul et. Həqiqətən, Sən tövbələri qəbul edən və mərhəmətlisən.” Adəmin Allahdan öyrəndiyi “kəlmələr” bunlardan ibarət idi!”2

Bu rəvayətdən açıq-aydın başa düşülür ki, bu üç təfsir arasında ziddiyyət yoxdur. Ola bilər ki, onların hər biri Adəm peyğəmbərə öyrədilmişdir. Adəm də onların həqiqətini, dolğun məna və batinini duymaqla onda kamil ruhi dəyişiklik baş vermiş, Allah-taalanın lütf və mərhəmətini qazanmışdır.

İbn Məğazili “Mənaqib” kitabında Səid ibn Cübeyrin İbn Abbasdan belə nəql etdiyini yazır: “Peyğəmbəri-əkrəmdən (s) Adəmin Allah-taaladan öyrəndiyi “kəlmələr” barəsində soruşulduqda, Həzrət buyurdu:



سَئَلَهُ بِحَقِّ مُحَمَّدٍ وَعَلِىٍّ وَ فاطِمَةَ وَالْحَسَنِ وَالْحُسَيْنِ اِلاّ ما تُبْتَ عَلَىَّ فَتابَ عَلَيْهِ:

O, Allahı Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseynin haqqına and verərək tövbəsinin qəbul olunmasını istədi və Allah da onun tövbəsini qəbul etdi.” 3

Əllamə Qunduzi “Yənabiul-məvəddət”, Beyhəqi “Dəlailun-nubuvvət”, Bədəxşi “Miftahun-nəcah”, Abdullah Şafei “Mənaqib” kitablarında da bu hədisi nəql etmişlər.4 Əksər kitablarda bu hədisin sonu İbn Abbasa gedib çıxsa da, onun ravisi təkcə o deyil. Çünki “Əd-durrul-mənsur”da Deyləminin “Müsnədül-firdovs” kitabından nəql edilən bu hədisin sənədi imam Əliyə (ə) yetişir. Əli (ə) buyurur: “Peyğəmbəri-əkrəmdən (s) bu ayə (“kəlmələr”in nəyə işarə olunduğu) haqda soruşdum... Həzrət (s) buyurdu: “Allah-taala Adəmə tövbəsinin qəbul olunması üçün Məhəmməd və ali-Məhəmmədin haqqını and verməyi öyrətdi.”1

Bu haqda həm şiə, həm də əhli-sünnə mənbələrində imam Sadiqdən (ə) də müxtəlif sənədli rəvayətlər nəql olunmuşdur.

Əhli-beytin (ə) fəzilətlərini bəyan edən bu hədislərin üstündən gözüyumulu keçmək olmaz. Adəm peyğəmbərin tövbə etməsi və bağışlanması üçün Allah tərəfindən əmr olunur ki, Allahı Məhəmməd (s) və ali-Məhəmmədin (ə) haqqına and versin! Bu məqam Əhli-beytdən (ə) başqa kimsəyə aid olmayan, məhz onlara məxsus çox böyük məqamdır. Belə bir şəraitdə, imamət və xilafət məqamına onlardan başqasını layiq bilmək olarmı?! Bu fəzilətlər göstərir ki, imamət və vilayət Peyğəmbərin (s) sülaləsi və Əhli-beytində qiyamət gününə qədər davam edəcək və bu təəccüblü deyil!

***

5-ƏN YAXŞI ƏMƏL


“Nəml” surəsinin 89-cu ayəsində buyurulur:

مَن جَاء بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِّنْهَا وَهُم مِّن فَزَعٍ يَوْمَئِذٍ آمِنُونَ

Hər kəs həsənə ( saleh iş) görsə, onu bu əməldən də yaxşı bir mükafat gözləyəcək. Belələri o günün dəhşətli qorxusundan əmin-amanlıqda olarlar!”

Bu ayədəki “həsənə” (saleh iş) sözü geniş mənada bütün yaxşı əməllərə şamil olur. Yaxşı əməl sahibləri Allahın xas mükafatları ilə müjdələnirlər ki, onlardan ən mühümü qiyamət və məhşər gününün dəhşətindən amanda olmaqdır.

Bir çox rəvayətlərdə Peyğəmbərin (s) Əhli-beytinə məhəbbət bəsləmək ayədə qeyd olunan yaxşı əməlin xaricdə ən gözəl və bariz nümunəsi kimi göstərilir. Bu da o deməkdir ki, insanın onlara məhəbbət bəsləməsi qiyamət günü ən gözəl əmin-amanlığa səbəb olacaq.

