Günah lüğət elmində


"ULİL-ƏMR" (ƏMR SAHİBLƏRİ) AYƏSİ



Yüklə 3,25 Mb.
səhifə7/61
tarix24.05.2018
ölçüsü3,25 Mb.
#51217
1   2   3   4   5   6   7   8   9   10   ...   61

"ULİL-ƏMR" (ƏMR SAHİBLƏRİ) AYƏSİ


Bu ayədə Allaha, Peyğəmbərə və əmr sahiblərinə tabe olmağın vacibliyi vurğulanır:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ

"Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə tabe olun!"

Allah və Peyğəmbərə (s) tabe olmağın vacibliyi məlum məsələdir. Amma bu tabeçilikdə Allah və Peyğəmbərlə (s) yanaşı "ulil-əmr" kimdir? (əmr sahibləri) Bu barədə təfsirçilər arasında fikir ayrılığı mövcuddur.

Şiə və Əhli-beyt (ə) məktəbinin bütün alim və təfsirçilərinin yekdil nəzərinə əsasən, "əmr sahibləri" İslam ümmətinin maddi və mənəvi rəhbərləri olan məsum imamlara aiddir. Çünki Allah və Peyğəmbərə (s) itaətlə eyni səviyyədə zəruri sayılan itaət yalnız məsum imamlara itaət ola bilər. Lakin digərlərinə itaət həmişə müəyyən qeyd-şərtlə məhdudlaşır və onlara mütləq itaət əsla mövcud deyil.

Halbuki sünni alim və təfsirçilər arasında "əmr sahibləri"nin kimliyi ilə bağlı böyük fikir ayrılığı mövcuddur. Bəziləri "səhabə"lərin, bəziləri "ordu sərkərdələri"nin, bəziləri də "dörd xəlifə"nin (raşidi xəlifələrin) nəzərdə tutulduğunu iddia edir, amma tutarlı bir dəlil göstərmirlər.

Başqa bir qrup isə "əmr sahibləri"ni alimlər mənasında yozmuş və "Nisa" surəsinin 83-cü ayəsinə istinad etmişlər:

وَإِذَا جَاءهُمْ أَمْرٌ مِّنَ الأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُواْ بِهِ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُوْلِي الأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنبِطُونَهُ مِنْهُمْ

"Onlara qələbə və ya məğlubiyyət xəbəri çatdıqda, dərhal (araşdırmadan) onu yayarlar. Halbuki bunu Peyğəmbərə və ya özlərindən olan əmr sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varanlar bilərdilər."

Hazırkı ayədə itaətin qeyd-şərtsiz göstərilməsi və "Nisa" surəsinin 83-cü ayəsinin hər hansı bir xəbərin araşdırılması barədə nazil olmasına diqqət yetirməklə iki fərqli məsələ qarşıya çıxır. Onları bir mənaya yozmaq olmaz. Bir şeyi araşdırmaq qeyd-şərtsiz itaətdən tam fərqlənir. İkinci yalnız məsumlar barədə təsəvvür olunur. Birinci isə daha geniş mənaya malikdir.

Bəzi sünni təfsirçiləri beşinci bir ehtimalla çıxış edirlər: "Əmr sahibləri"ndə məqsəd xalq nümayəndələri, hakimlər, rəislər, alimlər və müxtəlif vəzifə sahibləridir. Başqa sözlə, "sadiqlər"də məqsəd ixtilafları aradan qaldıran və camaatın işlərini tənzim edənlərdir. Onlar müəyyən bir məsələdə yekdil fikrə gəlsələr, onlara qeyd-şərtsiz itaət vacibdir, (bu şərtlə ki, ayədə "minkum" ifadəsinə əsasən, onlar bizdən olsun, Peyğəmbər (s) sünnəsinə qarşı çıxmasın, başqaları tərəfindən məcbur edilməsin, hamısı bir fikirdə olsun və həll olunan məsələ də ümumi məsələlərdən olsun). Onlara tabe olmaq müqəddəs şəriət tərəfindən dəlil göstərilənədək vacibdir. Bu zümrə məsum və günahsız olduğundan onlara qeyd-şərtsiz itaət etmək əmr olunmuşdur.1

Bütün bu təfsirlərə əsasən, "əmr sahibləri" beş şərtə malik alim, hakim və vəzifə sahiblərinə aid edilmişdir: 1) müsəlman olsun; 2) Peyğəmbər (s) sünnəsinə qarşı çıxmasın; 3) rəyində məcbur olmasın; 4) şəriətdə onların nəzərinə qarşı bir hökm olmasın; 5) yekdil qənaətə gəlsinlər. Onlar bu şərtlərə malik şuranı məsum və günahsız hesab edirlər.

