Xəlifənin Əbuzər, Əmmar Yasir, Abdullah ibn Məsud və Malik Əştər kimi seçilmiş səhabələrlə insafsız, qəddar rəftarı o həddə çatmışdı ki, sünnü tarixçilərinin çoxu onu müəyyən qədər öz tarixlərində gətiriblər. Tarixçilər yazırlar: Osmanın Əbuzər kimi bəzi fəzilətli səhabələrə qarşı elə rəftar etdi ki, qələm onları yazmaqdan həya edir! Misal üçün, Osman Əbuzəri ailəsi ilə birgə quraqlıq yer olan Rəbəzəyə sürgün etdi və onun həyat yoldaşı elə orada vəfat etdi.2Xəlifənin göstərişi ilə heç kimin Əbuzəri yola salmağa haqqı yox idi. Amma imam Əli (ə) və onun övladları Həsən (ə) və Hüseyn (ə) onu Mədinənin darvazasına qədər yola saldılar. Mərvan həzrət Əli (ə)-ı bu işdən çəkindirmək istəyəndə onların arasında mübahisə düşdü. Belə ki, Mərvanın atına qamçı vuruldu. Osman həzrət Əliyə (ə) xəbərdarlıq etdi ki, gərək səndən qisas alınsın. Onların arasında mübahisə ciddiləşəndə, Osman həzrət Əliyə (ə) dedi: “Allaha and olsun sən mənim yanımda Mərvandan üstün deyilsən.” Həzrət Əli (ə) ona cavabında butyurdu: “Mənim kimi şəxsə belə bir sözü deyirsən?! Məni Mərvanla bir tutursan?! Allaha and olsun, mən səndən daha üstünəm, atam sənin atandan və anam sənin anandan daha üstündür.” Osman bu sözlərə cavab tapmayıb oranı tərk etdi.3
Əbuzər Rəbəzədə vəfat etdi və elə orada da dəfn olundu. Səhabələrdən bir dəstəsi onun cənazəsinə namaz qıldılar və Abdullah ibn Məsud onu dəfn etdi. Amma Osmanın göstərişi ilə ibn Məsuda xəlifənin sürgün etdiyi şəxsi dəfn etdiyinə görə qırx şallaq zərbəsi vurdular.4
Vəlid ibn Uqbə Kufədə vali olan zamanlarda Osman tərəfindən ona 100 min misqal gümüş hədiyyə verildi. Abdullah ibn Məsud xəlifəyə və onun nümayəndəsi Vəlidə etiraz etdi. Vəlid İbn Məsudun etirazını Osmana çatdırdı. Xəlifə dərhal əmr etdi ki, onu Mədinəyə göndərsin. İbn Məsud Mədinəyə çatanda gördü ki, Osman mənbərdə xütbə oxuyur. Osman ibn Məsudu görən kimi onu təhqirlə söyməyə başladı və göstəriş verdi ki, onu vursunlar. Osmanın təyin etdiyi adamlar Abdullah ibn Məsudu elə vurdular ki, onun dişləri sındı.5 Osmanın xidmətçisi Abdullah ibn Məsudu qaldırıb yerə elə çırpdı ki, Abdullah iki il evdə xəstə yatdıqdan sonra vəfat etdi. Bu müddətdə xəlifə onun beytül-maldan olan payını kəsdi.6 Osman bir müddətdən sonra Səid ibn Ası Kufənin valisi təyin etdi. O məktubda xəlifəyə yazdı: ”Mən Malik Əştərin və onun axlaq dostlarının varlığı ilə (həmin dostlar “Qurraul-Quran”* adı ilə məşhur idilər) Kufəyə hökmranlıq edə bilmirəm”. Osman Səid ibn Asa məktub yazdı: “Malik və onun dostlarını Şama sürgün et!” Səid ibn As da Malik və onun doqquz nəfər dostlarını (onların arasında Kumeyl ibn Ziyad da var idi) şama sürgün etdi.1 Başqa səhafələrdən olan Əmmar Yasəridə xəlifəyə olan etirazlarına görə işkəncə etdilər. O Osmana etiraz edib deyirdi: “Nəyə görə beytül-malın cəvahirlərini öz ailənin arasında bölüşdürürsən”? Bu etitazların ardınca Osmanın göstərişi ilə Əmmarı o qədər vurdular ki, özundən getdi və ömrünün axırına qədər fətq (qrija) xəstəliyindən əziyyət çəkirdi.2 Bu xoşagəlməz rəftarları elə bir şəxsə qarşı etmişdilər ki, onun tə`rifində Qur`an ayəsi nazil olmuş3 və müsəlmanlar da bu məsələdən tam agah idilər.4
Dostları ilə paylaş: |