Osmanın xilafətinin ikinci mərhələsində qanunsuzluğun baş alıb getməsidir. O, əvvəldən də islam qanunlarına elə də əhəmiyyət vermirdi. Onun nalayiq işlərindən biri də Ömərin oğlu Ubeydullahı amanda saxlamağı idi. Ömər ibn Xəttab yaralanandan sonra oğlu Ubeydullah atasının qətlində iştirakına görə Hurmuzan, Cüfeynə və Əbu Lo`lonu qətlə yetirdi.10 sonra Mədinənin bütün qullarını öldürmək istəyirdi. Ancaq müsəlmanlar onu bu işdən çəkindirdilər.1 O deyirdi: “Atam öldürülməmişdən qabaq bu üç nəfəri evdə görüb”. Halbuki Ömər öz vəsiyyətində demişdi: “Əgər Ubeydullah Hurmuzanın mənim qətlimdə iştirakına görə iki şahid gətirə bilməsə ondan Hurmuzanı öldürdüyünə görə qisas alsınlar.”2Xalq əmin idi ki, Osman Ubeydullahdan qisas alacaqdır. Bundan əlavə səhabələrin çoxu Osmanla məşvərətdə onun qisasına müsbət nəzər verdilər.3 Xalq da xəlifədən Ömərin Ubeydullah haqda olan vəsiyyətinə əməl etməsini istədilər.4 Amma Osman Əmr ibn Asın rəyinə əsasən dedi: “Heç insaf deyil ki, atası öldürülmüş bir insanın özündən də qisas alaq və bir ailədən iki nəfər ölsün. Bundan əlavə bu cinayət onun xilafətində baş verməyib, odur ki, mən onu cəzalandıra bilmərəm.”5Çox təəccublüdür ki, Ömər öldürüldükdən sonra ilk üç gündə Əbdur-Rəhman müsəlmanları altı nəfər şuranın üzvləri ilə əlaqədər məscidə toplayıb nəzər alanda Osman həmişə Ubeydullahı o üç nəfəri öldürdüyünə görə danlayırdı. Amma elə ki, şurada xilafətə seçildi, ondan qisas almadı, üstəlik, heç vəziyyətin sakit olmasından ötrü onu Kufəyə göndərdi. Orada ona ev və geniş torpaq sahəsi verdi. Həmin yerə xalq Kuveyfə (yəni Kufə şəhərciyi) deyirdilər. 6
İmam Əli (ə) xəlifəni Ubeydullahdan qisas almağa israrla tələsdirirdi. İmam Əli (ə) onun özünə (Ubeydullaha) dedi: “ Əgər bir gun sənə üstün gəlsəm, qisas alacağam.”7 Həzrət Əli (ə) buna görə and icdi.8