Günah lüğət elmində


Abbas və onun xanədanının Peyğəmbəri-Əkrəm (s)-in ən yaxın qohumu kimi tanınması



Yüklə 2,71 Mb.
səhifə117/163
tarix02.01.2022
ölçüsü2,71 Mb.
#9493
1   ...   113   114   115   116   117   118   119   120   ...   163

1. Abbas və onun xanədanının Peyğəmbəri-Əkrəm (s)-in ən yaxın qohumu kimi tanınması:


Əli (ə), Fatimeyi-Zəhra (ə.s) və onların övladlarından söz açmaq rəva görülmədiyi bir vaxtda, çarəsizlik üzündən Peyğəmbəri-Əkrəm (s)-in digər yaxın bir adamı tanıtdırılmalı idi. Burada ən yaxşı şəxs o həzrətin əmisi Abbas idi. O, hörmətli, mö`tədil və sakit bir şəxs idi. İkinci xəlifə əlaqəsini onunla genişləndirdi və onun əhli-əyalını haşimilər müqabilində gücləndirib, onların aylıq maaşlarını Bədr və Ühüd müharibələrində iştirak edənlərlə müqayisədə çoxaltdı və ona hər ay (yeddi, yaxud) on iki min misqal gümüş pul verirdi.1 Halbuki Abbas nəinki Bədr, Ühüd, Xəndək və Təbuk müharibələrində iştirak etməmiş, həm də düşmən və şirk qoşunundan idi ki, müsəlmanlar tərəfindən əsir tutuldu.

On səkkizinci hicri qəməri ilində Mədinədə qəhətlik və quruluq baş verdikdə, ikinci xəlifə Abbası “yağış” namazı qılmağa göndərdi ki, Allahdan yağış göndərməsini diləsin.2 Həmçinin xəlifə həmişə sə`y edirdi ki, Abbasın oğlu Abdullahı hər yerə özü ilə birgə aparsın.3 Bir dəfə də Abdullaha Həmsin valiliyini təklif etdi; bu şərtlə ki, xəlifədən sonra Əlinin xilafəti üçün öz mövqeyindən istifadə etməsin.4



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin