Üçüncü xəlifə Osmanın zamanında bir çox hadisələr baş verdi. O hadisələrin hamısı bu kitaba sığmadığina görə onlardan ən mühümlərini yazmaqla kifayətlənirik:
24-cü qəməri ili: Bu ildə burundan qan açılma xəstəliyi bir çoxlarını öldürdü. Xəlifə özü də o xəstəliyə düçar oldu və sonradan sağaldı. Elə bu ildə, xəlifə Müğəyrət ibni Şöbəni Kufənin valiliyindən kənarlaşdırdı və Səd ibn Əbi Vəqqası onun yerinə təyin etdi. Səd bir ildən çox Kufənin valisi oldu.
25-ci ildə Səd ibn Əbi Vəqqası Kufənin valiliyindən kənarlaşdırdı və onun yerinə Vəlid ibn Uqbə (Osmanin ana tərəfdən olan qardaşı) vali təyin olundu.1 Xəlifə bu ildə həccə getdi.
26-cı qəməri ili. Bu ildə xəlifə Məscidül-Həramın ətrafında olan evləri məscidin genişləndirilməsi məqsədi ilə uçurtdu. O elə həmin ildə Əmr ibn Ası Misirin valiliyindən kənarlaşdırdı və onun yerinə Abdullah ibn Əbi Sərhi vali təyin etdi.
27-ci qəməri ili: bu ildə musəlmanlar Abdullah ibn Nafein başçılığı ilə Avropanı ələ keçirdilər.
28-ci qəməri ili: Osmanın xaçpərəst Fərafəsənin qızı Nailə ilə evlənməsi. Yazırlar ki, o, zifaf gecəsindən öncə musəlman olmuşdur.
29-cu qəmərinin ili: Əbu Musa Əşərinin Bəsrənin, Osman ibn Ası Əmman və Bəhreynin valiliyndən kənarlaşdırılması. Abdullah ibn Amiri (xəlifənin dayısı oğlu) Bəsrə, Əmman və Bəhreynə hakim təyin etməsi. Xəlifə Ümeyr ibn Osmanı Xorasana hakim təyin etdi. O öz hakimiyyəti dövründə bir çox məntəqələri öz tabeçiliyinə keçirdi. Abdullah ibn Umeyr Leysi də Sistana vali təyin olundu. O da öz hakimiyyəti dövründə Kabilə qədər bütün məntəqələri öz tabeçiliyinə keçirtdi.2 Bu ildə xəlifə Peyğəmbər məscidini genişləndirdi. Məscidin altı qapısı öncəki xəlifənin zamanında olduğu kimi qaldı. Amma məscidin təmir və memarlıq işlərində naxışlı daşlardan istifadə edildi.3
Dostları ilə paylaş: |