“Şəvahidut-tənzil” kitabında uyğun ayənin təfsiri ilə bağlı bir neçə rəvayət nəql olunmuşdur. Orada yaxşı əməl Əhli-beytə (ə) məhəbbətlə əlaqələndirilmişdir. Əbu Abdullah Cədəli deyir ki, Əli (ə) mənə buyurdu: “İstəyirsənmi sənə “Hər kəs saleh iş görsə, onu bu əməldən də yaxşı bir mükafat gözləyəcəkdir” ayəsinin təfsirini deyim?” Dedim: “Bəli, sənə qurban olum!” Həzrət buyurdu: “Yaxşı əməl biz Əhli-beytə məhəbbət, pis əməl isə bizə kin-küdurət və ədavət bəsləməkdir!” Sonra Həzrət bu ayəni tilavət etdi.”1

Bu məzmun həmin kitabın 582 və 587-ci hədislərində vardır; bu fərqlə ki, 587-ci hədisdə belə buyurulur:



اَلا اُخْبِرُكَ بالسَّيِّئَةِ الّتِى مَنْ جاءَ بِها اَكَبَّهُ اللهُ عَلى وَجْهِهِ فِى نارِ جَهَنَّمَ، بُغْضُنا اَهْلَ الْبَيْتِ!

Sənə elə pis əməlin adını deyimmi ki, Allah-taala onu yerinə yetirən hər kəsi üzü üstə cəhənnəmə atacaqdır? O (pis əməl), Əhli-beytə kin-küdurət və ədavət bəsləməkdir.” Sonra Əmirəl-möminin Əli (ə) ikinci ayəni (“Nəml” surəsinin 90-cı ayəsini) tilavət etdi:



وَمَن جَاء بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ

Hər kəs pis iş görsə, cəhənnəm oduna üzü üstə atılar!”2

Başqa bir hədisdə Əbu Əmamə Bahili Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql edir:

اِنَّ اللهَ خَلَقَ الاَنْبِياءَ مِنْ شَجَرٍ شَتّى، وَخُلِقْنِى وَعَلِيّاً مِنْ شَجَرَةٍ واحِدَة، فَاَنَا اَصْلُها وَعَلِىٌّ فَرْعُها، وَالْحَسَنُ وَالْحُسَيْنُ ثِمارُها، وَ اََشْياعُنا اَوْراقُها، فَمَنْ تَعَلَّقَ بِغُصْنٍ مِنْ اَغْصانِها نَجا، وَمَنْ زاغَ هَوى، وَلَوْ اَنَّ عَابِداً عَبَدَاللهَ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، ثُمَّ لَمْ يُدْرِكْ مَحَبَّتَنااَكَبَّهُ اللهُ عَلَى مِنْخَرَيْهِ فِى النّارِ:

Allah-taala peyğəmbərləri müxtəlif ağaclardan (köklərdən), məni və Əlini isə bir ağacdan yaratdı. Mən o ağacın kökü, Əli budağı, Həsən və Hüseyn meyvələri, şiələrimiz isə yarpaqlarıdır. O ağacın budaqlarının birindən yapışan şəxs nicat tapar, onlardan üz döndərən isə süqut edər. Əgər bir abid Allaha min il, daha min il,bir daha min il ibadət etsə, lakin bizə məhəbbət bəsləməsə, Allah-taala onu üzü üstə cəhənnəmin oduna atar!”1

Əllamə Qunduzi birinci hədisi imam Əlidən (ə) nəql edərək, onu Həzrətin bu sözü ilə sona yetirir: “Yaxşı əməl bizə məhəbbət, pis əməl isə bizə kin-küdurət və ədavət bəsləməkdir!” 2

Yenə həmin kitabda İbn Kəsirdən imam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: “Hər kəs yaxşı iş görsə, onun müqabilində on bərabər mükafat verilər” ayəsi bütün müsəlmanlar üçün, “Hər kəs yaxşı iş görsə, onu bu əməldən də yaxşı bir mükafat gözləyir. Belələri o günün dəhşətli qorxusundan amanda olar” ayəsi isə yalnız vilayəti qəbul etmək və bizə (Peyğəmbərin (s) Əhli-beytinə) məhəbbət bəsləməyin mükafatıdır!”3

Bir qrup təfsir və hədis alimi bu ayənin təfsirində Əhli-beytə (ə) məhəbbəti böyük “həsənə” və yaxşı əməl kimi qeyd etməsə də, “Şura” surəsinin “Kim yaxşı iş görsə, onun yaxşılığının savabını artırarıq”4 ayəsinin təfsirində uyğun məzmunda hədislər nəql etmişdir. Məsələn, Süyuti “Əd-durrul-mənsur” kitabında İbn Əbi Hatəmdən İbn Abbasın bu ayənin təfsirində belə dediyini nəql edir: “Bu ayədəki yaxşı əməldə məqsəd Məhəmmədin (s) Əhli-beytini sevməkdir!”5

Alusi “Ruhul-məani” kitabında bu ayənin (“Şura”, 23) təfsirində (“həsənə”də məqsədin Əhli-beytə (ə) və Peyğəmbərin (s) yaxın adamlarına məhəbbət olduğunu bildirən bəzi təfsir alimlərinin nəzərlərini və bunun İbn Abbas və Südeydən nəql olunduğunu qeyd etdikdən sonra) yazır: “Peyğəmbərin (s) Əhli-beytini sevmək ən böyük həsənə və yaxşı əməldir.1

Buna oxşar hədislər başqa kitablarda da nəql olunmuşdur. Biz isə qeyd olunanlarla kifayətlənirik. Bu bəhsi də Əhli-beytin (ə) məhəbbətini qiymətləndirən bir hədislə sona yetiririk. (Əlbəttə, bu hədis bəhs etdiyimiz ayənin təfsirində nəql olunmamışdır.)

Şəblənci “Nurul-əbsar” kitabında Peyğəmbəri-əkrəmdən (s) (öz etirafına görə, səhih və doğru olan) belə bir hədis nəql edir:



وَاللهِ لا يَدْخُلُ قَلْبَ رَجُلٍ، اَلْاِيمانَ حَتّى يُحِبَّهُمْ اَهْلَبَيْتِى لِقَرابَتِهِمْ مِنِّى:

Allaha and olsun! Mənim Əhli-beytimi onların mənimlə yaxınlığına görə sevməyən şəxsin qəlbinə iman daxil olmaz.”2

Bunu da qeyd edirik ki, sadə məhəbbət və sevgi qiyamət gününün dəhşətli qorxusundan kiməsə əmin-amanlıq verə bilməz, əsla imanın şərtlərindən sayılmaz. Bu ifadələr açıq-aydın göstərir ki, Əhli-beytin sevgisi, sözsüz, din və nübüvvətin davamı, imanın qorunub-saxlanılmasını təmin edən imamət və vilayət əsası ilə əlaqədardır.

***


Qeyd etdiyimiz bütün ayə və rəvayətlərdən aydın başa düşülür ki, Peyğəmbərin (s) Əhli-beyti, xüsusilə Əli ibn Əbi Talib, Fatimeyi-Zəhra, Həsən və Hüseyn (ə) yüksək məqama malikdirlər; onları sevmək risalət və peyğəmbərliyə hörmət, onlara salavat göndərmədən qılınan namaz batildir. Onlar “sirati-müstəqim” (doğru yol) və Adəm peyğəmbərin tövbə üçün Allahdan öyrəndiyi müqəddəs adlar və sözlərdir. Bəli, bu böyük fəzilətlərə malik olan, həm şiə, həm də əhli-sünnənin məşhur rəvayətlərində böyük adla yad edilən kəslər başqaları ilə bərabər deyil. Onlara məhəbbət bəsləmək, şübhəsiz, Peyğəmbər (s) tərəfindən əsası qoyulan imamət və vilayətə doğru atılan ilk addımlardır. Onlar “səqəleyn” kimi “mütəvatir” rəvayətlərdə Qurani-kərimlə yanaşı durur. Həm onlar, həm də Qurani-kərim nicat gəmisi kimi tanıtdırılır. Bu sülalə qiyamət gününə qədər İslam ümməti arasında yaşayacaqdır və müsəlmanların onlara sığınmaları labüddür. Onlar nicat gəmisi, parlaq ulduz, hidayət çıraqları və fəzilət dəryasıdırlar.

Bəli, bizim əqidəmizə görə, Qurani-kərimdə Əhli-beytin (ə) fəzilətlərinə dair bir çox işarələr var və bu nöqtələr, Peyğəmbəri-əkrəmin (s) buyuruqları ilə bütün müsəlmanlara elan edilmişdir. Müsəlmanlar da Peyğəmbərə (s) itaət etməli, təəssübkeşlikdən əl çəkərək nicat yolunu seçməli, yəni həzrətin Əhli-beytinə sarılıb, onların hidayət və rəhbərliyi ilə son məqsədə, səadət və təkamülə çatmalıdırlar. Bu qədər işarə və açıq-aşkar bəyanları, mötəbər sənədləri görməməzliyə vuranlar, yaxud Quranı öz şəxsi rəyi ilə təfsir edib hər tərəfə yozanlar qiyamət günü cavab verə bilməyəcəklər!

***


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin