Günah lüğət elmində



Yüklə 2,71 Mb.
səhifə123/163
tarix02.01.2022
ölçüsü2,71 Mb.
#9493
1   ...   119   120   121   122   123   124   125   126   ...   163

Şamın fəth olunması


Əbu Bəkr orduları Şama e`zam etmək üçün əvvəlcə Xalid ibn Səd ibn Ası ordu sərkərdəsi seçdi. Lakin o, Əli ibn Əbi Talib (ə)-ın tərəfdarı olduğundan, Ömər ibn Xəttabın israrı ilə bu vəzifədən kənarlaşdırıldı və onun yerinə Əbu Übeydə Cərrah6, Əbu Süfyanın oğlu Yezid isə onun müavini seçildi. Bu iki sərkərdə, eləcə də Əmr ibn As Həms, Şam və Fələstinə doğru hərəkət etdilər. Müsəlmanlarla romalılar arasındakı qızğın müharibə ilə Əmr ibn As Fələstinə yerli hücum çəkib, oranı fəth edərək, Əbu Übeydə və Yezidin ordusuna qoşuldu. 13-cü h.q ilinin astanasında müsəlmanlarla Herqelin (Şərqi Romanın imperatoru Heraklyusun) qoşunları arasında müharibə üç ay davam etdi və hər dəfə Herqelin qoşunu məğlub olsa da, müharibənin nəticəsi mə`lum olmurdu. Elə bu zaman Əbu Bəkr, Xalid ibn Vəlidi kömək məqsədilə İraqdan Şama göndərdi və onu bütün ordunun sərkərdəsi tə`yin etdi.

Xalidin qoşunları çatmaqla romalılar məğlubiyyətə uğradılar. Elə həmin günlərdə xəlifənin ölüm xəbəri Xalidin qoşunlarına çatdı. Ömər ibn Xəttab Əbu Bəkrin ölüm xəbərini çatdırmaqla, Xalidi sərkərdəlikdən kənarlaşdırıb, onun yerinə Əbu Übeydə Cərrahı müvvəqqəti olaraq seçdi.1

Deyilənlərə görə, Şamın fəth olunmasında imam Əlinin (ə) bir dəstə dostu və şiələri iştirak etmişdir. Onlardan Abdullah ibn Məs`udu, Miqdad ibn Əsvədi, Zübeyr ibn Avvamı, Haşim Mirqalı, Fəzl ibn Abbasın adını çəkmək olar.

Əbu Übeydə, Xalid ibn Vəlidin yerinə sərkədə tə`yin olunmasına baxmayaraq, Şamın valiliyi Əbu Süfyanın oğlu Yezidin əlində idi. Əbu Süfyanın oğlu Yezidə valilik vəzifəsinin verilmə siyasəti Bəni-Üməyyə tayfası və onların rəisi Əbu Süfyana olduqca təskinlik verirdi. Yazılanlara görə, Yezidin (Müaviyənin qardaşı) valilik hökmü həqiqətdə Əbu Süfyana verilən sükut haqqı idi. Məhz bu səbəbdən də Əbu Süfyan bu hökmdən sonra Əbu Bəkrin hökumət və rəhbərliyi ilə müxalifətdən əl götürdü.2



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin