Düzdür ki, ikinci xəlifə, Osmandan iltizam almışdı ki, xilafətə gələndən sonra öz qohumlarından heç birini mənsəblərə təyin etməsin. Buna baxmayaraq, xilafətindən bir il keçəndən sonra ikinci xəlifənin təyin etdiyi bütün mənsəb sahiblərini öz vəzifələrindən kənarlaşdırıb və Bəni Üməyyə qəbiləsinin nümayəndələrini həmin mənsəblərə təyin etdi. Halbuki, Islam Peyğəmbərinin (s) lətafətli və sülhsevər ruhiyyəsinə rəhmən və eyni zamanda hərbi qüdrətə ehtiyac duyulan zamanda belə, heç vaxt siyasi və ictimai mənsəbləri Bəni Üməyyə qəbiləsinə tapşırmadı. Peyğəmbər (s) onları həmişə məzəmmət edir və müsəlmanları onlardan uzaq olmağa çağırırdı. Osmanın islam ölkələrinin ən mühüm və həssas məntəqələrində təyin etdiyi mənsəb sahibi bunlardır:
Kufə: Vəlid ibn Uqbə ibn Əbi Muit* (ikinci xəlifənin təyin etdiyi Səd ibn Əbi Vəqqasın yerinə) və Səid ibn As ibn Uməyyə.**
Misir: Abdullah ibn Səd ibn Əbi Sərh (ikinci təyin etdiyi Əmr ibn Asın yerinə).
Bəsrə və Fars: Abdullah ibn Amir ibn Kəriz (Əbubəkr və Ömər tərəfindən təyin edilmiş Əbu Musa Əşərinin yerinə).***
Şam: Müaviyə ibn Əbi Süfyan. Bunlardan başqa Mərvan ibn Həkəm Mədinədə xəlifənin müşaviri kimi tanınırdı.5
Dostları ilə paylaş: |