Doğrudanmı, ayədə qeyd olunan "əmr sahibləri"ndə məqsəd budur? Görəsən, müsəlmanlar və Peyğəmbər (s) səhabələri bu ayəni eşitdikdə, yuxarıdakı mənanımı başa düşürdülər? Yoxsa bu məna xeyli zəhmətdən sonra ayəyə zorla qəbul etdirilmişdir ki, şiələrin qəlbən inandıqları məsum imamlar nəzərdə tutulmasın?!

Zahirən, "Əl-mənar" kitabının müəllifi bu ehtimalı Fəxri-Razidən götürmüşdür. Belə ki, Fəxri-Razi yazır: "Bizim nəzərimizcə, bu ayə («özünüzdən olan əmr sahibləri») ümmətin (yekdil fikrinin) höccət, mötəbər olmasına dəlildir! Allah-taala əmr sahiblərinə itaəti qeyd-şərtsiz əmr etdiyindən, onlar günahsız və xətadan uzaqdırlar. Əgər belə olmasaydı, xətaya yol verə biləcəkləri təqdirdə mütləq itaət əmrinə şübhə yaranardı. Xəta etdikləri zaman harama düşdükləri üçün bir işdə həm əmr, həm də qadağa qarşıya çıxı. Bu isə qeyri-mümkündür. Məlum olur ki, əmr sahiblərinə itaətin mütləq şəkildə qeyd edilməsi onların məsum və günahsız olduğunu göstərir."

Sonra əlavə edərək belə yazır: "Bu məsumlar ya ümmətin hamısı, ya da onların bir qismidir. İkinci ehtimal düzgün deyildir, çünki biz mütləq o qismi tanımalı və onlardan faydalanmalıyıq. Halbuki məsum imamı tanımaqda acizik. Buna əsasən, qeyd-şərtsiz itaəti vacib olan məsum şəxs bir fərd, yaxud müəyyən bir qrup yox, bütün ümmətdir."1

Fəxri-Razi, "Əl-mənar" kitabının müəllifi kimi şəxslərin bu ayəni heç bir səhabənin qəbul etmədiyi şəkildə təfsir etməsinin səbəbi onun Əhli-beyt məsumlarına aid edilməsilə əlaqədardır. Onlar əmr sahiblərinin məsum və günahsız olması aydın ikən müəyyən bir şəxsi məsum imam kimi qəbul etmək istəmir, səhabələrdən fərqli təfsirlərə əl atırlar.

Qəribədir ki, bəzi sünni təfsirçilərinin əqidəsinə görə, “əmr sahibləri”ndə məqsəd padşahlar, hakimlər və əmirlərdir. Müsəlmanlara hökmranlıq edən hər bir hakimə (istər ədalətli, istərsə də zülmkar, istər doğru, istərsə də azğın yolda olsun, istər Allaha itaətə dəvət etsin, istərsə də Ona qarşı çıxsın) itaət etmək vacibdir. Necə ki, "Əl-mənar" kitabının müəllifi üstüörtülü şəkildə belə yazır: "Bəziləri bu ayəyə görə, bütün hakimlərə itaəti vacib bilirlər."

Bundan da qəbahətlisi yuxarıdakı təfsirin sübutu üçün Peyğəmbəri-əkrəmə (s) aid edilən şübhəli və saxta rəvayətlərdir. Guya, bu rəvayətlərin birində Yezid Cofi Peyğəmbəri-əkrəmdən (s) "Ya Peyğəmbər, əgər haqqımızı əlimizdən alan, onu bizə qaytarmayan (zalım) hakimlər bizə rəhbərlik etsə, onda nə edək" soruşduqda, o həzrət buyurmuşdur: "Onların əmrinə qulaq asın və itaət edin!"2

Həmin kitabda qeyd olunan başqa bir rəvayətdə Əbuzərin belə dediyi nəql olunur:

اِنَّ خَلِيلِى اَوصانِى اَنْ اَسْمَعَ وَاَطِيعَ وَاِنْ كانَ عَبْداً مُجَدَّعُ الاَطْرافِ

"Mənim dostum (Peyğəmbər) mənə (hakim və əmirlər) əl-ayaq kəsən olsalar belə, tabe olmağı tövsiyə etdi."1 (Bəziləri hədisdə göstərilən “mücəddəul-ətraf” ifadəsini “əl-ayaq kəsən şəxs” deyil, “alçaq və çirkin ailədə dünyaya gələn şəxs” mənasında təfsir etmişlər.)

Şübhəsiz, əziz İslam peyğəmbərinin (s) əql və şəriətlə uyğun gəlməyən belə bir göstəriş verməsi qeyri-mümkündür. Halbuki o həzrətdən belə bir hədis nəql olunmuşdur:

لا طاعَة لِمَخْلوُقٍ فِى مَعْصِيَةِ الْخالِقِ

"Xaliqə qarşı günah edən məxluqa itaət etmək caiz deyil!"

