Günah lüğət elmində



Yüklə 3,25 Mb.
səhifə13/61
tarix24.05.2018
ölçüsü3,25 Mb.
#51217
1   ...   9   10   11   12   13   14   15   16   ...   61

BİR İNCƏLİK


Burada mühüm bir məsələyə də qısaca işarə edir, onun geniş izahını gələn bəhslərə saxlayırıq. Şiə və sünni mənbələrində nəql olunan rəvayətlərin çoxunda on iki imamın adı Əhli-beyt məktəbinin qəbul etdiyi kimi göstərilmişdir. Bəzisində isə yalnız onların birincisi (imam Əli (ə) və axırıncısının (imam Mehdinin (ə)); “Əvvəluhum Əliyyun və axiruhum Məhdiyy!” “Onların birincisi Əli, sonuncusu isə Mehdidir!”) adları çəkilmiş, bəzilərində də üçüncü imam həzrət Hüseynin (ə) adına işarə olunmuşdur. O həzrət barəsində Peyğəmbəri-əkrəmdən (s) belə nəql olunmuşdur:

هذا اِبْنِى اِمامٌ، اِبْنُ اِمامٍ، اَخُ اِمامٍ، اَبُوا اَئِمَّةٍ تِسْعَةٍ:

Mənim bu övladım (Hüseyn (ə)) imam, imam övladı, imam qardaşı və doqquz imamın atasıdır!”2

Hətta bu hədisdə də on iki imama işarə edilmişdir.

YER ÜZÜ İLAHİ HÖCCƏTSİZ QALMAZ


Rəvayətlərdə təkidlə vurğulanan məsələlərdən biri də yer üzünün ilahi höccətsiz qalmamasıdır. Əhli-beyt imamlarından bizə gəlib çatan çoxlu rəvayətlərdə bu məsələyə dəfələrlə toxunulmuş və yer üzünün imamsız (yaxud peyğəmbərsiz), ümumiyyətlə, ilahi höccətsiz qalmayacağı göstərilmişdir. “Üsuli-kafi” kitabının iki bölümü bu məsələyə həsr edilmişdir: bir bölümdə “İnnəl-ərzə la təxlu min höccətin” (Həqiqətən, yer üzü höccətsiz qalmaz!) adı ilə imam Baqir (ə), imam Sadiq (ə), imam Riza (ə) və digər imamlardan on üç rəvayət, ikinci bölümdə isə “İnnəhu ləv ləm yəbqə fil-ərzi rəculani lə-kanə əhəduhuməl-höccətə” (Həqiqətən, yer üzündə yalnız iki nəfər insan qalsa, onların biri ilahi höccətdir!) adı ilə beş rəvayət qeyd edilmişdir.1 Aşağıda hər iki bölümün bəzi rəvayətlərinə işarə edəcəyik:

İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur:



اِنَّ الْاَرْضَ لا تَخْلُوا اِلاّ وَفِيها اِمامٌ كَيْما اِنْ زادَ الْمُؤمِنُوا شَيْئاً رَدَّهُمْ وَاِنْ نَقَصُوا شَيْئاً اَتَمَّهُ لَهُمْ:

Yer üzü heç vaxt imamsız qalmaz; əgər möminlər (səhvən ilahi təlimlərdə) bir şeyi artırsalar, onların qarşısını alar, əgər bir şeyi azaltsalar, onu bərpa edər.2

Həzrətdən nəql olunan başqa bir hədisdə buyurulur: “Allah-taalanın yer üzünü ədalətli bir imamsız qoyması qeyri-mümkündür!”3

Hətta bəzi hədislərdə göstərilir ki, əgər yer üzü bir an belə imam və ilahi höccətsiz qalsa, zəlzələ baş verər və yer əhlini özünə çəkər.4

İmam Sadiqin (ə) buyurduğu bir hədis belədir:

لَوْ كانَ النّاسُ رَجُلَيْنِ لَكانَ اَحَدُهُما الْاِمامُ:

Əgər dünyada yalnız iki nəfər qalsa, onların biri mütləq imamdır!”

Başqa bir hədisdə isə belə buyurulmuşdur:



وَاِنَّ آخِرُ مَنْ يَمُوتُ اَلْاِمامُ

Həqiqətən, (dünyada) hamıdan axırda ölən şəxs imam olacaq!”5

“Üsuli-kafi” kitabında nəql olunan on səkkiz rəvayətlə yanaşı “Nəhcül-bəlağə”də buna aydın işarə edilmiş, imam Əlinin (ə) Kumeyl ibn Ziyada buyurduğu mühüm bəyanatında belə göstərilmişdir:

اَللّهُمَّ بَلى لا تَخْلُوا الْاَرْضُ مِنْ قائِمٍ لِِلّهِ بِحُجَّةٍ، اِمّا ظاهِراً مَشْهُوراً وَاِمّا خائِفاً مَغْمُوراً، لِئَلاّ تَبْطُلَ حُجَجُ اللهِ وَبَيِّناتُهُ:

Yer üzü heç vaxt (dinin dayağı olan) ilahi höccətsiz qalmaz. Mümkündür o, aşkara çıxıb tanınsın, ya da qeybdə qalaraq məxfi dolansın. Səbəbi budur ki, Allahın dəlil və aydın nişanələri aradan getməməli, həmişə yer üzündə mövcud olmalıdır!”6

Mərhum Əllamə Məclisi “Biharul-ənvar” kitabının 23-cü cildinin “Əl-iztiraru iləl-höccəti” (İlahi höccətin vücudunun zəruriliyi) bölümündə bu məsələ ilə əlaqədar on səkkiz hədis nəql etmişdir ki, onların bir qismini “Üsuli-kafi”dən, çox hissəsini də digər kitablardan nəql etmişdir.1

Beləliklə, hər bir əsr və dövrdə yer üzü ilahi höccətsiz deyildir və bu məsələ Əhli-beyt (ə) məktəbinin qəti etiqadlarındandır. Hətta imam Kazimdən (ə) nəql olunan bir hədisdə belə buyurulur: “Yer üzü bir göz qırpımınca ilahi höccətsiz qalmayacaq - istər aşkar tanınsın, istərsə də gizli yaşasın!”2

***

İLAHİ HÖCCƏTİN ZƏRURİLİYİNƏ AİD QURAN AYƏLƏRİ VƏ MƏNTİQİ DƏLİLLƏR


Yuxarıda qeyd edilən rəvayətlər əqli sübutlarla da uyğundur. Çünki bəhsimizin əvvəlində hər bir əsr və dövrdə bir imam, yaxud bir peyğəmbərin vücudunun zəruriliyini göstərdik. Onların vücudu olmayan təqdirdə fitnə-fəsadla əlaqədar “lütf qanunu”3 yer kürəsində iki nəfər qalsa belə həmişə öz qüvvəsindədir.

“Lütf qanunu”nda belə deyilir: “İnsanı səadət və təkamülə yetirmək məqsədilə yaradan, onun boynuna müəyyən vəzifələr qoyan Xaliqə onun hidayət və tərbiyəsi ilə əlaqədar qabaqcadan bir sıra hazırlıq görmək və o yüksək hədəfə nail olmaq üçün onun ixtiyarına kifayət qədər vəsait vermək vacibdir. Əgər O, belə etməzsə, məqsədində nöqsana yol vermiş olar. Halbuki mütləq hikmət sahibindən heç vaxt belə bir iş gözlənilmir!”

Şübhəsiz, insan yalnız əql, yaxud adi rəhbərin varlığı ilə xəta, səhv və günahlardan qoruna bilməz. Başqa sözlə, insan tək özü həmin məqsədə, ilahi itaət və əbədi səadətə nail ola bilməz. Hətta bu zərurətdən əlavə, ilahi elmə yiyələnən, xəta, səhv və günahdan uzaq olan örnəyə də möhtacdır ki, haqq qəti aydınlaşsın və həqiqət yolu bilinsin.

Bu dəlil hər bir əsr və dövrə, böyük və kiçik, hətta iki nəfərdən ibarət qrupa da aiddir. Buna əsasən, yer kürəsində yalnız iki nəfər qalsa belə, onlardan biri ya məsum imam, ya da ilahi peyğəmbər olmalıdır.

Ümumiyyətlə, əvvəlki hədislərə əsasən, insanları səadət və təkamül məqsədilə yaradan Allahın onlara düzgün yolu göstərməməsi pak və uca məqamından çox uzaqdır. Bu məna Qurani-kərimin bir sıra ayələrində də gözə çarpır.

“İnnəma əntə munzirun və li-kulli qovmin hadin!” (Ya Peyğəmbər! Sən yalnız qorxudansan və hər tayfanın bir rəhbəri, hidayət edəni vardır!)1 ayəsi göstərir ki, bütün dövrlərdə hər tayfa və qövmün bir hidayətçisi vardır. (Burada hidayətçidən məqsəd, xəta və günahdan uzaq olan şəxsdir.) İmam Baqirdən (ə) bu ayənin təfsiri ilə əlaqədar nəql olunan bir hədisdə belə buyurulur:



...وَ فِى كُلِّ زَمانٍ اِمامٌ مِنّا يَهْدِيهِمْ اِلى ما جاءَ بِهِ رَسُولُ اللهِ (ص):

...Hər bir dövrdə bizim aramızdan insanlara Peyğəmbəri-əkrəmin (s) gətirdiklərinə yönəldən bir imam vardır!”2

“Nəhcül-bəlağə”də buyurulan rəvayətdə də məntiqli bir dəlil var. İmamın vəzifələrindən biri Peyğəmbər irsi və ilahi təlimlərin əsaslarını təhriflərdən qoruyub-saxlamaqdır. Başqa sözlə, əgər yer üzündəki bütün insanları kafir fərz etsək, yenə də ilahi təlimləri və peyğəmbərin irsini qoruyan bir kəsin varlığı zəruridir. Bu irs hidayət proqramı kimi gələcək nəsillərə çatdırılmalıdır. Qurani-kərimdə buyurulduğu kimi, ilahi höccətlər, Allahın dəlil və aydın nişanələri məhv olmamalıdır.

Burada artıq “ümumi vilayət”lə əlaqədar bəhsi sona yetirir və diqqətinizi imamın şərtləri və xüsusiyyətlərinə yönəldirik:




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin