MƏNZİLƏT HƏDİSLƏRİ
Əli ibn Əbi Talib (ə)-ın, onun övladları, Peyğəmbəri-Əkrəm (s)-in Əhli-beytinin digər üzvləri və seçilmiş səhabələrinin fəziləti ilə əlaqədar Peyğəmbəri-Əkrəm (s)-in buyuruqları qeyd edilənlərdən olduqca çoxdur. İndi isə həm şiə, həm də sünnü kitablarında mövcud olan çoxlu hədislərin bir neçəsinə diqqət yetirək:
“Əlini sevmək iman, onunla düşmənçilik etmək isə nifaq nişanəsidir.”3
“Əli məndən, mən isə Əlidənəm.”4
“Əliyə məhəbbət bəsləmədən məni sevən kəs yalan danışır.”5
“Əli haqq ilə, haqq da Əli ilədir!”6
Aydındır ki, Əli ibn Əbi Talibin müxalif rəhbərliyi ilə müsəlmanlar arasında belə rəvayətlərin yayılması elə çətin deyildi. Əgər bu hədislər hər tərəfə yayılsaydı, xəlifə camaatın “nə üçün Əli (ə) xanənişin olmuşdur?” – deyə e`tirazlarına nə cavab verəcəkdi? Məhz bu səbəbdən də başqa bir yol yox idi ki, belə rəvayətlərin yayılması və yazılmasının qarşısı alınsın. Bəlkə də elə bu məqsədi nəzərə alaraq, əməvilər sülaləsinin xəlifəlik dövrünün bir qismində nəinki Əli (ə)-dan tərəfdarlıq etmək günah sayılır, həm də heç bir müsəlman övladına Əli adını qoya bilmirdi.
Görkəmli əhli-sünnə tədqiqatçılarından biri yazır:
“Bəni-Üməyyənin xəlifəlik dövründə Əli ibn Əbi Talibin fəzilətlərini aşkar etmək qəti qadağan idi. Hətta əgər bir kəs Əlidən din hökmləri ilə bağlı bir hədis nəql etmək istəsəydi, onun adını aşkar şəkildə çəkiməyə və “Əli belə dedi!” – deməyə cür`ət etmirdi. Əksinə deyirdi ki, Zeynəbin atasının belə buyurduğu nəql olunmuşdur. (O tədqiqatçı alim əlavə edərək yazır:) “Əgər Allahın lütf və mərhəməti olmasaydı, Əlinin fəzilət və əsərləri Bəni-Üməyyə xəlifərinin dözülməz işkəncə və həbsləri nəticəsində camaatın dilindən tamamilə düşəcək və yadlardan elə silinəcəkdi ki, sanki Allah-taala belə bir kəsi əsla yaratmamışdır.1
Dostları ilə paylaş: |