Əbuzərin adından Peyğəmbərə (s) aid edilən hədislərin saxtalığına ən tutarlı dəlil Əbuzərin öz həyat tərzidir. O, həyatı boyu zülmkar, azğın hakim və əmirlərlə mübarizə aparmış, elə bu yolda da ömrünü başa vurmuşdur. Halbuki Peyğəmbərin (s) məqamı daha üstündür. Heç bir ağıllı insan xilafkar və zülmkar hakimə itaətin vacibliyini dilinə gətirməz. Xüsusilə, bu hədis həm şiə, həm də sünni alimləri arasında məşhurdur: "Xaliqə qarşı günah edən məxluqa itaət etmək caiz deyil!"2

Beləliklə, bu ayəni hər hansı mənaya yozmağa bir bəhanə yoxdur.

***


Burada daha iki irad qalır:

1. Əgər "əmr sahibləri"nin məfhumu məsum imamlara şamildirsə, bu cəm formasında işlənən "uli" (sahiblər) sözü ilə uyğun gəlmir. Çünki şiələrin əqidəsinə əsasən, məsum imam eyni dövrdə bir nəfərdən çox ola bilməz.

Cavab: Bu irada ötən bəhslərdə cavab verildi. Belə ki, eyni zamanda məsum imamın bir nəfərdən artıq olmaması doğrudur. Lakin ayə bütün zamanlara aid edildikdə məsum imamlar bir qrup təşkil edirlər. Ərəb dilində buna bənzər ifadələr çoxdur. Məsələn, "Əssəlamu əleykum və əla ərvahikum və əcsadikum" (Sizə, sizin ruh və cismlərinizə salam olsun!) deyən, kimsə bu salama irad tutub, “insan bir ruh və bir cisimdən ibarət olduğu halda, nə üçün ruh və cisim cəm formada işlənmişdir” demir. Çünki buradakı cəm forması onların məcmusuna işarədir.

Deməli, Peyğəmbəri-əkrəmin (s) hər dövrdə bir məsum canişini olmasına baxmayaraq, bütün zamanları nəzərə almaqla (onların sayı çox olduğundan) ayədə "əmr sahibləri" cəm formada işlədilmişdir.



2. Peyğəmbəri-əkrəmin (s) dövründə məsum imam olmadığından, ona itaət əmri necə mümkündür?

Cavab: Əgər bu ayə yalnız Peyğəmbəri-əkrəmin (s) öz dövrünə aid olsaydı, belə bir irad mümkün idi. Lakin onun bütün müsəlmanlar üçün qiyamət gününə qədər ümumi bir göstəriş olduğuna diqqət yetirdikdə bu şübhə aradan qalxır. Peyğəmbəri-əkrəmin (s) dövründə əmr sahibi o həzrətin özü, sonrakı dövrlərdə isə məsum imamlardır. Bu belə bir ifadəyə bənzəyir: "Peyğəmbər və onun canişinlərinə itaət etmək müsəlmanların vəzifəsidir!" Bu əmr canişinlərin məhz o həzrətin dövründə olduğunu göstərmir.

Qeydlərimizi şiə və sünni kitablarında bu ayənin təfsirində həzrət Əli (ə) və digər məsum imamlara aid gələn bir neçə hədisə qısa şəkildə işarə etməklə yekunlaşdırırıq.

Şeyx Süleyman Qunduzi Hənəfi "Yənabiul-məvəddət" kitabında Mücahidin təfsir kitabından belə nəql edir: “Allaha, Peyğəmbərə və sizlərdən olan əmr sahiblərinə itaət edin” ayəsi Əli (ə) barəsində nazil olmuşdur. Bu ayə nazil olarkən Peyğəmbəri-əkrəm (s) onu ("Təbuk" müharibəsində) Mədinədə öz canişini təyin etmişdi.

Həmçinin imam Əlidən (ə) belə nəql edir ki, o həzrət mühacir və ənsar1 qrupları ilə söhbət zamanı bu ayəni onlara dəlil gətirdikdə, onlar heç bir etiraz etməyib susdular.2

"Şəvahidut-tənzil" kitabında Hakim Həskaninin "əmr sahibləri"nin təfsiri ilə əlaqədar imam Əlidən (ə) belə bir hədis nəql olunmuşdur:

يا نَبِىَّ اللهِ مَنْ هُمْ؟ قالَ اَنْتَ اَوَّلُهُمْ

"Mən Peyğəmbəri-əkrəmdən (s) "Ya Peyğəmbər, onlar kimlərdir," deyə soruşduqda, o həzrət buyurdu: "Sən onların birincisisən!"1

Bu ayənin məsum imamlara aid olması ilə əlaqədar Əhli-beytdən (ə) çoxlu rəvayət nəql olunmuş, onların hər birində "əmr sahibləri"nin məsum imamlardan ibarət olduğu açıqlanmışdır.2


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin