Günah lüğət elmində


Canişini təyin etmə planı



Yüklə 2,71 Mb.
səhifə129/163
tarix02.01.2022
ölçüsü2,71 Mb.
#9493
1   ...   125   126   127   128   129   130   131   132   ...   163

Canişini təyin etmə planı.


Xəlifə Əbu Lölöün vurduğu zərbədən sağalmayacağına əmin olduqda özünə canişin təyin etmək üçün vəsiyyət etmək fikrinə düşdü.O yataqda olarkən hər an təzə söz danışırdı.O ya əfsuz edirdi ki, Əbu Ubeydə,Müaz bin Cəbər və Salim Mövla əbi Hüzeyfə sağ deyillər ki, onlardan birini özümə canişin secim.Çünki onların hər birisinin barəsində Peyğəmbərdən(s) eşitmişdi ki,bu da onların rəhbərliyinə ləyaqətli olmalarını gösdərir.O deyirdi: Rəsulullah(s) Əbu Übeydə haqqında buyurmuşdur:O, bu ümmətin əmin adamıdır.Salim barəsində də buyurmuşdur: O Allahı çox sevir və Müaz da öz dinində möhkəmdir.4 Bəzi vaxtlar isə ətrafında ki, insanları yaxşı tanimaq üçün xilafət məsələri haqqında onların rəyini öyrənirdi.Bundan məqsəd gələcək planların ən yaxşı tərzdə ölcülməsi və müəyyənləşdirilməsi idi.Birinci günlər belə güman edilirdi ki, öz canişinini haqqında iki yol ayrıcında idi.5Deyirdi:Əgər hər hansı bir şəxsi öz canişinim edərəmsə məndən yaxşısı(Əbu Bəkr) belə etmişdir.Amma əgər heç bir canişin təyin etməsəm yenədə məndən yaxşısı( Allahın Rəsulu) canişin təyin etməmişdir.Mən Allahın istədiyinə müştaqam.Çox istiyərdim xilafətdən xilas olum ki, nə ondan bəhrələnim və nə də ziyan görüm.6Bu zamana qədər xəlifənin danışıqları rəmzli və təəccübli idi.O bir cümləsində Həzrət Əli ibn Əbi Talibə işarə edərək deyir: Əgər bu kişini rəhbər secsəniz sizi düz yola hidayət edəcək. Amma Əbu Ubeydənin,Müazın və Salimin adını gətirməklə onların ölüsünü Həzrət Əlinin diriliyinə üstün tuturdu.Onun dedikləri ən azından rəhbərin secilməsində olan ölcüləri bir- birinə vurdu(diqqət et) bundan sonra bir- birinə zidd nəzər verməklə doğru yolu secmək xalq üçün çətin idi.Nəticədə o bildirmədi ki, xəlifənin secməsində düz üsul hansıdır! Xilafət məsələsi əgər Peyğəmbərin(s) nəzərinə əsaslanırsa bəz nə üçün o həzrət bu haqda öz nəzərini bəyan etməmişdi və ümməti xəlifəsiz qoymuşdu?! Amma əgər bu məsələdə müsəlmanların ümumi rəyi ölcü olarsa,Ömərin Əbu Bəkr tərəfindən secilməsi necə mənalandırılır?!Peyğəmbər(s) in sunnə və əqidəsi xəlifə təyin etməmək idisə hansı səbəbdən Ömər və eləcəd birinci xəlifə canişin təyin etdilər?!Əgər Əli(ə) insanları düz yola hidayət edirsə və xəlifə onu xilafətə secmə hüququna malik idisə, hansı səbədən onun rəhbərliyini qəbul etmədi?! O nəhayət elə bir plan irəli sürdiki hər kəs olsa başa düşərdi ki,Əli ibn Əbi Talib rəhbər olmayacaq və əgər təyin olunmuş rəhbərlə müxalifət etmək istəsə öldürülsün.Xəlifə Əbu Təlhə Ənsarini yanına cağırıb dedi:Ənsardan əlli nəfərini sec və bu altı nəfəri ( Həzrət Əli(ə),Osman,Təlhə,Zübeyr,Əbdülrəhman ibn Ouf) bir yere topla və siz sirilmiş qılınclarla o yerde dayanın.Onlara üç gün möhlət ver ki, öz aralarında məşvərət aparıb bir nəfəri secsinlər.Əgər beş nəfər bir fikirdə olsalar o biri bir nəfər müxalifətcilik etsə onun boynunu vur.Əgər dörd nəfər bir fikirdə olsalar,iki nəfər müxalifətcilik etsə o iki nəfərin boynunu vur.Əgər üç nəfərlik iki dəstəyə bölünsələr,əsil secilmiş təyin olana qədər oğlum Abdullah secdiyi qrupa haqq verilsin.Abdullahın öz rəyi yoxdu ancaq bu işə nəzarət edə bilər ki, qruplar bərabər olan surətdə qrupdan birinin yanında olsun.Əgər Abdullanın qəzavətinə razı olmasalar Əbdulrəhman olan qrupun dediklərinə əməl olunsun və o üç nəfər əgər müxalifətcilik etsələr öldürün.Amma əgər üç gün kecsə bir nəfəri secməsələr hər üç nüfəri öldür və müsəlmanları öz ixtiyarına burax ki özləri kimi istəyirlər xəlifə etsinlər.1Xəlifədən soruşanda ki, niyə görə öz oğlunu canişinliyə təyin etmir, deyir:İstəmirəm öz ailəmdən bir kəs xilafətdən bəhrələnsin.Bundan əlavə mənim oğlum hətta öz arvadını boşamaqdan belə acizdir, o ki qalsın müsəlmanların rəhbərliyi.2

Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin