TÖVRAT VƏ İNCİLİN TƏHRİF OLUNMUŞ HEKAYƏLƏRİNİN YAYILMASI
Beləcə, bir əsrə yaxın Peyğəmbəri-Əkrəm (s)-in buyuruq və hədislərinin yazılıb nəşr edilməsi qadağan olundu. Əsrin birinci rübündə hətta hədisi söyləmək belə, günah sayılırdı. Beləliklə, hədislər yalnız insanların sinələrində qalır və dünyasını dəyişən hər bir kəs bildikləri hədisləri özü ilə birlikdə qəbirə aparırdı. İslam dininə tabe olan görkəmli hədis raviləri Peyğəmbəri-Əkrəm (s)-in hədis və buyuruqlarını deməkdən məhrum və nəhy olunduqda, məsihi rahibi Təmim Dari və yəhudi Kə`bul-Əhbar5 kimilərə özlərinin təhrif olunmuş əqidə və hekayələrini, hədis və əhvalatlarını nəql etməyə icazə verildi. Təmim Dari Ömərin hökmranlığı dövründə xəlifənin təklifi ilə cümə namazının xütbələrindən öncə minbərə çıxıb, camaata söhbət edirdi. Osmanın dövründə onlar həftədə iki gün çıxış edirdilər.6 Onlar Peyğəmbəri-Əkrəm (s)-dən bir hədis belə eşitmədikləri üçün əməvilərin məzəmməti ilə bağlı bəyan olunan hədislərdən xəbərdar deyildilər. Əgər bu barədə bir şey eşitsəydilər də, onu demir və onun yerinə Qur`anın təfsiri ilə bağlı Tövrat və İncilin təhrif olunmuş əqidə və hekayələrini nəql edirdilər.
Bu minvalla, bir neçə müddətdən sonra müsəlmanlar arasında bir çox batil əqidələr yayıldı. Qur`an ayələrinin düzgün təfsiri təhrif olundu, yaxud gizli qalaraq, sonradan müsəlmanlar Peyğəmbəri-Əkrəm (s)-in hədislərinin yazılmasının əhəmiyyətini düşündükdə və qadağalar götürüldükdə, kitablarda İsrail oğullarının bir çox batil əqidə və düşüncələri, Peyğəmbəri-Əkrəm (s)-in hədis və sünnəsi ilə qarışdı, bə`zən onların ayırd edilməsi mümkün olmurdu. Bunlar müsəlmanlar arasında dərin inhiraf və azğınlıqlara səbəb oldu.
Dostları ilə paylaş: |