Günah lüğət elmində



Yüklə 2,71 Mb.
səhifə125/163
tarix02.01.2022
ölçüsü2,71 Mb.
#9493
1   ...   121   122   123   124   125   126   127   128   ...   163

İranın fəth olunması


Əbu Bəkrin vəfatı ilə onun tərəfindən İraqda sasanilər dövlətinin ərazisinə (İrana) hücum çəkmək istəyən Müsənna ibn Harisə Şeybani ikinci xəlifə Ömərin rəhbərliyi ilə öz işini davam etdi.

İrana hücum Əbu Übeydə Səqəfinin (Muxtarın atası) sərkərdəli və Müsənnanın canişinliyi ilə 13-cü hicri qəməri ilində baş verdi. Həmin vaxtlarda İranın padşahı üçüncü Yəzdəgird adlı cavan bir oğlan idi. Əbu Übeydə və onun ordusu indiki Kufənin yaxınlığında Fərat körpüsündən keçərək, Bəhmən Caduyənin sərkərdəlik etdiyi İran ordusu ilə üzləşdi. Müsəlmanların sərkərdəsi və ordusu rəşadət və şücaətli olsa da, iranlıların ordusundakı çoxlu fillərin olması Əbu Übeydənin qoşununun atlarını ram etdi və onun qoşunu məğlub oldu. Qoxu hissi keçirməyən fillərə hücum edən Əbu Übeydə fillərin əl-ayaqları altında qalıb öldü.

Bu arada müsəlmanların başqa bir problemi Fərata doğru qayıdış yolunun bağlı olması idi. Çünki müsəlmanlardan biri qoşunların müqavimət, dilavərlik və şücaət hissini təhrik etmək üçün körpünü Fəratın üzünə bağlamış və onu qırmışdı. Nəhayət, onlar Müsənnanın çalışması ilə başqa bir körpü düzəltdilər və qoşunun qalan hissəsi bu tərəfə qayıdaraq, ölüm və ordunun pərakəndəliyindən xilas oldular

“Cəsr” (körpü) müharibəsindəki məğlubiyyəti müsəlmanlara ağır gəlsə də, sonrakı ilin qələbəliyi o ağrını kəsdi. Əvvəlcə Müsənna ibn Harisə Buvəybdə1, ondan sonra isə Sə`d ibn Əbi Vəqqas Qadisiyyədə2 qalib gəldilər. Bu mühiribədə iranlıların sərkərdəsi Rüstəm Fərruxzadə idi və ordusunun sayı müsəlmanların ordusu və müharibə təchizatından beş dəfə çox idi. O, müsəlmanlarla müharibə etməkdən qorxu hissi keçirsə də, Yəzdəgirdin təzyiqi nəticəsində məcburiyyət üzündən Tisfundan3 Qadisiyyə qədər qoşun yürütdü.

İki qoşun arasında dörd gün qızğın döyüş davam etdi. Rüstəm Fərruxzadə öldürüldü, onun qoşunu məğlub oldu və Dərviş Kaviyan müsəlmanların əlinə düşdü. Bu qələbə müsəlmanların əhval-ruhiyyəsinə elə tə`sir bağışladı ki, onlar dərhal sasanilər dövlətinin paytaxtına tərəfə hərəkət edərək, Mədayini mühasirəyə aldılar. Bu mühasirə təqribən, iki il çəkdi, lakin sübh çağı azan səsi ucaldıqda, mə`lum oldu ki, zülm və haqsızlığa mə`ruz qalmış İran xalqı artıq şahlıq dövlətinin zülmünə dözmək istəmirdi.

Yenidən bu günkü Xanqeynin yaxınlığında müsəlmanlarla sasanilər qoşunları arasında müharibə başladı ki, bu müharibə “Cəlula” adı ilə məşhurdur. Bu müharibə də keçmişdəki kimi sasanilərin məğlubiyyəti ilə nəticələndi. Hökumətin tam süqutu ilə nəticələnən müharibənin son (və dördüncü) mərhələsi Nəhavəndə baş verdi. Bu müharibə üç gündən çox çəkməsə də, çoxlu tələfata səbəb oldu. Çünki Yəzdəgird özü öz ordusuna sərkərdəlik edirdi. O, Tisfun müharibəsindən qaçdığı üçün öz ordusunu İranın qərb dağlarına çəkmək qərarına gəlmişdi. Elə həmin müddət ərzində müsəlmanlar Xuzistanı fəth etdilər, digər tərəfdən də Yəzdəgird bütün sərkərdələrə xəbər göndərərək bir yerə topladı və yüz əlli mindən artıq bir ordu təşkil etdi. Amma bu dəfə də məğlubiyyətə uğradı.

“Fəthül-fütuh” (fəthlər fəthi) adı ilə məşhurlaşan bu qələbə (21-ci hicri qəməri ili) İran şəhərləri ardıcıl olaraq elə də müqavimət göstərilmədən İslam ərazisinə daxil oldu.


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin